“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR

Tarix 24.08.26, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhalinin banklara istehlak krediti borcu 10 milyard manata yaxındır. Bir çoxları krediti həqiqi ehtiyac üçün götürdüyü halda, bəziləri çox da gərək duyulmayan məsələləri də kreditlə ilə həll etməyi seçirlər. Gecikmələr olduğu zaman isə bank əməkdaşlarına "ödəmirəm, ödəyə bilmirəm, güzəşt edin", deyirlər.

Bəs görəsən, Azərbaycanda kredit borcu olanlara hansı hallarda güzəştlər edilir? Ümumiyyətlə kreditlərə güzəşt olunmalıdır?

AzFakt.com xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bildirib ki, fors-major hallarında kreditlərə yenidən baxıla bilər:

"Kredit borcu olanlara niyə güzəşt edilməlidir? Borcu olanlar söyləyə bilərlər ki, borcumuzu qaytara bilmirik. Bəs borcu olmayanlar necə olsun? İndiyə kimi nə qədər insanın borcu silinib? İnsanın biri məsuliyyətini dərk edir, daşıya bilməyəcəyi yükün altına girmir, müəyyən çətinlikləri başqa yollarla həll edir, digəri isə qaytara biləcəyindən əmin olmadan kredit götürür. Ümumiyyətlə, kredit borclarının formalaşmasında bankların da, kredit götürənlərin də günahı var. Əlbəttə, müəyyən fors-major hallarda isə kredit götürənin günahı olmur. Məhz bu halda banka müraciət edərək, problemi əsaslandıraraq borcda yenidən strukturlaşdırma aparıla bilər. Ancaq "kredit götürmüşəm, qaytara bilməyəcəm, mənə güzəşt olunsun" fikri doğru yanaşma deyil. Dünyanın heç bir ölkəsində birmənalı olaraq belə güzəştlər edilmir. Problemə baxılır, qiymətləndirilir, həqiqi əsaslar varsa, o zaman strukturlaşdırma aparıla bilir. Pandemiya dövründə bir çox insanın kreditinə güzəştlər olundu.

Ümumi bank sektoruna gəldikdə, hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit portfelinin cəmi 1.7 faizini təşkil edir. Bu da kifayət qədər kiçik rəqəmdir. Yəni hər 100 manatın 1 manat 70 qəpiyi problemli kreditdir. Amma elə vaxt olub ki, hər 100 manatın 17-18 manatı problemli kredit idi.

Beynəlxalq təcrübədə də görünür ki, problemli kreditlərin xüsusi çəkisi 5 faizdən yuxarı qalxanda qurumlar bundan narahat olmalıdırlar. Çünki bu, bank sektorunun ümumi probleminə çevrilə bilər. Hazırda isə problemli kreditlərin xüsusi çəkisi çox azdır". (lent.az)



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap