“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərbaycanla Türkiyə rəqəmsal ticarətlə bağlı sənəd imzalayacaq“ - Mikayıl Cabbarov

Tarix 02.04.21, 17:03

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bütün platformalarda bir-birinin yanındadır.

Nazir bildirib ki, Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir: “Bu günə qədər iş adamları arasında çoxsaylı tədbirlər keçirilib. İş adamlarının iştirakı ilə keçirilən biznes forumlar, ticarət missiyalar yeni layihələrin keçirilməsinə şərait yaradır. İkitərəfli əməkdaşlığımızda ticarət sahəsi mühüm yer tutur".

Mikayıl Cabbarovun sözlərinə görə, öndəki illərdə ticarət dövriyyəsində artım müşahidə edilməsinə baxmayaraq, pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsir etdiyi üçün 2020-ci il ərzində ticarət dövriyyəsi 8 % azalaraq 4,2 mlrd ABŞ dolları təşkil edib: "Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ilə ticarət əlaqələrimizin artımına töhfə verəcək. Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında Rəqəmsal Ticarət Haqqında Anlaşma Memorandumu ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə imkan yaradacaq.



Xəbərin oxunma sayı : 739




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap