“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Anasının uşaq evinə verdiyi şəxs qardaşının qanını tökdü - DETALLAR

Tarix 24.01.26, 10:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Araz Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qardaşı tərəfindən bıçaqlanan Əhməd Əliyevin ifadəsi dinlənilib.

Zərərçəkən bildirib ki, hadisə həmin gün işdən evə qayıtdıqdan sonra baş verib:

"Araz uşaq evində böyüyüb. Anamın fiziki məhdudiyyətli bacıma və mənə baxmağa imkanı olmadığından məcbur qalıb onu uşaq evinə vermişdi. Sonradan birlikdə yaşamağa başladıq. Hadisə baş verən gün işdən gəlib anamı evdə görməyəndə Araza anamın harada olduğunu soruşdum. O isə "Nə bilim, yəqin hansısa qohumun evinə gedib" deyərək məni başından etdi. Anamdan çox nigaran idim. Araza düzünü desin deyə qorxutmaq məqsədilə qışqırdım. Bu zaman o, mətbəxə qaçıb əlində bıçaqla üstümə gəldi. "Mən belə şeyləri çox görmüşəm, məni qorxuda bilməzsən" deyib üzərimə cumdu, bıçağı qarnıma vurdu. Hamama keçib yarama baxmaq və qanı yumaq istəyəndə Araz buna imkan vermədi və evdən getməyimi tələb etdi. Evdən necə çıxdığımı xatırlamıram, bir də xəstəxanada ayıldım. Orada yanıma gəlmişdi. Ona "Tez get buradan, yoxsa polislər gəlib səni aparacaqlar" dedim. Evdə anam və mən işləyirdik, Araz isə işləmirdi. Onunla mübahisələrimiz də əsasən bu səbəbdən yaranırdı".

Təqsirləndirilən Araz Əliyev isə ifadəsində hadisə günü anası ilə münaqişə etdiyini deyib:

"Arada fəhləlik işi olanda gedirdim. Bacıma baxmaq üçün daimi işə girə bilmirdim. Həmin gün anamdan bacımın ehtiyacları üçün pul istədim, lakin istədiyim məbləğin olmadığını dedi. Bu məni çox əsəbiləşdirdi. "Sənin mənə övlad haqqı borcun var, istədiyim pulu necə tapırsan tap" dedim. Anam ağlayaraq evdən çıxdı. Bundan sonra Əhmədlə məlum hadisə baş verdi".

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Araz Əliyev ailə münaqişəsi zəminində qardaşı Əhməd Əliyevə bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunur. Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 736




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap