“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO

Tarix 27.04.25, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.

COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.

Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.

Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.

Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.






Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap