“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məmurun evi qəsdən yandırılıb? - Açıqlama

Tarix 04.07.20, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi sayt və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) şöbə müdirinin müavini Asif İmanlıya məxsus fərdi yaşayış evinin guya yandırılması ilə bağlı əsassız xəbərlər dərc edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Report-a Lənkəran ŞİH-dən bildirilib.

Qeyd edilib ki, hadisə iyulun 2-də rayonun Xanbulan kəndində baş verib:

“Rayonun Xanbulan kənd sakini, İcra Hakimiyyətinin şöbə müdirinin müavini Asif İmanlıya məxsus ümumi sahəsi 192 kvadratmetr olan fərdi yaşayış evinin 50 kvadratmetr hissəsi yanıb".

İcra hakimiyyətindən onu deyiblər ki, bəzi xəbər saytları baş verən yanğın hadisəsini heç bir dəqiqləşdirmə aparmadan ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə yanlış formada təqdim ediblər:

“Yanlış məlumat dərc edən sayt və onun müxbirləri bir müddət sonra təbii ki, etibarını itirərək nüfuzdan düşür. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda COVİD-19 pandemiyasının yayılmasına qarşı mübarizə aparılır. Bu həssas dönəmdə belə bir informasiya yaymaq jurnalistika etikasına ziddir. Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının müvafiq şöbəsi ölkədə fəaliyyət göstərən bütün media qurumları və müxbirlərə hər hansı hadisə ilə bağlı sorğu və ya bir başa telefon əlaqəsi yaratmaqla məlumat verir. Odur ki, hər hansı hadisə ilə bağlı məlumat dərc edərkən İcra Hakimiyyəti ilə əlaqə saxlmağı tövsiyə edirik”, - deyə Lənkəran ŞİH-dən vurğulanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Nəzarəti İdarəsindən verilən məlumata əsasən, yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib.



Xəbərin oxunma sayı : 1894




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap