Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Rusiya – Ukrayna müharibəsinin üçüncü mərhələsi yaxınlaşır” - ŞƏRH

Tarix 06.05.22, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya  əvvəlki  iki uğursuz cəhdlərinə baxmayaraq,  genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başlamağa hazırlaşır.  Moskva ümumi səfərbərlik və bir neçə istiqamətdə yenidən hücuma cəhd edə bilər.

Bunu Ukraynada yaşayan həmyerlimiz  “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov deyib.

“Ruslar bütün səylərini Ukraynanın Donbassdakı qoşunlarını mühasirəyə almağa yönəldib.  İşğalçılar ORDLO (“LXR”-“DXR”) tərəfdən irəliləməyə çalışırlar, digər istiqamətlərdə isə  atəş açır və ancaq irəliləyə bilmirlər. İzyum istiqamətində güclü rus qruplaşması var, lakin Ukrayna qoşunları onun qarşısını alırlar”, – deyə Q. İbrahimov bildirib.
“İşğalçılar müharibənin üçüncü mərhələsinə hazırlaşırlar. Birinci mərhələ Ukraynanın Şimalına hücum idi. Bu, uğursuz oldu. İkinci mərhələ hələ də davam edir. Bu, Donbasdakı Ukrayna qoşunlarını mühasirəyə almaq və Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini nəzarətə götürmək cəhdidir və sonra isə  hücumu davam etdirməkdən ibarətdir. Bu mərhələ də uğursuz oldu.
İndi isə üçüncü mərhələ gözlənilir – bu, müharibə elan etmək və yenidən genişmiqyaslı hücuma başlamaq üçün səfərbərlik ehtimalıdır, lakin onların buna şansı sıfıra bərabərdir. Əgər onlar mayın 9-da səfərbərliyə başlasalar, o zaman bu qruplaşmanı toplamaq üçün ay yarım vaxt lazım olacaq. Ukrayna buna hazırlaşır. Ukraynaya böyük miqdarda müasir silahlar gətirilir”, politoloq qeyd edib.

“Ruslar Ukraynaya gətirilən silahların qarşısını almaq üçün  dəmir yolu əlaqələrini pozmağa çalışırlar. Amma düşünürəm ki, bu cəhtdə uğursuz olacaq. Çünki dəmir yolu şəbəkəsi yüksək səviyyədə inkişaf edib. Onu tamamilə məhv etmək  mümkün deyil” deyə Q. İbrahimov əlavə edib.



Xəbərin oxunma sayı : 439




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap