“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məktəbli formaları: Qiymət və keyfiyyəti necədir?

Tarix 15.08.26, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynləri hər il olduğu kimi bu il də məktəbli formalarının qiymətlərində, görünüşündə hər hansı dəyişiklik olub-olmayacağı məsələsi düşündürür.

Mövzu ilə bağlı News24.az-ın suallarını Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov cavablandırıb. Sarış müdiri bildirib ki, məktəb formalarının görünüşündə heç bir dəyişiklik olmayacaq: “ Formaların görünüşü, tikilişi ilə bağlı dəyişiklik yalnız Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilə bilər. Yəni yeni məktəb formalarının tətbiqi üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır.

Əzimov qeyd edib ki, son məktəbli formaların tətbiqinə dördüncü ildir ki, başlanılıb. Bundan əvvəlki məktəbli formaları isə 12 ildən sonra dəyişdirilmişdi. Ümumiyyətlə, formaların görünüşünün dəyişdirilməsi üçün zərurət olmalıdır. Bu zərurət yoxdur.

Hazırkı məktəbli formaları isə kifayət qədər yaxşıdır. Həm dizaynı, həm də istifadə olunan materiallar baxımından əvvəlki formalarla müqayisədə daha müasirdir.

Hazırda polo köynəklər, şalvarlar, ətəklər və digər geyimlər təqdim olunur.

Məktəbli geyimlərinin materialları da fərqlidir. Məsələn, şalvar və ətəklərin tərkibinin 60 faizi yun, 40 faizi isə poliester təşkil edir. Əvvəlki formalar isə 100 faiz pambıqdan hazırlanırdı.

Ümumilikdə, hazırkı məktəbli formaları həm valideynlər, həm də şagirdlər tərəfindən müsbət qarşılanır”.

Formaların qiymətlərinə gəlincə, Tikiş Evindən bildirilib ki, qiymət siyahısına əsasən, oğlanlar üçün polo köynək qısaqol 12, polo uzunqol köynək 14 manatdır. Şalvar 15, nazik jaket 20, kapüşonlu jaket 25, qalın jaket isə 22 manatdır.

Qızlar üçün polo qısaqol köynək, 12, polo uzunqol köynək 14, şalvar 15, nazik jaket 20, j kapüşonlu jaket 25, qalın jaket 22, ətək isə 15 manat müəyyənləşdirilib.

Qeyd edilib ki, standart ölçü 26–54-dür. 56, 58 və 60 ölçülü şalvar, ətək və polo köynəklər üçün standart qiymətə əlavə olaraq 5 AZN ödəniş edilir.



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap