“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanın Avropa enerji bazarındakı strateji mövqeyi daha da möhkəmlənəcək

Tarix 17.02.26, 7:00

Font ölçüsü : - / +
bitmap-img6


Belqradda Azərbaycan və Serbiya liderlərinin mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bir daha nümayiş etdirib.

Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç tərəfindən səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər modelindən çıxaraq regional enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya platformasına çevrilir. Son beş ildə Azərbaycan ilə Serbiya arasında xarici ticarət dövriyyəsinin 15 dəfə artaraq 2025-ci ilin yekununda 135 milyon ABŞ dollarına çatması, eləcə də formalaşmış yüksək siyasi etimad səviyyəsi iqtisadi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm institusional baza yaradıb. Bu dinamik inkişafın məntiqi davamı olaraq, 2025-ci ildə Serbiyadan idxal 55 faiz artıb, eyni zamanda bu ölkədən Azərbaycanın qeyri-neft sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi indiyədək təxminən 10 milyon ABŞ dollarına çatıb. Ümumilikdə, liderlər səviyyəsində aparılan müzakirələr təsdiqləyir ki, tərəflər yalnız mövcud layihələrin icrası ilə kifayətlənmir, eyni zamanda uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən birgə yol xəritəsi formalaşdırır. Bu yanaşma tərəfdaşlığı strateji kapital kimi möhkəmləndirir.
Ölkə liderlərinin bəyanatlarında xüsusi vurğulanan istiqamətlərdən biri energetika sahəsidir. Təbii qaz ixracı, elektrik enerjisi istehsalı və yeni generasiya güclərinin yaradılması üzrə razılaşmalar göstərir ki, əməkdaşlıq artıq resurs tədarükü mərhələsini keçərək birgə istehsal və infrastruktur quruculuğu mərhələsinə daxil olur.Azərbaycan-Serbiya energetika əməkdaşlığının genişlənməsi enerji ixracının artırılması, təmiz elektrik istehsalının təşviqi və bərpaolunan mənbələr hesabına generasiya güclərinin yüksəldilməsi ilə xarakterizə olunur. 2029-cu ilə qədər 500 meqavatlıq enerji istehsalı gücünə malik qazla işləyən elektrik enerjisi stansiyasının açılması buna bariz nümunədir. Planlaşdırılan qazla işləyən elektrik stansiyasının inşası enerji təminatı olmaqla yanaşı, texnologiya transferi, sənaye kooperasiyası və investisiya axınlarının dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, hazırda 2 giqavat olan ixrac potensialımızın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü ilə artırılması və transmissiya infrastrukturunun inkişafı Azərbaycanın Avropa enerji bazarındakı strateji mövqeyini daha da möhkəmləndirəcək.

Belqrad və Bakı arasında “Air Serbia” vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması isə turizm axınlarının artırılması və logistik bağlantıların genişlənməsi, humanitar və xidmət sektorunda yeni artım nöqtələri yaratma potensialına malikdir. Bu proses iqtisadi diplomatiyanın “yumşaq güc” komponentini gücləndirərək xalqlar arasında sosial-mədəni yaxınlaşmanı da sürətləndirir.

Mövcud dinamika Azərbaycan-Serbiya münasibətlərinin Balkanlar ilə Cənubi Qafqaz arasında əməkdaşlığın klassik diplomatik çərçivəsini aşaraq çoxölçülü və institusional əsaslara söykənən strateji tərəfdaşlıq arxitekturasına transformasiya olunduğunu göstərir. Enerji, investisiya, sənaye, nəqliyyat və texnologiya sahələrində formalaşan sinerji yaxın illərdə tərəflərin regional təsir imkanlarını daha da artıracaq. Bu baxımdan, Belqrad görüşü gələcək onilliklər üçün formalaşan yeni əməkdaşlıq fəlsəfəsinin siyasi manifesti kimi qiymətləndirilə bilər.

Rəfail Babayev



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap