“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağdaşda qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Tarix 24.08.26, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Ağdaş rayonunda bir ailənin iki üzvünün bıçaqlanmasının təfərrüatı məlum olub.

AzFakt.com oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.

İddia edilir ki, Aygün Əhmədova və yeniyetmə oğlu həyat yoldaşı Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Qadın kişinin ikinci həyat yoldaşı olub. Arzu Əhmədov birinci ailəsindən ayrılıb və ikinci dəfə ailə həyatı qurubmuş. Son günlər ailədə tez-tez mübahisələr və dava-dalaş olurmuş.

İddialara görə, Arzu Əhmədov dünən səhər saatlarında həyat yoldaşını bıçaqlamağa cəhd edibmiş. Lakin qadın onun əlindən qaçıb qonşuda gizləndiyindən Arzunun cəhdi baş tutmayıb. Qadın dünən məsələ ilə bağlı qonşulara da məlumat veribmiş. Avqustun 24-də gecə saat 3 radələrində Arzu Əhmədov Aygün ilə yenidən mübahisə edib.

Ehtimal edilir ki, mübahisə zəminində, o, həyat yoldaşını kürəyindən bıçaqlayıb. Həmin vaxt səsə gələn oğlu Fərid atasına mane olmaq istəsə də alınmayıb. Arzu Əhmədovun oğlunu da qolundan bıçaqlayaraq hadisə yerindən qaçdığı iddialar arasındadır.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda ana-oğul bıçaqlanıb.

AzFakt.com xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Aygün Əhmədova və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib.

Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.



Xəbərin oxunma sayı : 349




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap