| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Azərbaycan sülh prosesinə sadiqdir“ - Hikmət Hacıyev (MÜSAHİBƏ)
Tarix 16.09.23, 12:33 |
|
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verib.
"Report" müsahibəni təqdim edir:
-Hazırda Azərbaycan ilə Ermənistan arasında mövcud gərgin vəziyyəti necə qiymətləndirirsiniz? Yeni müharibə riski varmı?
-Bildiyiniz kimi, Azərbaycan və Ermənistan bizim tərəfimizdən təklif edilən və Ermənistanın qəbul etdiyi beş baza prinsipi əsasında sülh sazişinin imzalanmasına dair danışıqlar aparırlar.
Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi “müstəqillik günü†münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi.
Erməni rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü deklarativ şəkildə tanımasına baxmayaraq, əslində, Ermənistan hakimiyyətinin Ermənistan Respublikasının dövlət büdcəsindən bizim ölkənin ərazisindəki qanunsuz “separatçı xuntanıâ€, o cümlədən əsasən Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməyə davam etməsi faktı da sülhə kömək etmir. Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı “boz zonaâ€nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir – təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub.
Daha bir ciddi təxribat sentyabrın 9-da Xankəndidə qanunsuz rejim tərəfindən qondarma “prezident seçkilərinin†keçirilməsidir. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, habelə region ölkələri növbəti dəfə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan və beynəlxalq normalara zidd olan bu “seçkilərin†tamamilə qanunsuz və qeyri-legitim olduğunu təsdiq etdi.
Həmçinin Azərbaycanın sülh prosesinə sadiq olması və Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtmasını gözləməsinə baxmayaraq, sərhəddə və Qarabağda erməni silahlı qüvvələri tərəfindən artan hərbi təxribatlar və diversiyalar da bizi narahat edir. Sualınıza cavab olaraq deyərdim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz erməni rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyini pozmamağa çağırırıq.
-Hazırda sülh prosesi hansı mərhələdədir?
-İndiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası†bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası başlayıb. Öz suveren ərazimizdə Azərbaycanı blokadada ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Ağdam yolunun Rusiya Qırmızı Xaç Cəmiyyətinin yükü üçün açılması bu cür iddiaların əsassız olduğunu göstərdi. Rusiya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu açıldı. İndi biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrut – Ağdam və Laçın yolları ilə daşınacağını gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bölüşür və tam dəstəkləyir.
İndi sülh prosesi üçün başlıca maneə Ermənistanın bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara-irqçi motivlərlə əsaslandırır. Qanunsuz rejim, həmçinin Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağda yaşayan erməni etnik azlığı arasında danışıqlara əngəl törədir, baxmayaraq ki, Bakı onları dəfələrlə bu təmaslara dəvət edib. Ermənistanın Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zonaâ€lara yer yoxdur.
-Bakı İrəvanla dialoqda hansı kompromislərə getməyə hazırdır?
-Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər†mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.
-Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?
-Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn normalarına uyğun hərəkət edir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq.
-2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmanın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı vəziyyət necədir?
-Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək. Bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır. Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik.
-Sizin zənninizcə, 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilik nə dərəcədə səmərəlidir?
- Yuxarıda xatırlatdığım kimi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, nəticələrə, o cümlədən sülh sazişinin imzalanması məsələsində beynəlxalq vasitəçilərin səyləri sayəsində tərəqqiyə kölgə salır. Biz hazırda bu ilin sonunadək sülh sazişinin imzalanacağına ümid edirik və erməni siyasi rəhbərliyini başlıca addımı ataraq, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, Azərbaycanın razi bütövlüyünü sülh sazişində öz rəsmi imzası ilə təsdiq etməyə və gələcəkdə ölkəmizin daxili işlərinə müdaxilə etməkdən çəkinməyi öhdəsinə götürməyə çağırırıq. Bu, bizim daxili məsələlərin kənara çıxarılması cəhdinə, o cümlədən Qarabağdakı erməniəsilli vətəndaşlarımızın bizimlə qarşılıqlı fəaliyyətinə dair məsələlərin əhalinin bu qrupunun hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə beynəlxalq müstəviyə çıxarılmasına da aiddir. Onlar bizim vətəndaşlarımızdır və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Vacib olan odur ki, Ermənistan ölkəmizdə separatçılığın maliyyələşdirilməsi və qızışdırılması siyasətindən əl çəksin.
Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəldikdə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinə verdikləri töhfəni yüksək qiymətləndiririk. Öz fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabrında irimiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə mühümdür. Avropa İttifaqı və ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqlar prosesində hər bir trek öz-özlüyündə nadirdir və ən problemli məsələlər üzrə Bakı ilə İrəvan arasında dialoqun aparılmasına kömək edir.
-Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
-2022-ci il fevralın 22-də imzalanan ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir və onların inkişafına ciddi impuls verir. Münasibətlərimiz, hətta mövcud mürəkkəb geosiyasi şərtlərdə də möhkəmliyini qoruyub saxlayır. Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən çətin regional, o cümlədən regional məsələlərin region dövlətləri tərəfindən həllini nəzərdə tutan “3+3†formatında məsələləri həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu ilin birinci yarısının məlumatları əmtəə dövriyyəsində böyük artım olduğunu, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni və humanitar sahələrdə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlayır və ölkəmizdə hər il olduğu kimi, şagird və tələbələrin rus dilində təhsil almasına böyük tələbat müşahidə olunur. Həm də rus dilinin öyrənilməsinə maraq ildən-ilə artır. Qeyd etməliyəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın yerinə yetirilməsi üçün bütün zəruri şəraiti yaradır.
Xəbərin oxunma sayı : 796
Müsahibə
Xəbərlər
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
-
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
-
Sürücülərin diqqətinə: Cəriməni belə ləğv etdirə bilərsiniz
-
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA
-
İşini itirənlərin kreditləri bağlana bilər - Yeni qaydalar hazırlanıb
-
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
-
Deputatın təklifi mübahisə yaratdı - ETİRAZ ETDİLƏR
-
Vəzifəli şəxslərin məhkəməsi başlayır - 200 min manatlıq rüşvət işi
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - DSX
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
TOP 10
ARXİV






