| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Putin hansı xəritələrdən bəhs edir? - Yeni detallar üzə çıxdı (VİDEO)
Tarix 22.11.21, 23:18 |
|
“Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdurâ€
Ötən ay Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi.
Kreml rəhbərinin bu çıxışından sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyasının 20-30-cu illərin, ya da 70-80-ci illərin xəritələri əsasında aparılmasının vacibliyi haqqında fikirlər gündəmi zəbt etdi.
Bəs söhbət hansı xəritələrdən gedir? Ümumiyyətlə, Rusiya arxivlərindəki xəritələr və Sovet sosialist respublikalarının sərhəd və inzibati ərazi bölgüsünə dair arxiv sənədləri nədən xəbər verir?
APA-nın Moskva müxbiri Rusiya arxivlərində araşdırma apararaq ötən əsrin 24-cü ilindən başlayaraq 1985-ci ilə qədər müxtəlif dövrlərə aid xəritələri, arxiv sənədlərini tapıb.
Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş Sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.
Rusiyalı tarixçi: “Hərbi xəritələrdə inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdurâ€
Rusiyalı tarixçi, siyasi ekspert Oleq Kuznetsov APA-ya açıqlamasında bildirib ki, hərbi xəritələr inzibati-ərazi bölgüsü xəritələri üçün texniki əsasdır: “Hər şeydən əvvəl başa düşmək lazımdır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr hərbi fəaliyyətinin teatrlaşdırılmış xəritəsidir. Bunlar qoşunların harada yerləşməsini göstərən xəritələrdir. Bu halda ordu üçün inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdur. Hərbi xəritələrdə ərazinin relyefi, yaşayış məntəqələri, yollar və s. əks olunur. Lakin burada inzibati ərazi bölgüsü nəzərə alınmır. Hərbi xəritələrin əsasında inzibati ərazi bölgüsü xəritələri yaradılır. O ki qaldı Rusiyanın dövlət arxivlərindəki xəritələrə, yəni, Rusiya Dövlət İctimai Tarix və Rusiya Dövlət Kitabxanalarında olan xəritələrə, bunlar inzibati ərazi sərhədlərini göstərən xəritələrdir. Məsələ ondadır ki, Baş Qərargahdakı xəritələr inzibati ərazi bölgüsünün əks olunduğu və dövlət sərhəd xəttinin, yəni, beynəlxalq hüquqi praktikada delimitasiya adlandırılan prosesin aparıldığı xəritələrin yaradılması üçün topoqrafik əsasdır. Bu mənada baş qərargahdakı hərbi xəritələrdən ona görə istifadə olunur ki, onlar ən dəqiq xəritələr hesab olunur. Həmin xəritələr bir növ kartoqrafik və ya topoqrafik etalon sayılır. Məhz bu xəritələrin əsasında sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı siyasi məsləhətləşmələr aparılır. Daha sonra mütəxəssislər, topoqraflar, geodezistlər həmin xəritələr əsasında ərazilərə gedirlər, orada mühəndis texniki fəaliyyətlərə başlanılır,
sərhəd xətləri, nişanları, dirəkləri quraşdırılırâ€.
1925-ci ilin Zaqafqaziya siyasi xəritəsi: “Stenpakert†yox, Xankəndi
Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Lenin adına Rusiya Dövlət Kitabxanasının “Paşkov Eviâ€ndə yerləşən kartoqrafiya bölməsidir. Burada Azərbaycana aid 9 ədəd xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub.
1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz†adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R†xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir.
“1925-ci ilin xəritəsi və 1921-ci ildə imzalanan “Qars müqaviləsi†Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilərâ€
Oleq Kuznetsov hesab edir ki, Rusiya arxivlərindəki xəritələr Azərbaycan və Ermənistan ərazilərinə münasibətdə dövlət siyasətinin necə inkişaf etdiyinin göstəricisidir: “SSRİ 1924-cü ildə yaranan zaman onun tərkibində hələ az dövlət vardı. Bunlar Rusiya, Belarus, Ukrayna və Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduqları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası idi. Zaqafqaziya Federasiyası Sovetlər İttifaqını təsis edən tam hüquqlu subyektlərdən biri olub. Buna müvafiq olaraq öz ərazi bütövlüyünü göstərmək üçün Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası dövlətlərinin inzibati ərazi bölgüsünün əks olunduğu xəritənin tərtib olunmasına ehtiyac yaranıb. 1925-ci ilin Zaqafqaziya Siyasi Xəritəsi də bunun nəticəsində yaranıb. Məhz 1924-cü ildə müxtəlif yaşayış məntəqələrinin Zaqafqaziya Federasiyasının inzibati ərazi vahidlərinə aid edilməsi baş verdi. Daha sonra isə yaşayış məntəqələri mahallar arasında bölündü. İnzibati sərhədləri təyin edən topoqrafik komissiyalar yaradıldı. Arxivdə olan 1925-ci ilin xəritəsi və eyni zamanda həmin dövrə aid kartoqrafik arxiv sənədlər toplusu və onların yazılı izahları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının dövlət suverenliyinin formalaşmasının həmin dövrdə təqlididir. Ona görə də, hesab edirəm ki, 1925-ci ilin xəritəsi və Cənubi Qafqazda sərhədləri müəyyən edən yeganə sənəd olan və beynəlxalq hüquq tərəfindən tanınan 1921-ci ildə imzalanmış Qars müqaviləsi Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilərâ€.
Təkcə xəritələr deyil, Rusiya arxivlərindəki sənədlərdə Ermənistan ərazisində olan yer adlarının, toponimlərin sonradan necə erməniləşdirildiyinə, ermənilərin özününki hesab etdiyi dini abidələrin əslində alban dini abidələri olduğuna dair çoxsaylı faktlara rast gəlinir.
Azərbaycana aid xəritə, sərhəd və inzibati ərazi bölgüsünə dair sənədlər toplusunun olduğu ikinci məkan Rusiya İctimai Tarix Kitabxanasının arxividir. Burada Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsi, 1953-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin nəşri olan Azərbaycan SSR-in xəritəsi, eyni zamanda Ermənistan SSR-in coğrafi adlarının rus dilinə köçürülməsi haqqında təlimat, 1924, 1949, 1980-ci illərə aid Sovet İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusu qorunub saxlanılır. Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsində ölkəmizin ərazisində olan xristian məbədləri qədim Qafqaz Albaniyası abidələri kimi qeyd olunub.
Arxiv sənədləri toplusu: “Xankəndinin əsası 1752-ci ildə qoyulub, 1840-ci ildə isə rəsmən şəhər kimi təsdiqlənib. 1923-cü ildə isə şəhərin adı dəyişdirilərək “Stepanakert†adlandırılıbâ€
Rusiya İctimai Tarix Kitabxanasının arxivində aşkar etdiyimiz ən maraqlı sənədlərdən biri 1924-cü ildə nəşr olunan Sovetlər İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusudur. Bu sənədlər toplusunda qədim Azərbaycan şəhəri olan Xankəndinin adının 1923-cü ildə dəyişdirilərək Stepanakert adlandırıldığı qeyd olunub. Həmin topluda Xankəndinin əsasının 1752-ci ildə qoyulduğu, 1840-ci ildə isə rəsmən şəhər kimi tanındığı göstərilib.
Rusiyalı tarixçi Oleq Kuznetsov Cənubi Qafqaz dövlətlərinin sərhəd məsələsinin beynəlxalq hüquq səviyyəsində yeganə həllinin Qars müqaviləsinin əlavələrinə müvafiq olaraq müəyyən edildiyini bildirib: “Məhz bu məlum hüquqi sənədə söykənərək sərhədlər haqqında danışmaq olar. İnzibati ərazi bölgüsünə dair sənədlərin isə beynəlxalq hüquqi əhəmiyyəti yoxdur. Çünki bu, o zaman Sovetlər İttifaqının istisnasız olaraq daxili məsələsi olub. Hətta dövlətlərarası deyil, bəzən rayonlararası qərarlara aid olub. Rayon İcraiyyə Komitəsinin qərarı ilə bir kənd sovetinə aid ərazi, qonşu respublikanın kənd sovetinin tərkibinə verilib. SSRİ tarixində belə məqamlar çox olub. Nəticədə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirib. Azərbaycanın ərazisi isə azalıb. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Ona görə də hesab edirəm ki, Sovetlər İttifaqının ən gənc dövrünə aid 1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmalıdır. Bu, ən münasib xəritədirâ€.
İndi aydın olur ki, Ermənistan niyə görə sərhədlərin delimitasiyasının Sovetlər dövründəki xəritələr, xüsusi ilə də 1920-ci ilin xəritələri əsasında aparılmasına qarşı çıxır.
"Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdurâ€
Oleq Kuznetsov Sovetlər İttifaqının müəyyən mərhələlərində Ermənistanın Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirdiyini söyləyib: “Ona görə ki, 1936-cı ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası ləğv olunandan sonra Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistana verildi. Böyük Vətən müharibəsindən sonra, eləcə də ötən əsrin 70-80-ci illərində Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməyə nail olmuşdu. Ona görə də, indi Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası xəritəsinə qayıtsaq, Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur. Zaqafqaziya Respublikasının xəritələrinə əsasən, nə Azərbaycanın Ermənistanda eksklavı, nə də Ermənistanın Azərbaycanda eksklavı mövcud olub. Naxçıvanın Kərki kəndi, eləcə də Ermənistanla Azərbaycan sərhədindəki bir çox yaşayış məntəqələri Azərbaycana məxsus olub. Ona görə də, delimitasiya prosesində 1925-ci ilin Zaqafqaziya Respublikası xəritəsi əsas götürülsə, Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcbur olacaqâ€.
Bu isə o deməkdir ki, o qədər böyük olmasa da, Azərbaycan ərazisi sərhədlərin delimitasiyasından sonra mütləq genişlənəcək. Çünki Azərbaycanın əlində həmin əraziləri qaytarmaq üçün bütün hüquqi əsaslar mövcuddur.
Xəbərin oxunma sayı : 943
Analiz
Xəbərlər
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
TOP 10
ARXİV






