“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pekin Vaşinqtonu nədə ittiham edib? - ABŞ rəqibinə qarşı iki koalisiya qurub...

Tarix 13.11.21, 10:23

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-la Çin arasındakı münasibətlərdə sular durulmur. Buna baxmayaraq, hər iki tərəf müxtəlif formatlarda dialoqu davam etdirirlər. Ancaq dialoq ağır gedir, qarşılıqlı ittihamların sayı azalmır.

Çinin xarici işlər naziri Van İ bir neçə gün əvvəl amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb. Çinli diplomat telefon danışığı zamanı Vaşinqtonu Çinə qarşı müxtəlif koalisiyalar formalaşdırmaqda ittiham edib: “ABŞ qlobal miqyasda Çinə qarşı təzyiqi artırmağa çalışır. Bu məqsədlə Vaşinqton orta və kiçik dövlətlərə də təzyiqi artırır”.

Həqiqətən Vaşinqton Çinə qarşı ən azı iki böyük koalisiya formalaşdırıb. Bunun biri anqlosakson – ABŞ, Böyük Britaniya və Avstraliya formatıdır. AUKUS adlanan bu formatın adı ölkələrin baş hərflərindən ibarətdir. Digər formatda ABŞ, Avstraliya, Yaponiya və Hindistan iştirak edir. Bu formatın da məqsədi Çinin bölgədə artan hərbi gücünü neytrallaşdırmaqdır.

Çinli diplomat amerikalı həmkarına onu da deyib ki, baş verənlər iki ölkənin və iki xalqın maraqlarına cavab vermir. Çinin xarici işlər naziri xatırladıb ki, ABŞ Konqresi Çinə qarşı 300-ə yaxın qanun layihəsi hazırlayıb, ABŞ hökuməti isə Çinin 900-a yaxın şirkətinə və vətəndaşına qarşı sanksiya tətbiq edib. Həqiqətən ABŞ son vaxtlar Çinin telekommunikasiya şirkətlərinə qarşı əlavə sanksiyalar təbtiq edib. Vaşinqton bu sanksiyaları Amerikanın milli və təhlükəsizlik maraqlarını qorumaq üçün tətbiq etdiyini açıqlayıb.

Əslində bu proses hələ keçmiş prezident Donald Trampın dövründə başlayıb. 2020-ci ilin yayında keçmiş dövlət katibi Mayk Pompeo Çinin nəhəng “Huawei” şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini bildirmişdi. Vaşinqton bu şirkəti Amerika üçün təhlükəli qiymətləndirmişdi. ABŞ-ın “Huawei”-yə qarşı tətbiq etdiyi sanksiyalar şirkətin imicinə və gəlirlərinə ciddi zərər vurmuşdu.

Co Bayden administrasiyası keçmiş prezidentin Çinə qarşı siyasətini davam etdirir. Çin lideri “böyük iyirmilərin” Romada keçirilən toplantısına qatılmadı. Çin lideri bunun ardınca BMT-nin Qlazqo şəhərində iqlimlə bağlı keçirilən sammitində də iştirak etmədi. Çin bir tərəfdən münaqişələrə tərəfdar olmadığını, əməkdaşlığa üstünlük verdiyini ifadə edir, digər tərəfdən qlobal problemlərin müzakirəsində iştirakdan yayınır. Bu da o deməkdir ki, Pekin verdiyi açıqlamalarda səmimi deyil.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 895




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap