Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

Tarix 18.02.18, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb

İclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.
 
MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.
 
Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri qeydə alınıb.
 
Sonda cari məsələlərə baxılıb.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap