| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Paşa Holding yeni hədəflərini açıqladı - MÜSAHİBƏ
Tarix 09.03.21, 19:56 |
|
PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov müsahibə verib.
AzFakt.com sözügedən müsahibəni təqdim edir:
- Sizin digər çıxışlarınızdan bilirik ki, bu il Şirkətiniz yeni strateji dövrə daxil olub. Bu səbəbdən bu günkü müsahibəmizi bu mövzuya həsr etmək istərdik. İlkin olaraq bizə Şirkətinizin ümumi baxışı barədə məlumat verərdiniz.
- Tamamilə doğrudur. Şirkətimiz bu il həqiqətən də yeni strateji dövrə daxil olub. Vurğulamaq istərdim ki, növbəti 3 ili əhatə edən strategiyamızın əsasını korporativ dəyərlərimiz – yəni dürüstlük, keyfiyyət, əməkdaşlıq, sahibkarlıq ruhu və gəlirlilik - üzərində qurulmuş, innovativ yanaşma və bu yanaşmadan ərsəyə gələn məhsul və həll yollarını müştərilərimizə çatdırmaq məqsədi təşkil edir. Düzü, bizim baxış və missiyamız barədə bəyanatları əzbərdən deyərək uzun-uzadı cümlələrlə Sizi yormaq istəmirəm. Bu səbəbdən daha çox diqqət mərkəzimizdə olan əsas məqamlar barədə danışacağam. Biz, şirkətlər qrupu olaraq Azərbaycanın və qonşu ölkələrin iqtisadiyyatlarına investisiya etməklə, həm biznes portfelimizi genişləndirmək, həm də bu ölkələrin artan investisiya tələbatını ödəməyə çalışırıq. Fəaliyyətimiz əsasən region ölkələrinin – yəni Azərbaycan, Türkiyə və Gürcüstanın – qeyri-neft sektorunu əhatə edəcək. Bundan əlavə, bizim fəaliyyətimiz Monteneqroda turizm və əmlak sektorunu da əhatə edir.
- Ümumi baxışınızın izahı üçün çox sağ olun. Bəs Şirkətinizin əsas hədəflərinə biraz daha yaxından baxsaq, nələri vurğulamaq istərdiniz?
- Bütün şirkətlərdə olduğu kimi, bizim də əsas hədəfimiz biznes fəaliyyətimizi genişləndirmək, dayanıqlılığımızı yüksəldərək etibarlı investor kimi mövqeyimizi qoruyub saxlamaq və bununla regional iqtisadiyyata töhfəmizi verməkdir. Ümumi hədəfdən savayı, növbəti 3 ili əhatə edən strategiyamızda yer alan spesifik mövzular da var ki, onlardan biri innovasiya və yaradıcılıq mədəniyyətini təşviq etməkdir. Ölkəmizin inkişafı üçün yerli innovasiya ekosisteminin və startap mədəniyyətinin təşviqi, eləcə də beynəlxalq müstəvidə tətbiq edilən ən qabaqcıl ideyaların cəlb edilməsi olduqca önəmlidir və təəssüf ki, bu fəaliyyət hazırda ölkəmizdə çox yüksək səviyyədə deyil. PAŞA Qrup olaraq biz, həm Qrup daxilində, həm də xarici auditoriyada innovasiya mədəniyyətini təşviq etmək, ümumilikdə innovativ startapları nəzərdən keçirmək, onları dəstəkləmək və hətta bizim baxışımıza uyğun gəldikləri halda, onlara bizim ekosistemə qoşulmağı təklif etmək və ya onlara yatırım etmək niyyətindəyik. Ölkə daxilində innovasiya ekosisteminə dəstək olmaqla yanaşı, biz ölkədən kənar olan öndəgedən şirkətlərlə əməkdaşlıq edərək, xarici startapları ölkəyə cəlb etməyi də düşünürük. Bu yaxınlarda biz ASAN xidmətin İnnovasiya Mərkəzinin təşkil etdiyi "Azərbaycan 500 ASAN Startap Proqramı”na da dəstək göstərmişik. Sözügedən proqramın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və impuls yaratmağa kömək etməkdir. Qeyd edim ki, 2020-ci ilin sonunda PAŞA Holding innovasiya ekosisteminə göstərdiyi dəstəyə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunan "İlin ekosistem dəstəkçisi” nominasiyasında qalib seçilmişdir.
Əslində, ayrıca vurğulamaq istərdim ki, biz bu innovasiyayə göstərilən dəstəyə əsla sosial məsuliyyət və ya xeyriyyə aksiyası kimi baxmırıq. Əlbəttə, biz korporativ sosial məsuliyyətimizi son dərəcədə anlayırıq və bu istiqamətdə müxtəliv növ tədbirlər görməyə davam edəcəyik. Lakin innovasiya mədəniyyətinin təşviqi bizim üçün sosial məsuliyyət deyil, strateji hədəf və eyni zamanda uzunmüddətli yatırımdır. Onu da qeyd edim ki, biz innovasiya mədəniyyətini yalnız dəstəkləmirik, eyni zamanda özümüz bu mədəniyyəti bilavasitə yaşayırıq. Qrupumuza daxil olan bütün şirkətlər bizim innovativ mədəniyyət nümayəndələri olmağımızın bariz nümunəsidir. Bildiyiniz kimi, 2018-ci ildə Qrupumuza PAŞA Technology, 2020-ci ildə də isə - Competo şirkəti daxil olub. Bu şirkətlərin hər ikisi startap olaraq ərsəyə gəlib və daha sonra keyfiyyətli nəticə göstərməklə özlərini müstəqil şirkət olaraq doğruldublar və hazırda doğruldmaqdadırlar. Gözləntimiz odur ki, sözügedən şirkətlər qədəm qoyduğumuz strateji dövr ərzində PAŞA ekosisteminin inkişafına və şaxələnməsinə ciddi töhfə verəcəklər. Bundan əlavə, bizim banklar, sığorta şirkətlərimiz – hər biri ayrı-ayrılıqda öz gündəlik fəaliyyətlərində, məhsul və xidmətlərində innovativ yanaşmaları ilə seçilirlər və buna görə də bu istiqamətdə müxtəlif mükafatlar əldə edirlər.
- Ekosisteminiz barədə biraz ətraflı məlumat verə bilərsinizmi? Ekosistem deyəndə nə nəzərdə tutursunuz və Competo və PAŞA Technology şirkətlərinin burda rolu nədən ibarət olacaq?
- Əlbəttə. Ekosistem deyəndə biz müxtəlif sahələrdə fəaliyyət göstərən Qrup şirkətlərimiz və partnyorlarımızın fərdi və korporativ məhsullarını inteqrasiya edəcək vahid bir orqanizmin yaradılmasını nəzərdə tuturuq. Məqsədimiz müştərilərimiz üçün məhsullarımızı vahid nöqtədən istifadə etmək imkanı yaratmaq və onlar üzrə məlumatlarımızı unifikasiya edib müştərilərə daha sərfəli və onların profilinə uyğun təkliflər təqdim etməkdir. Ekosistemimizi zənginləşdirəcək əsas elementlərdən biri kimi biz Competo şirkətini və onun Umico məhsullarını görürük. PAŞA Technology şirkətimiz isə Qrup şirkətlərimizin məlumat bazalarını, eləcə də bu məlumatların təhlükəsizliyini təmin edəcək. Şirkət hazırda yüksək səviyyəli beynəlxalq sertifikatlara layiq görülmüş məlumat mərkəzlərinin idarəsini həyata keçirir.
- Sosial məsuliyyət fəaliyyətinizi qeyd etdiniz. Bu istiqamət necə, bu strateji dövrdə də diqqət mərkəzində olacaq? Bu arada, bilirik ki, Sizin şirkətlər Qrupu həm YAŞAT Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna böyük məbləğdə vəsait köçürüb. Qarabağın inkişaf məsələsi Sizin strategiyanızda necə əks olunur, onu da deyərdiniz zəhmət olmasa.
- Mütləq qaydada. PAŞA Holding olaraq biz korporativ sosial məsuliyyətimizi biznesin bir hissəsi və özümüzün əsas öhdəliyi kimi görürük. Bu istiqamətdə icra etdiyimiz bütün fəaliyyətlər bizim Sosial Məsuliyyət strategiyamıza əsasən icra olunur. Bundan əlavə, ölkədə baş verən hadisələr bizim sosial məsuliyyət gündəliyimizdə birbaşa olaraq öz əksini tapır. Bildiyiniz kimi, bizim Şirkətlər Qrupu bütün mühim məsələlərdə ölkə rəhbərliyinin çağırışlarına reaksiya verən ilk şirkətlərdən olub. Bu mövqeyi biz əlbəttə ki, hazırki strateji dövrdə də qoruyub saxlayacayıq. Sizin də qeyd etdiyiniz kimi, ilin əvvəlindən maliyyə şirkətlərimiz tərəfindən həm YAŞAT Fonduna, həm də Qarabağ Dirçəliş Fonduna, hər birinə ayrı-ayrılıqda 2 milyon AZN olmaqla, vəsait ianə edilib. Bundan əlavə, şirkətlərimiz tərəfindən mütəmadi olaraq təhsil, səhiyyə, mədəniyyət, idman və digər istiqamətlərə dəstək göstərilir.
Qarabağ mövzusuna gəlincə isə, düşünürəm, Qarabağın dirçəlişi hazırda bütün şirkətlərin strategiyasında öz əksini tapır. Mənim ötən ilin sonunda bir müsahibəm olmuşdur və orada da qeyd etmişdim ki, azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması həqiqətən də hər birimizin arzusu, eyni zamanda əsas hədəfidir. Regionun öndəgedən şirkətlərindən biri olaraq biz də bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik. Bizim banklar yeni filialların açılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edəcəklər.
Qarabağda filialların açılması PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən də planlaşdırılır. Bundan əlavə, Kapital Bank azad edilmiş bütün rayon mərkəzlərində yeni filiallar açaraq müştərilərə xidmət etməyi planlaşdırır. Keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq biz bu istiqamətdə olan inkişaf planlarımızı müvafiq dövlət strukturları ilə də razılaşdıracağıq.
Növbəti suala keçməzdən öncə, bir məsələni də vurğulamaq istərdim – bu bizim insanların fədakarlığıdır. Yəqin ki, Siz də bu barədə məlumatlısınız. PAŞA Qrup, əsasəndə Kapital Bank əməkdaşlarının təşkilatçılığı ilə Red Hearts xeyriyyə fondu qurulmuşdur və həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə bu cəmiyyət əsgər və şəhid ailələrinə dəstək istiqamətində geniş miqyaslı layihələr icra etmişdir. Bir menecer olaraq mən həqiqətən də fəxr edirəm ki, bu kimi cəmiyyətlər bizim əməkdaşlar tərəfindən idarə olunur.
- Düzü fikir vermişəm ki, Sizin şirkətlər və Siz şəxsən insan kapitalına xüsusi diqqət ayırırsınız və bunu mütəmadi olaraq vurğulamağa çalışırsınız. Bizə biraz insan kapitalı strategiyanız barədə danışardınız.
- Tamamilə doğru vurğuladınız. Bizim üçün insanlar istedad və Qrupumuzun ən əsas və vacib varlıqlarıdırlar. Hər biri ayrı-ayrılıqda bizim Şirkətimizin uğurunun səbəbidir. Bunu dərk etmək bizi müəyyən addımlar atmağa vadar edir. Şirkətin effektivliyi hər bir əməkdaşımızın öz işini necə yerinə yetirməyindən asılıdır. Yəni strategiyanın icrası ən az strategiyanın formalaşdırılması qədər önəmlidir. Bundan əlavə, şirkətdaxili iki tərəfli şaquli kommunikasiya uğurlu strategiyanın əsas şərtlərindəndir. Bu səbəbdən insanlar və korporativ mədəniyyətin rolunu əsla unutmaq olmaz.
Fəaliyyətimizdə biz korporativ idarəetmə, əməkdaşlarımız üçün inkişaf proqramları, eləcə də təşkilatımızın ümumi və risk sağlamlığını daim yüksəltməyə çalışırıq. Şirkətimiz tərəfindən beynəlxalq məsləhətçi şirkətlərin köməyi ilə Təşkilatın Sağlamlığı İndeksi (TSİ) və Risklərin Sağlamlığı İndeksi (RSİ) ölçülərək, bu istiqamətdə olan güclü və zəif tərəflərimiz müəyyənləşdirilib. Bu mövzu üzrə çox detallara varmaq istəməzdim, bəlkə Şirkətimizin digər rəhbər şəxsləri tərəfindən gələcəkdə məhz bu mövzuya həsr olunmuş ayrıca müsahibə də təqdim olunar, lakin bildirmək istərdim ki, bu təşəbbüsün nəticəsində Holdinq və törəmə müəssisələrimizdə risklərin idarəetmə səviyyəsinin ümumdünya və regional oyunçularla müqayisədə yüksək olduğuna, eləcə də ümumilikdə təşkilati mədəniyyətimizin beynəlxalq standartlara uyğun olduğuna bir daha əmin olduq. Bu kimi göstəricilər isə öz növbəsində bizə ən çox seçilən və ya arzuolunan iş yeri statusunu əldə etməyə imkan verir.
Xəbərin oxunma sayı : 658
Müsahibə
Xəbərlər
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
-
Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
-
Azərbaycanda nəqliyyatın fəaliyyətindən məsul olan şəxs - Rəhman Hümmətov kimdir?
-
“Kölgə donanması”na dron hücumu - Helikopter də tankeri xilas edə bilmədi
-
Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib
-
“Arsenal“dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
-
Bu ölkələr beynəlxalq münasibətlər sistemini çökdürür - Putin
-
Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO
-
Azərbaycanda 31 milyon manat cərimə olunan şəxslə bağlı YENİ QƏRAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“İran münaqişəni mümkün qədər uzatmağa çalışır” - Donald Tramp
-
Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşəcək - Bu tarixdə
-
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda
-
Azərbaycanda gənclər arasında bu xəstəlik sürətlə yayılır - Həkim çağırış etdi
-
“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI
-
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
-
Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - VİDEO
-
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Sinin casusları bizi izləyir, biz də onları izləyirik - Tramp
-
Ermənistan MDB-dən də uzaqlaşır - İqtisadi Şuraya İrəvandan heç kim getmədi
-
Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
TOP 10
ARXİV






