“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

NASA xəbərdarlıq etdi:“Yerə iri asteroid yaxınlaşır“

Tarix 19.10.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri 440×990-metr diametri olan iri asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq ediblər.

Azərtac space.com portalına istinadla xəbər verir ki, NASA-nın Yerətrafı Fəzada Obyektlərin Tədqiqi Mərkəzinin (CNEOS) məlumatında oktyabrın 25-də 162082 (1998 HL1) adlanan göy cisminin saniyədə 11,2 milyon kilometr sürətlə Yerdən təxminən 6,2 milyon kilometr aralıdan keçəcəyi bildirilir.

NASA-nın astronomları 162082 (1998 HL1) asteroidini 1998-ci ilin aprelində kəşf ediblər. Onlar bu göy cismini orbitlərinin Yerin orbitindən keçdiyi Apollon asteroidləri növünə daxil ediblər.

Qeyd olunur ki, hazırda NASA planetimiz üçün təhlükə mənbəyi olan asteroidlərin 93 faizini aşkar edib. Bu obyektlərin təxminən 1 mini Günəşdən 195 milyon kilometr məsafədə fırlanır. Alimlər, həmçinin Yerin yaxınlığında olan orbitlərdə yerləşən 19,5 min orta ölçülü (100 metrdən 1 kilometrədək) asteroidləri müəyyən edə biliblər.




Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap