Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Türkiyə Azərbaycanın yeni seçimi - Bu iki təşkilata maraq artıb

Tarix 13.09.24, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRİCS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığıa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

BRİCS-in zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı artıb. Türkiyə və Azərbaycan da təşkilata üzv olmaq istəyirlər. Türkiyə xarici və təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. Çin və Hindistandan başlayan nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın da BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına marağı anlaşılandır.

Sankt-Peterburqdakı toplantı çərçivəsində ikitərəfli görüşlər də keçirib. Çinin xarici işlər naziri Vanq Yi Hindistanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüşüb. Müzakirələr zamanı iki ölkə arasında sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həmçinin ikitərəfli münasibətlərdə normallaşmanın davamı vacibliyi vurğulanıb. Tərəflər mübahisəli məsələlərin həlli üçün səylərini artıracaqlarını vəd ediblər. Hindistan və Çin Xarici İşlər Nazirlikləri nəzdində Məsləhətləşmə və Koordinasiya üçün İş Mexanizmi vasitəsilə gərginliyi azatlmağa çalışacaqlar.

Çin-Hindistan münasibətlərinin normallaşması Asiya bölgəsi üçün də vacibdir. Çünki iki ölkə arasında münasibətlər gərginləşəndə, sərhəddə toqquşmalar olanda, bu bölgə ölkələrinin xarici və təhlükəsizlik siyasətinə də mənfi təsir edir. 

Digər tərəfdən Çin və Hindistan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduqlarından münasibətləri normallaşdırmağa çalışmalıdırlar. Bu Rusiyanın da maraqlarına cavab verir. Əks halda üzv dövlətlər arasında gərginlik BRCİS və Şanxay Əməkdaşlıq Təşkilatını içəridən zəiflədə bilər. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan təmsilçiləri ilə ayrılıqda görüşüb. Putin Pekinlə Dehli arasında dialoqun genişlənməsində şəxsən maraqlıdır.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1153




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap