71 yaşlı Ajda ən böyük xəyalını açıqladı İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2018

    71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

Masallı Rafiq qulağının qisasını aldı? – Tbilisidə güllələnən avtoritetin qətlinin təfərrüatı

Tarix 13.09.17, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb.

42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.

Məlumata görə, Elşən Məmmədov "Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt "Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub. Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov "Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

Bir müddət öncə o, "Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovurestorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.

Güman olunur ki, onun qətlini təkcə Rafiq Eyvazov deyil, həmçinin onun yaxın dostu olan və Rövşən Lənkəranskiyə görə qisas alacağını deyənZaur Əhmədov sifariş verib.

Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.



Xəbərin oxunma sayı : 445

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda