“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərsığorta“da fırıldaq - Departament müdiri fotoşopla 22 mini ələ keçirib + FOTOFAKT

Tarix 22.02.21, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb - baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlıq edib. Musavat.com xəbər verir ki, söhbət "Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.

Məlumata görə X.Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün bu yola əl atıb. Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib.

Belə ki, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən tanışı Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 dövlət nömrə nişanlı “Chevrolet Captiva” markalı avtomobil qəza törədib. Həmin ərəfədə X.Hətəmov "Azərsığorta"nın filial müdiri olub. Bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub.

Açıklama yok.

Kasko sığortası "Azərsığorta"da olan Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq zərər 22 min manat göstərilib.

Açıklama yok.

Xəyyam Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.

İşin maraqlı tərəfi budur ki, həmin zaman Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub.

Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə məhz bundan sonra Baş İdarədə mühasib köməkçisi olub.




Xəbərin oxunma sayı : 745




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap