“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azov“ komandirlərinə qarşılıq Medvedçuk - Rusiya ilə Ukrayna arasında gözlənilməz əsir dəyişikliyi

Tarix 22.09.22, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

"Böyük əsir mübadiləsi bir neçə mərhələdə və müxtəlif yerlərdə baş verdi, 215 nəfəri əsirlikdən qaytardıq. Bunlar hərbçilər, sərhədçilər, polislər, dənizçilər, milli qvardiyaçılar, gömrük işçiləri, mülki şəxslərdir. Denis Prokopenko "Redis", Sergey Volınski "Volın", Svyatoslav Palamar, Denis Şleqa, Oleq Xomenko - "Azovstal"ın komandirləri - onlar artıq təhlükəsizlikdədirlər. Azad edilənlər arasında Ukrayna uğrunda
döyüşmüş 10 əcnəbi də var. "Azovstal"ın 5 komandiri 55 rus əsiri ilə dəyişdirildi", - Yermak deyib..

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.


"Azov" alayının komandiri, "Ukrayna qəhrəmanı" Denis Prokopenko və onun müavini Svyatoslav Palamar da əsirlikdən azad olunanlar arasındadır.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat, Putinin yaxın adamı Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.


Əsir mübadiləsinə Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik edib.



Xəbərin oxunma sayı : 625




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap