“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur – SOCAR

Tarix 23.11.20, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


İyul ayından etibarən SOCAR-ın dəniz platformalarında COVID-19 xəstəliyinə yoluxmaların sayı kəskin azalıb və kütləvi yoluxma halları müşahidə olunmur. 

Yoluxma hallarının əksəriyyəti karantin müddətində keçirilən birinci və ya təkrar test nəticəsində aşkarlanır.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Qeyd edim ki, iyul ayına qədər SOCAR üzrə dəniz platformalarında iş növbəsindən əvvəl təyin edilən karantin müddəti 3 gün olub və belə olan halda kütləvi yoluxmalar müşahidə olunurdu. Bunun qarşısını almaq üçün karantin müddəti 7 günə qədər uzadıldı və nəticədə platformalarda yoluxma hallarının sayı da aşağı düşdü. Karantin müddətinin 7 günə qədər olması ÜST, eləcə də neft hasil edən şirkətlərin təşkilatlarının tövsiyyələrinə uyğundur və SOCAR-da olduqca müsbət nəticə verib”, – deyə İ.Əhmədov bildirib.

O həmçinin əlavə edib ki, SOCAR-da dənizdə çalışan işçilərin sayı çox olduğuna görə hər karantindən sonra dənizdə bir aylıq iş növbəsinin tətbiq olunması logistik zərurətdən irəli gəlir: “İşçilərimizin iş şəraitinin rahatlaşdırılması üçün şirkətin sərəncamında olan bütün imkanlar səfərbər olunur. Hazırda Covid-19 yoluxmaların sayını azaltmaq, cəmiyyət olaraq, ən ümdə vəzifələrimizdəndir. Lakin qarşıdakı dövrdə mümkün olan kimi işçilərin növbə müddətinin pandemiyadan əvvəlki rejimə qaytarılması nəzərdən keçiriləcək.” (apa)



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap