Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Putin Ulan-Batoru çətin duruma salıb – “Bununla beynəlxalq aləmə mesaj göndərir ki...”

Tarix 03.09.24, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


“Monqolustanı işə salıblar, məşhur filmdə deyildiyi kimi, “biri deyir, oxu, o birisi deyir, oxuma”. Qərb Ulan-Batordan Monqolustana səfər edən Rusiya Prezidenti Vladimir Putinin həbsini tələb edir, Moskva isə “prezidentimi həbs etsən, başın bəlaya girəcək” deyə hədələyir”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu V.Putinin Monoqlustana nəzərdə tutulan səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

Ekspert xatırladır ki, Monqolustan Roma statutuna qoşulanda Putinin bu ölkəyə səfəri mövzusu müzakirə predmeti deyildi: “Bəlkə də Ulan-Bator Putini Monqolustana Roma statutuna qoşulmadan əvvəl dəvət edib. Monqolustan Çingizxanın dövründəki imperiya deyil ki, Rusiya Prezidentinin əllərini qandallayıb Beynəlxalq Məhkəməyə təhvil versin. BRİCS-in zirvə toplantısı Cənubi Afrika Respublikasında keçiriləndə bu ölkənin dövlət başçısı Putin zəng edərək, ona açıq dedi ki, tədbirə gəlməməyiniz məsləhətdir, onlayn qoşulun. Çünki Cənubi Afrika Respublikası da Roma statutuna qoşulub. Putin ora getmədi”.

Ekspert qeyd edir ki, Monqolustan Cənubi Afrika Respublikası deyil, Rusiya və Çin arasında sıxılıb qalmış ölkədir. Onun sözlərinə görə, Monqolustanı pis vəziyyətə salan Putindir.

“O bu ölkəyə səfərə getməyə də bilərdi. Bu ölkə ilə iqtisadi mövzuları Rusiyanın Baş naziri Mişustin müzakirə edə bilərdi. Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib ki, Roma statutunu saymır və onu imzalayan ölkə Rusiya prezidentini həbsinə risq etməz”, - E.Şahinoğlu əlavə edib.



Xəbərin oxunma sayı : 943




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap