Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mosul azad edilib, amma …İraqın bölünməsi gündəmdə qalır – Təhlil

Tarix 12.07.17, 0:50

Font ölçüsü : - / +
bitmap-img6


Gevorq Mirzəyan

expert.ru,  11.07.2017


Mosulun götürülməsi Donald Trampın ən önəmli xarici siyasət qələbəsi oldu. Lakin bu, nə İŞİD-in məhvini, nə də İraqda durumun sabitləşdirilməsinin başlanğıcını bildirir.

Rəsmi Bağdad Mosulun – Rusiyada və bütün sivil dünyada yasaqlanmış İŞİD-in İraq paytaxtının azad edildiyini bildirib. Əlbəttə, hökumət bir qədər tələsib – yaraqlılar köhnə şəhərin bir neçə rayonuna hələ də nəzarət edirlər. Amma onların mövqeyi ümidsizdir. İraq baş naziri Heydər əl-Abadi artıq şəhərə gəlib və oradakı hərbçiləri təbrik edib.

Qələbə İraqa baha qiymətə başa gəlib. “Mosul uğrunda döyüş” keçən ilin oktyarbrından aparılırdı. Barak Obama şəhəri prezidentlik müddəti bitənə qədər götürməyə cəhd edirdi, lakin baş tutmadı – yaraqlılar məharətlə müdafiə olunaraq İraq texnikasını metal qırıntısına döndərir və piyadaları məhv edirdi. “Mən artıq 40 ildir orduda xidmət edirəm,- "The New York Times” İraq xüsusi təyinatlısının komandiri, general-mayor Sami əl-Əradidən sitat gətitrir. – Mən İraqda bütün döyüşlərə qatılmışam, lakin Köhnə şəhər (Mosul-tərc.) uğrunda döyüşlərə bənzər heç nə görməmişəm. Biz hərfi mənada hər bir qarış uğrunda vuruşurduq”.

İraq ordusunun mindən çox döyüşçüsü həyatını şəhərin azad edilməsi uğrunda qurban verib. Mülki əhali arasındakı çoxsaylı qurbanlardan danışmamağa çalışırlar – ən nəhayətdə, bu ki pis rusların azad etdiyi Hələb deyil. Qaldı ki, maliyyə itkilərinə, BMT Mosulun bərpasını 700 milyon dollara qiymətləndirib – həm də təkcə Mosulu. İraqın başqa şəhərləri – Ramadi, Fəllucə də dağıdılıb. Ölkənin, demək olar, 3 milyon sakinin qaçqın düşüb.

Lakin Mosulun götürülməyini bu əməliyyatəın əsas iştirakçıları – İraq və Birləşmiş Ştatlar üçün birmənalı qələbə saymaq olarmı?

Sülh uğrunda savaş

İraq üçün güman etmirəm. Deməli, İŞİD paytaxtının götürülməsi İŞİD-in özünün məhv edildiyini bildirmir. Nə fiziki – İŞİD-in öz sözlərinə görə, 2017-ci ilin aprelindən Suriya və İraqın azad edilmiş şəhərlərinə 1500 dəfədən çox hücum edib – nə də ideoloji baxımdan. İŞİD hətta əraziləri itirsə də, informasiya məkanında olacaq və deməli insanların qəlbini zəhərləməyi davam etdirəcək. Corc Vaşinqton Universiteti və Terrorizmə qarşı beynəlxalq fəaliyyət Mərkəzinin birgə araşdırmasının məlumatına görə, İŞİD 2014-cü ilin iyunundan bəri Avropa və Şimal Amerika ölkələrində 65 terrorçunun gücü ilə 51 həmlə edib və bunlaırn yalnız 12-i əvvəllər Suriya və İraqda vuruşub. Qalanı nifrət yığınını internet və yaxud dost-tanışları vasitəsilə qazanıb (terrorçuların, demək olar, yarısı yerli cihadçı qruplaşmalara məxsusdur).

Bəli, İraq hökuməti İŞİD ideologiyasını sındıra bilər, lakin bunun üçün müharibəni udub indi sülhü udmalıdır. Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib: “Qaçqınların qayıdışı və cəmiyyətin müxtəlif seqmentləri arasında inamın bərpasının başlanması, həmçinin iraqlıların ümumi gələcək qurmağa başlaması olduqca önəmlidir”.

Lakin bununla bağlı problemlər ola bilər. Hətta İŞİD üzərində qələbədən sonra da İraqın gələcəyi müəyyən edilməyib. Özü də məsələ təkcə bunda deyil ki, əhalinin, demək olar, 20%-i – İraq kürdləri – bütün Şimal İraqla birlikdə çıxışa hazırlaşır (orada bir neçə aydan sonra müstəqillik referendumu keçirilməlidir). Digər 20% – yerli sünnilər – şiə çoxluğun idarəçiliyindən sistemli şəkildə narazıdır. İraq sünnilərinin xeyli hissəsi bir zamanlar buna görə İŞİD-ə qismən dəstək verib. Və hətta bir neçə il qruplaşmanın əsarətində olduqdan sonra bəziləri şiələrlə müqayisədə sünni terrorçuları zəif şər sayır – bir sıra hüquq müdafiəçilərinin məlumatına görə, İraqın şiə könüllü yığması onlara düşmən ünsürlər kimi yanaşır. Bu ən yaxşı halda sünni rayonlarının antibağdad xəttinə və onların amerikalılar və səudlara (Bağdadın indiki sahibinin – Tehranın düşmənlərinə) söykənməsinə, pis halda isə yeni İŞİD-in meydana çıxmasına  səbəb olacaq.

İraq hökuməti bu dəhşətin təkrarını istəmirsə, onda sünnilərin maraqlarını hansısa şəkildə nəzərə almalı olacaq. Onları hakimiyyətə və güc strukturlarına şərik etmək, ola bilsin, sünni əyalətlərə muxtariyyət təqdim etməklə. Amma o bunu edə biləcəkmi? Heydər əl-Abadinin vədlərlə deyil, yalnız gerçək əməllə cavab verə biləcəyi sualdır.

Qalibə eşq olsun!

Amma, bax, amerikalıların durumu xeyli asandır. Mosulun götürülməsi Donald Trampın ən mühüm xarici siyasət qələbəsi oldu. Birinci növbədə imic planında. Amerika prezidenti İŞİD-i yenməyi vəd etmişdi və budur, qruplaşmanın iki paytaxtından birini ələ keçirib (ikincisi – Rakka hazırda mühasirədədir və hətta yaraqlılaırn özlərinin Suriya paytaxtını Dəyr-əz-Zora köçürdüyünə baxmayaraq, dünya məhz Rakkanı bu cür bilir).

Bundan başqa, ABŞ Suriyanın özündə mövqeyini möhkəmləndirib – Tramp Obamanın səhvini təkrarlamağa və bu ölkədən getməyə hazırlaşmır. Beynəlxalq Böhran Qrupundan Noa Bonsi deyir: “ABŞ yanaşması çoxmənalıdır. Bir tərəfdən, Vaşinqton öz üzərinə çox da geniş öhdəliklər almaq və milli dövlətlər qurmağa cəhd etmir, amma digər tərəfdən yeni cihadçlı qruplaşmaların meydana çıxmasını dəf etməyi lazımdır”.

Lakin ABŞ-a təkcə yeni İŞİD-in meydana çıxmasını deyil, həm də Tehrandan köhnə təhdidlərin güclənməsini əngəlləməyi lazımdır. Donlad Tramp Səudiyyə Ərəbistanına səfərinin gedişində İranı cilovlamaq xatirinə kral Salmandan on milyardlarla pul alıb, Konqres ondan ayətullahların qabağını almağı tələb edir, özü Yaxın Şərqdə İran ekspansiyasına qarşı durmaq vədi verib – deməli, Ağ Ev sahibi niyə də İraqdan getməli, Tehranın bölgədə nüfuzuna qarşı bənd qurmamalıdır? Məsələ bundadır ki, Amerika bazaları harada olacaq. Çox ehtimal ki, Kürdüstanda, həmçinin İraqın sünni rayonlarında. Məsələn, elə Mosulda.

Amerikaşünas Maksim Suçkov “Ekspert Online”a deyir: “Vaşinqton Mosulun götürülməsində İraqda öz aktivlərinin (hər şeydən əvvəl geopolitik) geri “qaytarılması”, İranı önləmək üçün sonrakı ön istehkam üzrə mühüm addım görür. Lakin Mosulun qiyməti təkcə bunda deyil. Şəhər çox önəmli logistik dəyərə malikdir – Mərkəzi Asiyanı İran vasitəsilə Şərq Aralıq dənizi bölgəsi, həmçinin Fars körfəzi ilə birləşdirir. Bundan başqa, İraqdan Türkiyəyə, oradan da Avropaya  yollar ondan keçir. Bu qayda ilə amerikalıların Mosul üzərində nəzarət sayəsində bundan sonra da uğraşa biləcəyi süjetlər dedikcə çoxdur”.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 511




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap