“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb

Tarix 22.08.26, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatalada “VAZ 21099” markalı avtomobil ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinə girişdən keçən hissəsində baş verib.

Belə ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi “VAZ21099” markalı 62-BM-725 qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə yol kənarındakı ağaca çırpılıb.

Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü Ə. Mülkümov sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlərdən və avtomobildə baş verən yanğından yanaraq ölüb.

Avtomobil Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə. Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı müvafiq qrumlarda araşdırma aparılır.



Xəbərin oxunma sayı : 433




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap