“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - Təfərrüat

Tarix 16.07.26, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İrana qarşı ikinci dalğa zərbələrini həyata keçirdiyini açıqlayıb.

Zərbələr yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayıb və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 05:00) başa çatıb.

ABŞ qüvvələri İranın komandanlıq mərkəzlərinə, hava hücumundan müdafiə, raket və pilotsuz təyyarələr bazalarına, eləcə də sahil müşahidə məntəqələrinə zərbələr endirib.

Hücumlar xüsusilə Hörmüz boğazından sərbəst keçən gəmiləri təhdid etmək üçün istifadə edilən İran hərbi obyektlərini hədəf alıb.
CENTCOM-un qeyd etdiyi kimi, hücumlarda ABŞ ordusu dəqiq idarə olunan sursatlardan istifadə edib və Bəndər Abbas şəhəri də daxil olmaqla, İran ərazilərinə zərbələr endirib.

Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada Amerika tərəfindən idarə olunan Al-Azrak aviabazasına zərbələr endirib. SEPAH əsasən ABŞ ordusunun rabitə sistemlərini və yanacaq saxlama obyektlərini hədəf alıb.
SEPAH həmçinin Küveytdəki Ali Al-Salim aviabazasında yerləşən ABŞ hərbi bazasına zərbələr endirib. Zərbələrdə C-RAM erkən xəbərdarlıq radar sisteminə də zərbə endirilib. Eləcə də, ABŞ qoşunlarının yerləşdiyi ərazi zərbələrin hədəfinə çevrilib.

SEPAH hücumları “Nasr-2” əməliyyatının səkkizinci dalğası çərçivəsində həyata keçirib.

Digər tərəfdən, SEPAH Fars körfəzindəki ABŞ-nin hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. SEPAH-ın mətbuat katibi general Hüseyn Mohebi bildirib ki, İranın hərbi əməliyyatları ABŞ-nin Fars körfəzi bölgəsindəki hücum infrastrukturunu məhv etməyə yönəlib.



Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap