| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Rusiya qazı Ermənistana Azərbaycan üzərindən nəql edilməyə başlayıb! - Rəsmi Bakı buna niyə razılaşıb?
Tarix 18.03.21, 11:20 |
|
Dünən Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən Ermənistana satılan Rusiya qazı təxminən üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək.
Şirkət bunu "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində “planlaşdırılmış profilaktik təmir işləri” ilə əlaqələndirib. Müqavilə ötən gün martın 16-da imzalanıb. Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.
SOCAR-ın şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov belə müqavilənin imzalandığını təsdiqləyib. Bildirib ki, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib.
“Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq",-İ.Əhmədov bildirib.

SOCAR rəsmisi bildirir ki, Rusiya qazı Gürcüstan sərhədinə mövcud ölkədaxili magistral qaz kəmərlərinin şəbəkəsi vasitəsilə nəql olunacaq. Daha dəqiqi, tranzit nəql Qazax-Saquramo ixrac xətti ilə reallaşdırılacaq. Bu proses Gəncə-Qazax bölgəsində yaşayan Azərbaycan əhalisinin qazla təchizatına hər hansı təsir etməyəcək, çünki bu ərazi təbii qazla ayrı bir xətlə təchiz olunur.
Qeyd edək ki, Hacıqabul-Qazax-Saquramo magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir.
Rusiya qazı isə Azərbaycana Mozdok-Şirvanovka-Hacıqabul boru kəməri ilə nəql ediləcək. Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib.
2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib.
İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.
Erməni mənbələri xəbər verir ki, “Qazprom” şirkəti 2020-ci ildə Ermənistana 2 milyard 209 milyon kubmetr qaz nəql edib. Bu ilin yanvarında nəql həcmi artırılaraq 310 milyon kubmetrə çatdırılıb. Maraqlıdır ki, ötən ilin dekabrında “Qazprom Eksport” “Qazprom Ermənistan”la alqı-satqı müqaviləsini yalnız bu ilin birinci rübünə qədər uzadılmasını nəzərdə tutan saziş imzalayıb. Hələlik tərəflər arasında aprel ayından Rusiyadan Ermənistana qaz nəqlini tənzimləyəcək hüquqi sənəd imzalanmayıb.
Bu müqavilə müvəqqəti də olsa, tarixi hesab edilə bilər. Çünki cəmi bir neçə ay əvvələ qədər Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsi ağlasığmaz ideya hesab olunardı. İndi isə 10 noyabr üçtərəfli razılaşmasına əsasən tərəflər qarşılıqlı olaraq kommunikasiyaların açılmasını müzakirə edir, o cümlədən digər region ölkələri üçün də strateji əhəmiyyət daşıyan, “Zəngəzur dəhlizi” adlandırılan quru və dəmir yol kommunikasiyalarının açılmasına dair danışıqlar aparılır.
Belə vaxtda Azərbaycan tərəfi Rusiya qazının Ermənistana tranzitinə icazə verməklə regionda böyük sülhə doğru ilk addımı atmış olur. Bu addım Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair simvolik mesajdır. İndiki halda Rusiyadan Gürcüstana uzanan qaz kəmərinin təmirə dayanması həmin simvolik addım olmasa Ermənistanın qazsız qalması demək olardı. Çünki İrandan aldığı cüzi həcmdə qaz Ermənistanı üç həftə təmin edə bilməz.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elan Şahinoğlu hesab edir ki, SOCAR-la “Qazprom” arasında imzalanan müqavilə ölkə liderləri səviyyəsində əldə olunan razılaşmadır: “Ən çox səslənən sual budur: Azərbaycan Ermənistana qaz nəqlində iştirak etməlidirmi? Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib. Görünür, Bakı Moskvaya ”yox" cavabının mənfi nəticələrini hesabladığından Ermənistana müvəqqəti qaz nəql etməyə qərar verilib.
Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki müharibədə qələbə çalan Azərbaycanın məğlub və “artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzində işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın bu jestinin ermənilərin düşüncəsini dəyişəcəyini söyləmək mümkün deyil. Ona qalsa, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında ermənilərin minnətdarlığını kimsə eşitdimi?"
Buna baxmayaraq, ekspertin fikrincə, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərinin az da olsa güclənməsinə xidmət edə bilər: “Misal üçün, Paşinyan öz xalqına izah edə bilər ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmadansa, bu iki qonşu dövlətlə əməkdaşlıq ermənilər üçün daha faydalıdır. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. ”Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın" - bu, Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən, Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik".

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Mozdok-Şirvanovka-Hacıqabul qaz kəməri ilə sovet dövründə də Gürcüstan və Ermənistana qaz ötürülüb: “Bu kəmərlə gedən qaz həm də Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikasına da ötürülürdü. Naxçıvana iki kəmərlə ötürülürdü, digəri Bərdə-Ağdam-Xankəndi-Gorus-Şahbuz kəməri idi. Azərbaycan Ermənistana qaz nəqli üçün tranzit haqqı alacaq, bu, birmənalıdır. Yəni bu tranzitdən iqtisadi fayda götürəcəyik. Amma əsas fayda siyasi baxımdan əldə olunacaq. Bu addım həm Rusiyanın, həm də beynəlxalq aləmin nəzərində Azərbaycanın xoş niyyətinin göstəricisi kimi qəbul ediləcək. Yəni Azərbaycan bununla bütün dünyaya mesaj verir ki, öz torpaqlarını azad etdikdən sonra Ermənistanla hər hansı problemi qalmayıb, regional əməkdaşlığa nəinki hazırdır, hətta bu istiqamətdə real addımlar atmaq iqtidarındadır və atır da”.
Maraqlıdır ki, Gürcüstan Qaz Nəqli Şirkəti (GGTC) Rusiya və Azərbaycan arasındakı razılaşmadan məlumatlı deyil. Bu barədə “Sputnik Ermənistan”a şirkətin mətbuat xidmətinin rəhbəri Levan Toroncadze məlumat verib: “Hələlik bizə bir məlumat daxil olmayıb. Biz tərəfdən nəqllə bağlı hər hansı dəyişiklik yoxdur. Hazırda bütün istiqamətlərdə, o cümlədən Ermənistana qaz nəqli əvvəlki kimi adi rejimdə davam etdirilir”.
Xəbərin oxunma sayı : 1216
Gündəm
Xəbərlər
-
Ağdamda 14 milyonluq layihə: Strateji istehsal müəssisəsi yaradılır
-
Bakı-Tbilisi-Bakı qatarlarının reysləri artırıldı - Biletlər bu gündən satışdadır
-
İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar
-
“Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır“ - Prezident
-
Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)
-
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi həbs edildi - 2 aylıq
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib - 3 nəfər çıxarıldı
-
Azərbaycanda 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib - FOTO
-
Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq - İlham Əliyev
-
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi - Kimlər getdi, kimlər gəldi?
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
-
ABŞ-ın İranla müharibə hazırlığı: Bu ölkələrə əlavə Patriot-lar yerləşdirildi
-
Bakıda restoran sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin - Prezident
-
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?
-
Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
-
Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi - İlham Əliyev
-
Nazir müavininin kürəkəni də həbs olundu - Fond istintaqında YENİ
-
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır - Hikmət Hacıyev
-
Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO
-
Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər - Tramp
-
YAP-ın VIII Qurultayı keçirilir - İlham Əliyev çıxış edir
-
Azərbaycan nefti 5 faizə yaxın bahalaşdı - Yeni qiymət
-
Monqolustandan gətirilən quzu əti bahalaşdı - VİDEO
-
İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin
-
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
-
“Qızıl Saray”da istehlaka yararsız ətlər aşkarlandı - FOTOLAR
-
Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
-
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 milyon manatlıq onlayn kazino: 6 nəfər saxlanıldı (VİDEO)
-
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
-
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi - QƏRAR
-
“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri
-
Bakıda məmurun evinə oğurluğa girdilər, elə bir şey apardılar ki...- TƏFƏRRÜAT
-
Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT
-
Sabah Azərbaycanda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi: Sənədsiz obyektlər və cavabsız suallar
-
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
-
Ağdərədə yeni yarımstansiyanın tikintisinə başlanılır - 3,9 milyon ayrıldı
-
Sakinlər və tikinti şirkəti arasında qiymət mübahisəsi - VİDEO
-
“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döydü - Polisə müraciət olundu
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
-
Söküntüyə razı olmayan ev sahibini nə gözləyir? - Vəkildən açıqlama
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - Prokurorluq araşdırmaya başladı
-
Azərbaycan media və kommunikasiyanın inkişafına xüsusi diqqət ayırır - İlham Əliyev
-
Milyonlarla manat ödəniş edildi, amma...- “Qala Sığorta”da nə baş verir?
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
-
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
-
Xəbərdarlıq olunmadan işdən çıxarıldılar - TƏFƏRRÜAT
-
“McDonald’s” qiymətləri süni şəkildə şişirdir? - ARAŞDIRMA
-
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanladı -Hikmət Hacıyev oxuyub
-
İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”
-
Onlayn kreditlərdə yeni dövr: Vətəndaşlar blok qoya biləcək
-
Mikroavtobusla sərnişindaşıma: Təhlükəsizlik necə təmin olunur?
-
Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi
-
Sabiq məmur övladlarının milyonluq sərvəti üzə çıxdı: araşdırma başlayır?
-
Pakistan Əfqanıstana aviazərbələr endirib - 9 nəfər ölüb
-
Rubio İran nümayəndə heyətindən Nyu-Yorku tərk etməyi tələb edib - “Axios“
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - VİDEO
-
NATO-dan Rusiyaya sərt mesaj: “Nüvə ritorikasını qınayırıq”
-
Prezidentin geri qaytardığı qanunlar - Səbəblər bunlar olub...
-
Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ
-
Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları
-
SEPAH amerikalılara açıq məktub ünvanladı: “Hökuməti dəyişin”
-
Zinəddin Zidanın maaşı açıqlandı - Fantastik məbləğ
-
“UĞUR 777“ estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
-
Rusiyadan Azərbaycana nağd pul gətirilməsi ilə bağlı qadağa - Putin sərəncam imzaladı
-
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn olundu - FOTO
-
Azərbaycanda zob xəstəliyi niyə artır? – Professor səbəbləri açıqladı
-
Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi
-
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi - Nələr müzakirə olunub?
-
Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTOLAR
-
Təzə qozun kilosu 6 manatdan başlayır: Alıcılar narazıdır
-
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
4 milyonluq brilyant qaşları ölkəyə qanunsuz keçirmək istədi - Foto
-
Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq
-
İlham Əliyev FIFA prezidentini qəbul etdi - FOTOLAR
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - VİDEO
-
Hava kəskin dəyişir - Güclü külək, leysan...
-
Şagirdinin anasından 65 min alıb qaytarmadı - Həbs edildi
-
Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT
-
Bu qurumda departament və şöbə rəhbərləri təyin edildi - FOTO
-
Putin fərman imzalayıb - Rusiya ordusunun şəxsi heyəti artırılır
-
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
-
İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı
-
Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI
-
İtaliya millisi səfərdə Türkiyəyə böyük hesabla qalib gəldi - VİDEO
-
Bakıda hansı küçələr bütünlüklə piyadaların istifadəsinə veriləcək? - VİDEO
-
Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
TOP 10
ARXİV






