Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Naxçıvandakı bankomatların 93%-i 2 banka məxsusdur – Kəskin azalma var

Tarix 13.09.24, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə Naxçıvan Muxtar Respublikasında 90 ədəd bankomat olub.

Yeniavaz.com xəbər verir ki, bankomatların sayı ilin əvvəlindən ötən 7 ay ərzində 43 ədəd və ya 32% azalıb.
Qeyd edək ki, bankomatların 46-sı Naxçıvan şəhərində, 44-ü isə rayon və kəndlərdə olub. Naxçıvan şəhərindəki bankomatların sayı 26 ədəd, rayon və kəndlərdəki bankomatların sayı isə 17 ədəd azalıb.
Məlumat üçün bildirək ki, bankomatların yarıdan çoxu – 49 ədədi “Kapital Bank” ASC-yə məxsus olub. Bankomatların 35 ədədi və ya 39%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin olub. Ümumiyyətlə, Naxçıvandakı bankomatlar cəmi 6 banka məxsusdur. “Kapital Bank” və “Beynəlxalq Bank”dan sonra ən çox bankomat “Azər-Türk-Bank” ASC-yə məxsus olub. Bu bankın Naxçıvanda 3 bankomatı var. Digər bankların – “Rabitəbank” ASC, “Bank Respublika” ASC və “AccessBank” QSC-nin isə hər birinin Muxtar Respublikada 1 bankomatları mövcud olub.
Son 7 ay ərzində bankomatların sayının kəskin azalmasının səbəbi “Naxçıvan Bank” ASC-nin bağlanması olub. Belə ki, bu ilin əvvəlində “Naxçıvan Bank”ın Muxtar Respublikada 47 bankomatı olub.



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap