“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

NATO yeni konsepsiya hazırlayır – Hədəf Rusiyadır

Tarix 14.06.22, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun növbəti sammiti iyunun 26-28 tarixlərində Madriddə keçiriləcək. İyunun 28-30 tarixlərində isə “böyük yeddilərin” Berlində zirvə toplantısı olacaq. İki mötəbər tədbirin ard-arda keçirilməsi qısa zaman ərzində böyük dövlətlərin liderlərini birgə toplantılarını təşkil və dünyanı narahat edən mövzuları müzakirə etməkdir.

Mövzu bəllidir. NATO və “böyük yeddilərin” toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq. Böyük dövlətlər Rusiyanı hələ ki, dayandıra bilmirlər. Əksinə yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil. Böyük dövlətlərin liderləri NATO və “böyük yeddilərin” toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər. ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji konsepsiya hazırlayır. Bu konsepsiyaya görə Rusiya təşkilata əsas təhlükə adlandırılacaq.

Bu arada, Yaponiyanın baş naziri Fumio Kisidonun da NATO-nun zirvə toplantısına qatılacağı xəbəri yaylıb. Halbuki, Yaponiya NATO-nun üzvü deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı müharisəbi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib. Digər tərəfdən Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Digər tərəfdən Çinin Tayvan adasını nəzarət altına alması istəyi Qərb ölkələrində olduğu kimi Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri bu mövzuları NATO və “böyük yeddilər” çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1339




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap