“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO

Tarix 04.10.26, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Millət Vəkili Vüqar Bayramov deyib . Deputat qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları da Prezident sərəncamına uyğunlaşdırılacaq və artırılacaq.

Millət vəkili qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşı əhatə edəcək.

 Əməkhaqqı artımlarının neçə faiz olacağına gəlincə, deputat bildirib ki, Vahid Tarif Cədvəli üzrə maaşlar 19 dərəcə əsasında müəyyənləşdirilir. Dövlət qulluqçusu statusu olmayan və bu sahələrdə çalışan vətəndaşların əməkhaqları dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda Vahid Tarif Cədvəli üzrə aylıq tarif maaşları 400-1150 manat arasında dəyişir. 

Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaş artımına səbəb olacaq.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap