“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bir ildə 5,4 milyonluq sifariş - Sirli “Avtoyoltikintiservis” kimindir?

Tarix 24.12.25, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər Nümayəndəliyi abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

AzFakt.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, tenderin qalibi "Avtoyoltikintiservis" MMC seçilib. Bərdə şəhərində abadlıq işlərinin həyata keçirilməsi üçün şirkətin qiymət təklifi 909 513,44 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, "Avtoyoltikintiservis” MMC cari ildə 11 tenderin qalibi seçilib. 

Bu tenderlər Bərdə Rayon İcra Hakimiyyəti Başçının Bərdə Şəhər Nümayəndəliyi, Qubadlı Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan Ərazi Nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə Nümayəndəliyi tərəfindən keçirilib. 

Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 497 370,14 manatdır. 




Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap