“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...

Tarix 06.04.21, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin ilk günlərində istehlak bazarında bahalaşma müşahidə olunur. 

HİT.Az xəbər verir ki, əhəmiyyətli qiymət sıçrayışı əsasən ərzaq məhsullarında özünü göstərir. Ötən illə müqayisədə bu il ərazaq məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşıb. 

Bahalaşma prosesi hələ də davam edir. Hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu artım kiçik rəqəmlərlə ölçülsə də, prosesin davam etməsi inflyasiyanın daha da dərinləşəcəyinə gətirib çıxara bilər.

Ekspertlər hesab edir ki, əslində, bahalaşma süni şəkildə yaradılır. "İndiki şərtlər daxilində təbii bahalaşma mümkün deyil. Ümumiyyətlə, Azərbaycan təcrübəsi göstərir ki, bahalaşma əsasən inhisarçılıq amilləri, oliqarx məmurların iqtisadi maraqları ilə əlaqədardır. Yəni süni şəkildə qiymətləri artırıblar”, - deyə bildirilir.

Onların sözlərinə görə, ərzaq məhsullarının qiymətinin artması da monopoliya və idxal mafiyasının ərzaq bazarında əhəmiyyətli paya sahib olmasından irəli gəlir.

"Aydındır ki, Azərbaycanda ərzaq məhsullarının çoxu ölkəyə idxal olunur. Bu işin başında dayananlar isə güclü himayədarları vasitəsilə bazara diktə edir, qiymətləri öz istədikləri kimi tənzimləyirlər. 


Yerli istehsalın da qiymətində artım olunmasına gəlincə, burada diqqəti "Azərsun Holdinq”ə yönəltmək lazımdır. Bu şirkət ərzaq məhsullarının yerli istehsalçısı hesab edilir və bazarda rəqibsizdir. Bu isə artıq inhisarçılığın təzahürüdür. Müşahidələr göstərir ki, "Azərsun”un məhsullarının qiymətində ciddi artım var. Elə məhsul var ki, qiyməti 20-30 faiz bahalaşıb”, - ekspertlər vurğulayır.

Mütəxəssislər hesab edir ki, əslində, hazırkı bahalaşma prosesi sabotajdır: "Bunun başında isə inhisarçılar, o cümlədən "Azərsun Holdinq” dayanır. Faktiki olaraq, indiki həssas dönəmdə dövlət qiymət artımı ilə sabotaj olunur. Bunu başqa cür adlandırmaq mümkün deyil”.bbbb



Xəbərin oxunma sayı : 1204




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap