“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Makronla Putin görüşəcək – Ukraynadakı vəziyyət müzakirə ediləcək

Tarix 19.08.19, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 19-da Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Tərəflərin Ukraynanın şərqində hökumət qüvvələri ilə Moskvanın dəstəklədiyi separatçıların münaqişəsinin yoluna qoyulmasını müzakirə edəcəyi gözlənir.

Makron 2017-ci ildə Paris yaxınlığındakı Versal Sarayında Putinlə danışıq aparmışdı. Bu dəfə isə Rusiya prezidentini Bormes-les-Mimosas kəndi yaxınlığındakı Bregancon Fort yay iqamətgahında qəbul edəcək.

İki liderin İranın nüvə proqramı ətrafındakı gərginliyi, Suriya münaqişəsini də müzakirə edəcəyi gözlənir.

Bu ayın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski Putini Ukraynanın şərqində münaqişəni dayandırmağa çağırıb. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam həlak olub.

Zelenski deyib ki, Ukraynaya sülh yalnız diplomatiya yoluyla qayıda bilər və Normandiya formatında danışıqların yeni raundunu keçirməyə çağırıb. Bu formata Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir.

“Fikrimizcə, Prezident Zelenskinin təkliflərinə Prezident Putin ürəkləndirici yolla cavab verməlidir”, – anonimlik şərtilə danışan Fransa rəsmisi “AFP” agentliyinə deyib.

Zelenskinin apreldə prezident seçilməsi “bizə manevr imkanı verir”, rəsmi əlavə edib.

Makron iyunda demişdi ki, Putinlə görüşdə “sadəlövhlük göstərməkdən, ancaq həm də qapını bağlamadan sabitsizlik, yaxud münaqişəylə bağlı əsas mövzularda əməkdaşlığın bütün formalarını götür-qoy edəcək”.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım regionunun ilhaq edib. O vaxtdan Moskva Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başlayıb.

2014-2015-ci illərdə Minsk razılaşmaları çərçivəsində elan olunan atəşkəs yol xəritələri münaqişəni səngitsə də, onlara tam əməl olunmayıb.

Bir neçə günə – avqustun 24-dən 26-dək Makron digər ölkələrin liderləri ilə Biarritz şəhərində Böyük Yeddiliyin (G7) sammitinə yığışacaq.

Fransa bu il G7-yə sədrlik edir. Qrupa həmçinin Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar daxildir.

Rusiya qrupa üzv olanda G8 adlanırdı, ancaq Krımın ilhaqından sonra kənarlaşdırıldı. (azadliq.org)



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap