Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Üçüncü Dünya müharibəsi harda başlayacaq? - Dörd münaqişə ocağından biri daha təhlükəlidir

Tarix 09.10.21, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət uğrunda və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.

Hindistanla Pakistan hər ikisi nüvə sialına malikdir. Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında müharibələr də olub, Kəşmir ixtilafı da bugünə qədər həllini tapmayıb. Buna baxmayaraq, Dehli və İslamabad “qırmızı çizgiləri” aşmamağa çalışırlar, gərginlikdən sonra təmaslara da baş vururlar. Yəni hər iki dövlət müharibə ehtimalını azatlmaq üçün dialoq imkanlarından imtina etmirlər.

İran zaman-zaman Hörmüz boğazını bağlayacağına dair açıqlamalar səsləndirir. Bu çağırışlar Hörmüz boğazından neft daşıyan ərəb ölkələrini və ABŞ-ı narahat edir. Ancaq bu vaxta qədər Tehran boğazı balğalayacaq qədər risqli addım atmayıb. Çünki bunun İrana baha başa gələcəyini anlayır. Bu baxımdan üçüncü dünya müharibəsinin Hörmüz boğazından başlaya biləcəyi ehtimalı da yüksək deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarını davam etdirməsi və ABŞ-ın, İsrailin bundan ciddi narahat olması bölgədə müharibə risqini azaltmır.

Nüvə silahına malik Şimali Koreya qapalı və avtoritar ölkədir. 70 ildən çoxdur Şimali Koreyanı idarə edən ailə zaman-zaman Ameirkanı və qonşusu Cənubi Koreyanı nüvə silahıyla hədələsə də, son anda onlar da dialoqa üstünlük veribər. Əlbəttə, nüvə silahına sahib avtoritar ölkənin hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir, ancaq Pxenyan qonşusuna nüvə silahı atarsa, Amerika Şimali Koreyanı yox edəcək. Başqa dövlətlərin nüvə silahını birinci işlədən Şimali Koreyanın köməyinə tələsəcəyini söyləmək çətindir.

Regional və qlobal müharibənin Tayvan adasıyla bağlı olacağı ehtimalı daha yüksəkdir. Çin bu adanı ələ keçirməyə çalışır. ABŞ isə adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcbuyyətində qalacaq.

Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki, Çinin Tayvanı ələ keçirməsi bu 3 ölkənin təhlükəsziliyinə də ciddi xələl gətirəcək. Çinin müttəfiqləri çox deyil, strateji tərəfdaşı Rusiya uzaq Tayvan adasına görə Amerikaya qarşı müharibəyə başlamayacaq. Buna baxmayaraq, Tayvan uğrunda Pekin-Vaşinqton qarşıdurması və regional müharibəsi Kremli çətin seçimə sürükləyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 862




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap