“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ADSEA-nın su təchizatında ciddi qanun pozuntuları aşkarlanıb - Rəsmi

Tarix 15.02.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində 2025-ci il üzrə aparılan araşdırmalar çərçivəsində, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsdə (PHŞ) həyata keçirilən yoxlamanın yekunlarını ictimaiyyətə təqdim edib.

AzFakt.com xəbər verir ki, bu xüsusda Dövlət Agentliyi rəsmi açıqlama yayıb.

Qeyd olunub ki, araşdırma prosesinə vətəndaşlardan daxil olan müraciətlərə istinadən start verilib: "Monitorinqin gedişatında istehlakçı hüquqlarına zərər vura biləcək fəaliyyətlər, məhsul istehsalı və satışı zəncirində ehtimal olunan nöqsanlar, həmçinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim edilən xidmət həcminin genişləndirilməsi zamanı mövcud normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi vəziyyəti təhlil edilib.

Bununla bərabər, su təchizatı sektorunda tariflərin düzgün tətbiq edilməməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanış predmetinə daxil edilib.

Yoxlamanın yekunlarına müvafiq olaraq, rəqabət qanunvericiliyinin pozulması faktları və əlamətləri təsdiqini tapdığı üçün sözügedən təbii inhisar subyekti barəsində iş açılıb".

Qeyd edək ki , Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap