“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

Tarix 13.02.26, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.

Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.

Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb.“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı  xəbərlər səhifəsindən əldə etmək olar. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar”son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif  internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap