“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı

Tarix 15.08.26, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın varlı təbəqəsi arasında yeni tendensiya sürətlə yayılır: milyarderlər ikinci, hətta üçüncü ölkənin pasportunu əldə etməyə çalışırlar.

Musavat.com xəbər verir ki, Air Mail nəşri bu tendensiyanı imkanlı amerikalılar arasında pasport kolleksiyası kimi təqdim edir.

Məsələn, milyarder sahibkar Piter Til ABŞ, Almaniya və Yeni Zelandiya pasportlarına malikdir. O, bununla kifayətlənməyərək Malta vətəndaşlığını da rəsmiləşdirməyə çalışır.

İlon Mask isə Cənubi Afrika Respublikası, Kanada və ABŞ vətəndaşıdır.

OpenAI-nin baş direktoru Sem Altman da İndoneziyanın tarixində ilk qızıl vizanı əldə edib. Altman bu vizanı ölkə üçün dəyərli hesab edilən şəxslər üçün nəzərdə tutulmuş kateqoriya üzrə ödənişsiz alıb. Adi hallarda isə belə vizaların verilməsi 350 min dollardan 700 min dollaradək investisiya müqabilində həyata keçirilir.

Nəşr yazır ki, ikinci pasport və xarici ölkələrdə yaşayış hüququ əldə etmək tendensiyası yalnız milyarderlərlə məhdudlaşmır. Henley & Partners-in USA Wealth Report 2025 hesabatına görə, varlı amerikalıların xarici vətəndaşlıq və ya yaşayış icazəsi almaqla bağlı müraciətlərinin sayı əvvəlki illə müqayisədə 183 faiz artıb.

Vətəndaşlıq məsələlərində xidmət göstərən şirkətlər bunun arxasında bir neçə əsas səbəbin dayandığını bildirirlər. Bunlar arasında dünyanın müxtəlif ölkələrinə daha təhlükəsiz və sərbəst səfər etmək üçün əlavə təminat yaratmaq, vergi ödənişlərindən yayınmaq və öz ölkələrində mümkün iqtisadi tənəzzülə qarşı alternativ plan hazırlamaq göstərilir.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap