“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Nazir beş nəfəri yüksək vəzifəyə təyin etdi - Adlar + FOTOLAR

Tarix 19.02.26, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.

AzFakt.com “Bakupost”a istinadən xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.

İlkin Məmmədov 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırkı təyinata qədər Agentliyin sədrinin müavini kimi çalışıb.

Elnur Əliyev 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırkı təyinata qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri olub.

Arif Ataxanlı 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, son təyinatadək Agentliyin departament müdiri işləyib.

Əlişah Kövsərov hazırkı vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri olub.

Elşən Mahmudov İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və digər qurumlarda müxtəlif vəzifələrdə, hazırkı təyinatədək isə DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün nazir Anar Əliyev Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimovu vəzifəsindən azad etmişdi. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap