![]() |
|














Məclislərdə zəhərlənmədən necə sığortalanmalı? - Araşdırma
Tarix 27.04.25, 9:00 |
|

Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu. Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: "Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər”.
Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: "Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır”.
S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: "Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. "Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur”.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Kaspi”yə açıqlamasında bildirdi ki, yay aylarında, xüsusilə şadlıq saraylarında qida zəhərlənmələrinin sayı çox olur: "Yüksək temperatur rejimi ərzaq məhsullarının saxlanma və hazırlanma prosesinə birbaşa təsir edir. Xüsusilə soyuducuda saxlanılmalı olan qidaların açıq hava şəraitində uzun müddət qalması, onların tərkibində kimyəvi və bioloji dəyişikliklərin baş verməsinə, nəticədə isə qida zəhərlənməsinə səbəb olur. Kütləvi məclislərdə çoxlu sayda insan üçün hazırlanan qidaların uzun müddət əvvəl bişirilməsi və düzgün şəraitdə saxlanmaması riski daha da artırır”.
Mütəxəssis vurğulayır ki, zəhərlənmə hallarının böyük əksəriyyəti yüksək risk qrupuna aid qidalardan baş verir: "Bu qrupa ilk növbədə mayonezli salatlar daxildir. Çünki onların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət məhsulları, ən təhlükəlisi də - mayonez olur. Bu qidalar açıq havada qaldıqda, insan orqanizmində ciddi fəsadlar yaradır. Təəssüf ki, məclislərdə salatlar çox zaman bir neçə saat əvvəldən hazırlanır və masalara düzülür. Bu da onların xarab olmasına və zəhərlənməyə səbəb olur. İstifadə olunan mayonezlər də açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Bəzən restoranlarda böyük qablaşdırmada alınan mayonezlər uzun müddət istifadə olunur. Bu da təbii olaraq, zəhərlənmə riskini artırır”.
M.Hüseynova bildirir ki, uyğun olmayan yeməklərin qarışdırılması da insan orqanizmində fəsadlar yaradır: "Toy və digər məclislərdə təqdim edilən yeməklər arasında çox vaxt bir neçə növ ət, qızartmalar, əvvəlcədən bişirilmiş yeməklər olur. Belə hallarda, xüsusilə yağda qızardılmış və ya bir neçə gün əvvəl hazırlanmış ət məhsulları həssas orqanizmlər üçün təhlükə yaradır. Bu, immun sistemi zəif, xroniki xəstəliyi olan, uşaq və yaşlı insanlarda daha ağır nəticələrə səbəb ola bilər. Üstəlik, bu qidaların qazlı və ya rəngli içkilərlə birlikdə qəbulu vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərin tərkibində olan kimyəvi qatqılar mədədəki problemləri dərinləşdirir və zəhərlənmə riskini artırır”.
İnsanlar tez-tez toy və ya yas məclislərdən sonra mədə ağrısı, baş ağrısı kimi şikayətlərlə üzləşirlər. M.Hüseynovanın sözlərinə görə, bu da qəbul olunan qidalarla bağlıdır: "Bu simptomlar, əsasən, ya düzgün saxlanılmayan qidaların qəbulundan, ya da uyğun olmayan qidaların qarışdırılmasından qaynaqlanır. Ziyafət məclislərində zəhərlənmədən qorunmaq üçün yay aylarında mayonezli və ağır salatlardan uzaq durmalı, təzə bişmiş və süfrəyə bişən kimi təqdim olunan yemək seçimi etməli, az yağlı və daha yüngül qidalara üstünlük verilməlidir. Rəngli və qazlı içkilər əvəzinə, təbii içkilər və ya adi su seçilməlidir”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
-
Məsud Pezeşkian AzTV-yə müsahibə verib - VİDEO
-
Qanqalın gizli təhlükəsi - Yol kənarından alıb yemək olarmı?
-
“İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib“ - Türkiyəli nazir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Xatirənin geyimi başına “bəla oldu“ - VİDEO
-
Bakıda külək attraksionu aşırıb - İçində uşaqlar olub
-
Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar - VİDEO
-
“Titanik”dən sağ çıxanın məktubu hərracda satıldı - 400 min dollara
-
Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT
-
Kreml ABŞ-la gizli danışıqları təsdiqlədi: “Mövqelərimiz üst-üstə düşür“
-
Dövlət, yoxsa özəl universitetləri seçək? - İLGİNC TƏHLİL
-
Narkotik gətirənlər sərhədçilərimizə atəş açdı - Biri zərərsizləşdirildi, üçü saxlanıldı
-
1 nəfərdə telefon aşkar edildi - Dövlət İmtahan Mərkəzi
-
Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
-
Nazirin “Gucci“ çantasının oğurlayan şəxs saxlanıldı - Çoxsaylı həbslər olacaq
-
13 yaşlı qızın ərə verilməsi başqa cinayətlə üzə çıxdı - TƏFƏRRÜAT
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Babək və Şahbuzda hərbi sursatlar aşkar edilib - VİDEO
-
Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?
-
Taksi sürücüsünün evində gizlətdiyi qızlar sığınacağa yerləşdirildi
-
“28 Mall“a giriş bağlandı - SƏBƏB
-
Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO
-
Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb - FAKTİKİ HAVA
-
Prezidentə bəhs edilən gənc o imiş... - VİDEO
-
“5 evim var, hər birini öz əziyyətimlə almışam“ - Ülviyyə Namazova
-
Süni intellekt hansı problemlərə səbəb ola bilər? - Araşdırma
-
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib - “Biz vəziyyəti gərginləşdirmək istəmirik”
-
Culian Assanj üzə çıxdı və ilk dəfə görüntüləndi - FOTOLAR
-
“Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb“ - Türkiyənin müdafiə naziri
-
Məclislərdə zəhərlənmədən necə sığortalanmalı? - Araşdırma
-
Xumarın dillər əzbəri olacaq “Eşq naməsi” - Video
-
Bütün rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi açıqlama
-
İranda güclü partlayış - 14 ölü, 750 yaralı, 6 itkin...
-
Rus generalın qətlində şübhəli bilinən şəxs saxlanıldı - Türkiyədə
-
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - VİDEO
-
Bakıda itkin düşmüş qızlar tapıldı - Taksi sürücüsü gizlədibmiş
-
“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal
-
Sədr dəyişdi, ancaq yeyinti davam edir - Rəsmi yoxlama nələri üzə çıxarıb?
-
Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK
-
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
-
“Lamborghini”ni həyat yoldaşının adına keçirmək istədi - ALDADILDI
-
Röya dekolteli libası ilə diqqət çəkdi - VİDEO
-
Sahibə Qafarova Papanın dəfnində - FOTOLAR
-
“Kurskda döyüşlər gedir” - Ukrayna Gerasimovun bəyanatını təkzib etdi
-
“Bunlar məxfi məlumatlardır“ - DİN-dən kart sahiblərinə növbəti xəbərdarlıq
-
“Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb“ - Hesablama Palatası
-
Azərbaycan və Pakistanın XİN başçıları telefonda danışıb - Müzakirə
-
Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
-
“Bu nazirlikdə nöqsanların aradan qaldırılması gecikir” - Hesablama Palatası
-
Leyla Əliyeva Nepaldan paylaşım etdi - Fotolar
-
“Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir“ - Palata
-
Nazir onu qərargah rəisi təyin etdi - FOTO
-
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib
-
25 qız sığınacağa yerləşdirildi - Biri hamilədir
-
Roma Papası Fransisk dəfn olundu - FOTO/VİDEO
-
Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR
-
Zelenski və Tramp 15 dəqiqə danışıblar - Danışıqları davam etdirməyə razılaşıblar
-
Boy uzatma əməliyyatının hansı fəsadları olur? - VİDEO
-
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq“ - İlham Əliyev
-
“Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb“ - Kreml
-
75 yaşlı qadını öldürüb quyuya atan Aypara tək olmayıb - Daha bir qadın tutuldu
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
İmamoğlunun qaynı da həbs edildi - Daha 47 nəfər saxlanılıb
-
“Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın” - Lavrov
-
Məktəblərdə son tətil başlayır - Bu tarixlərdə
-
İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi - TAM MƏTN
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı - SİYAHI
-
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”
-
Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı
-
Beynəlxalq Ədalət Məhkəməsindən qərar - Ermənistanın iddialarını rədd edildi
-
Dəniz kənarındakı qanunsuz tikili söküldü - VİDEO
-
Araz çayında suyun səviyyəsi 41 sm artıb - Xidmət
-
İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO
-
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
-
“Bizim mövqeyimiz dəyişməzdir” - Zelenski
-
Qəzzada İsrail qətliamı davam edir - Bir gündə 78 fələstinli öldürüldü
-
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
-
Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır - Sorğu
-
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Traktor”dan dramatik qələbə - Liderliyini davam etdirir
-
Ərdoğan Azərbaycana gələcək - Gələn ay
-
Yol üstündə mübahisə qətllə nəticələndi - VİDEO
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Uitkoff uğurlu görüş keçirib - TRAMP
-
MRT və KT müayinələri ödənişli olacaq - VİDEO
-
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya olundu - RƏSMİ
-
“Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi” - Fotolar
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
-
Əvəz Zeynallının azadlıqda ilk FOTOSU
-
Müğənni Zeynəb ərə gedir? - Gəlinlik libasında fotolarını paylaşı
-
Putinlə Uitkoff arasında görüş başa çatdı - Görüş 3 saat çəkib
-
“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil” - “The Economist“
-
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: Parlaqlıq sizi aldatmasın
-
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
“Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır“ - Prezident
-
Tibb bacısından pensiya dələduzluğu - Məhkəmə hökm oxudu
-
Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır
-
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
-
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü - FOTO
-
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Əvəz Zeynallı azadlığa buraxıldı - Məhkəmə qərar verdi
-
Sahil Babayev 500 milyonu banka yerləşdirdi - Deputat tənqid etdi
-
“Krım Rusiyanın tərkibində qalacaq” - Donald Tramp
-
Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var
-
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - Fotolar
-
“Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm” - Azər Rəşidoğlu
-
“Əleyhimə ifadə verənləri Allaha tapşırmışam“ - Yarım milyonluq kibercinayətkarlıq
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
Subsidiya üçün əkinlərinizi EKTİS-də bəyan edin! - Fermerlərə çağırış
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Tibbi sığorta ilə bağlı dəyişiklik - Vətəndaşların nəzərinə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
TOP 10
ARXİV