|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Nüvə böhranı. Putinə baxanda nə görünür? – “Nyu-York Tayms”
Tarix 17.10.22, 19:42 |
|
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Mən 13 günlük Kuba raket böhranını araşdırmışam. Putinə baxanda nə görürəm?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Maykl Dobbsdur. O həmçinin “Gecə yarısına bir dəqiqə qalmış: Kennedi, Xruşşov və Kastro nüvə müharibəsi astanasında” kitabının müəllifidir.
Məqalədə 1962-ci ildə SSRİ ilə ABŞ arasında yaşanmış, 13 gün (16-28 oktyabr) davam etmiş, Kuba raket böhranı adını almış münaqişədən bəhs edilir, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə, bu müharibənin yaratdığı nüvə təhlükəsi ilə tarixi paralellər aparılır.
Novator.az-ın məlumatına görə, Maykl Dobbs yazır ki, Kuba raket böhranı son onilliklərin ən ziddiyyətli, dünyanın nüvə məhvinə ən yaxın dövrü kimi yadda qalıb. Ukrayna müharibəsinin də oxşar risklər doğurduğunu vurğulayan müəllif bildirir ki, əslində bu risk Rusiya prezidenti Vladimir Putin qonşu Ukrayna ərazilərini rus torpağı elan edəndən mövcuddur.
Nüvə müharibəsi ilə digər müharibələr arasında yerlə göy qədər fərq olduğunu qeyd edən Maykl Dobbs yazır: “Adi müharibədə siyasi liderlərin səhvi xalqlara baha başa gəlsə də, hər halda insan övladının yoxa çıxması təhlükəsini doğurmur. Nüvə qarşıdurmasında isə nəinki kobud səhvlər, hətta cüzi anlaşılmazlıq da fəlakətli nəticələrə gətirib çıxara bilər. Ölkələr arasında hərbi gərginlik artdıqca səhvlərin buraxılması riski də böyüyür və buna bir misal da Kuba raket böhranıdır.
1962-ci ilin oktyabrında ABŞ prezidenti Con Kennedi sovet ordusunun Kubada öz mövqelərini gücləndirməsinin qarşısını almaq üçün adanı dənizdən blokadaya aldı. Kennedinin bu addımı Sovet İttifaqının rəhbəri Nikita Xruşşovu çətin seçim qarşısında qoydu: ya böhrana son vermək üçün Amerikanın açıq şəkildə elan etdiyi şərti – sovet raketlərinin Kubadan tam çıxarılması tələbini qəbul etmək, ya da nüvə müharibəsinə getmək”.
Hazırkı situasiyada rolların dəyişdiyini diqqətə çatdıran Maykl Dobbs bildirir ki, Putin qırmızı xətt çəkməyə can atır və bütün vasitələrdən, o cümlədən nüvə arsenalından istifadə olunacağı barədə xəbərdarlıq edir: “O, Rusiyanın bu yaxınlarda birtərəfli qaydada genişləndirdiyi sərhədləri qoruyacağını deyir. ABŞ prezidenti Cozef Bayden isə Ukraynanı müdafiə etmək prinsipinə sadiqliyini bəyan edir. Putinin qırmızı xəttinə məhəl qoyulmazsa, Kreml rəhbərinin buna necə reaksiya verəcəyi bəlli deyil.
Putinin nüvə fəlakətindən qaçmaq istəyən rasional oyunçu olduğunu fərz etsək belə, arxayınlaşmaq mümkün deyil. Çoxları elə bilir ki, 1962-ci ilin oktyabrında nüvə müharibəsi riskini doğuran əsas amil birbaşa Xruşşovla Kennedi, onların arasındakı qarşıdurma idi. Əslində riski artıran ən böyük səbəb o idi ki, Xruşşovla Kennedi qarışdırdıqları qazana heç də nəzarət edə bilmirdilər.
Mən Kuba raket böhranının xronologiyasını bütün incəliklərinəcən araşdırmışam. Və müəyyən etmişəm ki, o dövrdə Xruşşovla Kennedi baş verən proseslərin bəzisindən xəbərsiz olublar.
Böhranın ən təhlükəli günü oktyabrın 27-nə düşür. Həmin gün sovet raketi ilə Kuba səmasında ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi vurulub. Halbuki Xruşşov bu barədə əmr verməyibmiş.
Elə həmin gün başqa bir U-2 kəşfiyyat təyyarəsi SSRİ-nin hava məkanına adlayıbmış və sovetlərin hava hücumundan müdafiə sistemi işə salınıbmış. Kennedinin isə bundan xəbəri yox imiş.
Sonralar Kennedi bu hadisə ilə bağlı belə deyib: “Söz qanmayan kütbeyin əclafı axtarmaqla deyil, həmişə özləri tapılırlar”.
Ukrayna müharibəsi Kuba raket böhranından fərqlənsə də, bənzər yanlışlıqlar, anlaşılmazlıqlar yenə mümkündür. Rusiyanın, yaxud Ukraynanın atdığı mərmilərdən biri təsadüfən atom elektrik stansiyasına düşə, qəzaya səbəb ola, Avropanın bir çox hissəsini zəhərləyə bilər.
Rusiyanın Qərbdən Ukraynaya göndərilən hərbi yardımı əngəlləmək cəhdi NATO ölkələrinə, məsələn, Polşaya toxuna, nəticədə ABŞ avtomatik şəkildə buna cavab vermək məcburiyyətində qala bilər. Yaxud Rusiya Ukrayna ordusunu taktiki nüvə silahı ilə vurmaq qərarına gələ, bu isə ABŞ-la Rusiya arasında nüvə müharibəsinə çevrilə bilər”.
Məqalədə deyilənə görə, Kennedi Sovet İttifaqının Kubada orta mənzilli raketlər yerləşdirdiyindən gec də olsa xəbər tutsa da, bəzi başqa vacib məsələlər barədə tam məlumatsız imiş: “Məsələn, o, Sovet İttifaqının 100-ə yaxın taktiki nüvə raketinin ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazasına və digər Amerika qüvvələrinə hədəfləndiyindən xəbərsiz olub. O vaxt ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi adadakı sovet qoşunlarının sayını lazımınca dəyərləndirə və sovet qoşunlarının nüvə başlıqlarını adada yerləşdirməsi prosesini izləyə bilməmişdi”.
Eyni zamanda məqalədə vurğulanır ki, istər Kennedi, istərsə də Xruşşov böhranın dərinləşəcəyi təqdirdə təkcə öz ölkələrinin deyil, bütün dünyanın hansı təhlükə ilə üzləşəcəyini dərk etməyi bacarıblar: “Məhz buna görə də onlar bir-birilərini nə qədər açıq şəkildə mühakimə etsələr də, öz aralarında məxfi əlaqə qurmağa çalışıblar. Nəticədə prezident Kennedinin qardaşı, baş prokuror Robert Kennedi ilə Sovet İttifaqının Vaşinqtondakı səfiri Anatoli Dobrınin arasında gizli görüşlər keçirilib. Sonda qarşılıqlı güzəştə nail olunub: Xruşşov Sovet İttifaqının nüvə qüvvələrini Kubadan, Kennedi isə ABŞ-a məxsus orta mənzilli raketləri Türkiyədən çıxarıb. Bu razılaşma on illər ərzində məxfi saxlanıb”.
Maykl Dobbs xatırladır ki, Kennedi də, Xruşşov da İkinci Dünya müharibəsinin dəhşətlərini yaşamış siyasətçilər idi: “Xruşşov anlayırdı ki, nüvə müharibəsi adi savaşdan dəfələrlə dağıdıcı olacaq. Kremlin arxivləri göstərir ki, bütün döyüşkən pafosuna, ritorikasına baxmayaraq, öz nüvə avantürasının iflasa uğradığını biləndən sonra Xruşşov münaqişəni sülh yolu ilə həll etməyə tam qərarlı olub. Putin isə əksinə, hər kritik məqamda “stavka”nı qaldırmağa çalışır. Gərginliyi artırmaq onun ən çox üstünlük verdiyi taktikaya çevrilib.
Bütün bunlar kommunikasiya imkanlarının gücləndiyi, informasiya texnologiyalarının müharibə və diplomatiyanın tempini sürətləndirdiyi bir zamanda baş verir. Kennedi ilə Xruşşov kommunikasiya sahəsində bəzi texnoloji problemlərlə üzləşirdilər. İndi o problemlər yoxdur, əvəzində başqa problemlər yaranıb.
Daha Vaşinqtondan Moskvaya şifrəli teleqram göndərilməsi 12 saat vaxt aparmır. O biri yandan indi döyüş meydanından gələn informasiyalar çox sürətlə yayıldığına görə siyasi liderləri də tələsik qərarlar qəbul etməyə məcbur edir.
1962-ci ilin oktyabrında ABŞ Sovet İttifaqının Kubada nüvə başlıqlı raketlər yerləşdirdiyini üzə çıxaranda Kennedi buna verəcəyi cavabı altı gün götür-qoy etmişdi. İndi ABŞ prezidenti öz qərarını belə bir arxayınlıqla götür-qoy etmək imkanında deyil.
Biz hələ Kuba raket böhranında olduğu qədər nüvə müharibəsi hazırlığına başlamamışıq. Putin nüvə gücünü yüksək hazırlıq vəziyyətinə gətirməkdən danışsa da, bu istiqamətdə lazımi addımların atıldığından xəbər verən dəlil-sübutlar gözə dəymir.
Kuba raket böhranının təhlükəli mərhələsi cəmi 13 gün sürdü. Ukrayna müharibəsinin isə səkkizinci ayıdır və prosesin sonu hələ görünmür. Proses uzandıqca hansısa dəhşətli yanlış qərarın verilməsi təhlükəsi də artır”.
Xəbərin oxunma sayı : 595
Analiz
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV