| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Moskva görüşünün gizlinləri:İlham Əliyev hansı mövqedən çıxış edib?
Tarix 13.01.21, 12:57 |
|
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən əvvəl tərəflər masaya yatıracaqları prioritet mövzularını ortaya qoymuşdular. Ermənistan Baş nazirinin portfelində əsasən iki məsələ vardı: Dağlıq Qarabağın statusu və erməni terrorçularının azadlığa buraxılması. Paşinyan onun Moskvaya getməsini istəməyən tənqidçilərinə verdiyi məşhur cavabında deyirdi: ““Əsir”lərin azad olunması üçün mən hətta şeytanla da görüşə bilərəm”.
Erməni baş naziri Naxçıvan-Mehri dəhlizinin açılması üçün irəli sürdüyü bir başqa şərti isə Dağlıq Qarabağın statusu ilə bağlı idi: “Status müəyyən olunmadan kommunikasiyaların açılmasından danışmağa dəyməz”.
Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı Qarabağ döyüşlərini yekun nəticəsinə çatmadan hərbi müdaxilə ilə dayandıran Rusiya isə bir neçə öncəlik orta qoymuşdu. Başlıca öncəliklər “rus sülhməramlı” statusu, Dağlıq Qarabağa “humanitar yardım”ların daşınması, tarixi abidələrin qorunması, sərhədlərin demarkasiyası məsələri idi. Göründüyü kimi, bütün bu prioritetlərin hamısı rus “sülhməramlı”larının fəaliyyət sahəsinə aiddir. Deməli Rusiyanın əsas öncəliyi “sülhməramlı”ların statusu idi.
Azərbaycanın əsas öncəliyi öncəliyi isə ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağda suverenliyinin bərpası idi. Bunun üçün də erməni hərbi birləşmələri Dağlıq Qarabağdan çıxmalı, Ermənistandan bölgəyə gedən rəsmi şəxslərin səfərləri dayandırılmalı, Xankəndi və digər rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir və s.

Bu qədər çox məsələlərin müzakirə olunduğu Moskva görüşündən yalnız bir qərar çıxdı: Azərbaycan və Ermənistan arasındakı kommunikasiya xətlərinin açılması. Görünən budur ki, liderlər yalnız bir tərəfin maraqlarına xidmət edən məsələlərdə ortaq məxrəcə gələ bilməmiş, yalnız regional inteqrasiyanı məhkəmləndirən ümumi maraqlarda ümumi razılıq əldə etmişlər.
Bizi maraqlandıran ən vacib sual isə budur: Azərbaycan prezidenti İlham Əliyev Moskva görüşündə hansı mövqeyi sərgiləmiş, xüsusilə erməni tərəfinin şərtlərini hansı arqumentlərlə geri çevirmişdir?
Moskva görüşünün detalları konfidensial saxlanıldığından müxaliflərin bütün hücumlarına baxmayaraq, rəsmi Bakı bu suala aydınlıq gətirmək istəmir. Amma Rusiya nəşrlərinin üçtərəfli görüş barədə açıqladığı məlumatlar rəsmi Bakının danışıqlar zamanı əldə rəhbər tutduğu bəzi arqumentlərə işıq tutur.
Ovqat.com-un məlumatına görə, Valday beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov “Kommersant” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ermənistanın qaldırdığı heç bir məsələ rəsmi Bakı üçün müzakirə predmetinə çevriləcək mahiyyətdə olmayıb.
Əvvəla, Paşinyanın hərbi əsir kimi azadlığını tələb etdiyi 62 erməni, əsir yox, terrorçu olduğundan onların 9-10 noyabr tarixli Bəyanata əsasən azadlığa buraxılmasından söhbət gedə bilməz.

“Münaqişə zamanı və öncəsi tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Həmin adamlar atəşkəs bəyannaməsi imzalandıqdan sonra, noyabr ayının axırlarında Ermənistanın Şirak bölgəsindən maşınlarına oturub Dağlıq Qarabağa gəliblər və beş Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də onlar təxribatçı kimi qəbul edilirlər, hərbi əsir kimi yox“,-Məmmədov belə deyib.
Paşinyanın digər öncəliyi olan Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədova görə, Bakının mövqeyi bu məsələdə daha qətidir. “Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edə bilər. Dağlıq Qarabağ münaqişəsi isə artıq bitib və Qarabağ ermənilərinin gələcəyi İrəvanla deyil, yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər”.
Başqa sözlə, Dağlıq Qarabağın statusu və bu bölgədə yaşayan ermənilərin taleyi Ermənistanla müzakirə ediləcək “müstəsna dövlətlərarası məsələlərə” daxil deyil.
O ki qaldı Rusiyanın prioritetlərinə, bu məsələyə də Carnegie Europe mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair fundamental kitablardan sayılan “Qara bağ”ın müəllifi Tomas de Val (Thomas de Waal) qismən aydınlıq gətirib. Moskva danışıqlarında “ən maraqlı” məsələlərin “qapalı qaldığını”, iqtisadi gündəmin ön plana çıxdığını düşünən tədqiqatçı deyib: “Paşinyan, şübhəsiz ki, məhkumlar və itkin düşənlər barəsində razılığa gəlmək istədi, lakin Əliyev hələ ki, bununla heç maraqlanmır da. Əliyev, böyük ehtimalla, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu məsələdə güzəştə getməyə hazır deyil. Nə qalır? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraqlar”.

Valın fikrincə, bu plan uzunmüddətlidir, onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də hazırda mövcud olmayan baza səviyyəsində siyasi iradə və sazişlər” lazımdır.
Carnegie Europe mərkəzinin baş tədqiqatçısının qısa şəkildə ifadə etdiyi bu fikirlərin altında gizlənən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyev rus “sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətindən razı deyil. Həqiqətən də ölkə başçısı bu narazılığını üstüörtülü şəkildə və diplomatik nəzakət çərçivəsində dəfələrlə dilə gətirib. Onun 6 yanvar müşavirəsində səsləndirdiyi aşağıdakı fikirlər də rus “sülhməramlı”larının fəaliyyətinə münasibətini əks etdirir: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq”.
Moksva görüşünün protokolu hesab etdiyimiz Bəyanatda rus “sülhməramlı”larının statusunun təsbit olunmaması, zənnimizcə, İlham Əliyevin bu mövqeyinin nəticəsidir. Statusu müəyyənləşməyən “sülhməramlı” qoşun isə işğal ordusundan başqa bir şey deyil. Bu isə yaxın gələcəkdə Azərbaycana Dağlıq Qarabağın rus işğalına məruz qaldığı iddiası ilə beynəlxalq aləm qarşısında məsələ qaldırmasına hüquqi əsas yarada bilər.
Təsadüfi deyil ki, Moskva görüşündən əvvəl Azərbaycan Müdafiə Nazirliyi guya Türkiyə ordusunu nəzərdə tutaraq, ölkəmizin Qoşulmayanlar Hərəkatına üzv olduğunu xatırlatmış və açıq şəkildə Azərbaycanda başqa dövlətin Silahlı Qüvvələrinin hərbi baza yarada bilməyəcəyini vurğulamışdı. Zənnimizcə, Müdafiə Nazirliyinin bu mesajı əslində gəlinə çatdırmaq istədiyi sözü qızına deyən Azərbaycan mentalitetinin bir göstəricisidir. Nədən ki, 44 günlük müharibə Azərbaycan və Türkiyə ordularının bir-birinə nə qədər sıx bağlı olduqlarını sübut etdi. Məlum oldu ki, yeri gələndə Türkiyə ordusu Azərbaycan üçün yad hərbi qüvvə deyil.

Moskva görüşünü nəticələrindən görünən budur ki, xalqa açıq məkanlarda nəzakət qaydalarını gözləyən rəsmi Bakı diplomatik danışıqlarda açıq mövqe ortaya qoymaqdan çəkinmir. Sözsüz ki, Azərbaycan hakimiyyəti ortaya konkret iradə qoyarkən öz güclü tərəfdaşlarına güvənir. Azərbaycanın güclü müttəfiqləri son Qarabağ döyüşlərində məlum oldu: hərbi qüvvə sahəsində Türkiyə, Pakistan, İsrail, siyasi sahədə həm də İngiltərə. 11 Yanvar görüşünün rəsmi protokolu sayılan məlum Bəyanat bu baxımdan rəsmi Bakının Türkiyənin razı olmadığı məsələlərdə Moskvaya güzəştə getdiyini irəli sürən çevrələrə verilmiş ən tutarlı cavabdır.
Moskva görüşündə yalnız kommunikasiya məsələsinin müzakirə edilməsi də Azərbaycanın müzakirələrdə Türkiyə ilə bərabər hərəkət etdiyinin dəlillərindəndir. Zira bu dəhliz regionun digər dövlətlərindən daha çox, Orta Asiyaya açılmaq istəyən Türkiyənin maraqlarına cavab verir.
Xəbərin oxunma sayı : 397
Analiz
Xəbərlər
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
-
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Nikol Paşinyan
-
Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb - STATİSTİKA
-
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Bəzi avtobuslar “Şamaxinka“da saxlamayacaq -VİDEO
-
Eks-deputatın oğlu fəhlələrə növbəti dəfə vəd verdi - işlədib, əmək haqlarını kəsir
-
“Dərin geosiyasi parçalanma ilə üz-üzəyik” - Quterreş
-
Artıq bu yollarda da avtobus zolağı var -Fotolar
-
Kozinoğlunun ölüm işi - 3 nəfər saxlanıldı, jurnalist həbs edildi
-
Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı
-
ABŞ Belarusla nəhəng müqavilə bağlayır - Potaş alacaqlar
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
-
Suraxanıda gecə tikinti xaosu - “Ballı“ Marketin sahibi daha bir qanunsuz artırma aparır
-
CNN, MSNOW və “Politico” Ağ Evi məhkəməyə verdi - Trampın qərarına görə
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
-
“Private Facility Management“ və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə
-
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
ABŞ-dan İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
-
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu şəxslər üçün viza prosedurları sadələşdirilir - Sərəncam
-
Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi
-
İcra başçısı müavinini işdən çıxardı - DSK-ya sədr təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AYNA-nın tədbirində monitor qadının üstünə belə aşıb - VİDEO
-
“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay - Ucalın atası elə şeylər yazdı ki…
-
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı - FOTO
-
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
-
Sumqayıtda bu yollar təmir olunacaq - 1,5 milyon manat ayrıldı
-
Ermənistan və Rusiya münasibətlərinin dəyişməsi labüddür - Paşinyan
-
Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var
-
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
-
Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu - Vergi borcu
-
Moskvanın yeni qış taktikası: Ukrayna energetikasına kütləvi zərbələr hazırlanır
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: ““ChatGPT” çox yaxşı şeydir“
-
“Kredit borcunuzu silirik” - Vətəndaşlara xəbərdarlıq
-
Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib
-
Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
-
Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)
-
Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? - Araşdırma
-
Pensiyalar nə vaxt ödəniləcək? - Tarix açıqlandı
-
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
TOP 10
ARXİV






