“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürüb - 35 min manata

Tarix 11.02.26, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə Nazirliyi fiziki şəxs Mahmudova Təranə Abid qızı (VÖEN – 1405433592) ilə satınalma müqaviləsi bağlayıb.

Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Ədliyyə Nazirliyi Binəqədi rayon icra şöbəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən, ümumi sahəsi 340,2 m² olan qeyri-yaşayış binasını icarəyə götürəcək.

Nazirlik 30 yanvar 2026-ci il tarixindən 30 dekabr 2026-ci il tarixinə kimi Mahmudova Təranə Abid qızına icarə haqqı olaraq 34 min 800 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Təranə Mahmudova Baş nazirin sabiq müavini Abid Şərifovun qızıdır. Təranə Mahmudova eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Abid Şərifovun qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin, həmçinin Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktoru da olub.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap