|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Körfəz böhranının pərdəarxası
Tarix 25.06.17, 1:57 |
|
KƏŞ-in digər ölkələri Tehranla dostluq edərkən, niyə məhz Qətər hədəf seçilib?
Əli Hüseyn Bakir
"Anadolu News Agency"
Əvvəldən planlaşdırılmış Körfəz Əməkdaşlıq Şurasındakı (KƏŞ) böhranda (diplomatik əlaqələrin kəsilməsi, blokada, kiber və media hücumlar) Qətərə qarşı atılan addımlarda bəhanə kimi həm də rəsmi Doha və Tehran arasındakı qondarma yaxın əlaqələr oldu.
Bu qarşıdurmanı başlamaq üçün ittiham olmadığından, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin, Qətər əmiri və hökumətini Yaxın Şərqdəki proseslərdə mənfi iştirakına dəlillər tapa bilmək üçün on, on beş və hətta iyirmi il əvvəli xatırlamaq lazım gəldi.
Hələ yeddi ay əvvəl kral Salman Dohaya tarixi səfər etmişdi. Səudiyyə kralı qətərlilər üçün bəlkə də ilk dəfə ev sahibinin hüzurunda oynamışdı. Bu vəziyyət Doha ilə münasibətlərin fövqəladə dərəcədə yaxşı olduğunun işarəsi idi.
Qətərli rəsmilər son zamanlarda səudiyyəli vəzifədaşları ilə ən üst səviyyəli yığıncaqlara qatılırdılar. Bu yığıncaqlarda hansısa problemin varlığına işarə edən və ya səudilərin, İran məsələsi də daxil olmaqla, indi gündəmə gətirdikləri xüsuslarda şikayət edəcəklərinə dair zərrə boyda göstərici yoxuydu.
KƏŞ toplantılarında Qətərin əleyhinə heç bir şey ortaya atılmadığı kimi, Ərəb Birliyində və ikitərəfli münasibətlərdə heç bir işarələr görünmürdü.
Bəs onda İran iddiası haradan və niyə ortaya çıxdı?
Yaxın Şərqdə dəyişən proseslər və Qətər-İran əlaqələri
Doha ilə Tehran arasındakı əlaqə bir zamanlar çox yaxşı idi. Zirvə nöqtəsini isə 2006-2008-ci illər dövrü meydana gətirirdi. Lakin bu, çoxdan olub və Dohanın mövqeyindən baxanda, bu vəziyyətin özünə xas şərtləri və səbəbləri vardı.
O dövrdə “mülayim ox” adlandırılan quruluş bacarıqsız, güclü liderlikdən və qərarlılıqdan məhrum, xüsusilə də söhbət xalqın maraqlarını təmsil etmək və fələstinlilərin işğal və təcavüzə qarşı özlərini qoruma haqlarını dəstəkləməkdən getdikdə.
İkinci məsələ İran tərəfindən bölgədə manipulyasiya etmək və ərəb ictimaiyyətinin dəstəyini qazanmaq üçün sona qədər istifadə edilib.
“Zogby” araşdırma şirkəti və Merilənd Universiteti tərəfindən 2008-ci ildə keçirilən bir sorğuda İslam dünyasının o tarixdəki ən məşhur liderlərinin “Hizbullah” lideri Həsən Nəsrullah, Suriya dövlət başçısı Bəşər Əsəd və İran prezidenti Mahmud Əhmədinejad olduğu nəticəsinin çıxması da qəribə bir şey deyil.
2009-cu ildən etibarən Yaxın Şərqdəki proseslər radikal bir dəyişiklik işarəsi verməyə başladı və Türkiyə bölgənin yüksələn ulduzu oldu. Ərəb ictimai dəstəyi Tehrandan Ankaraya doğru keçməyə başladı və bunu Qətər etdi.
Türkiyə, İran və onun məzhəbçi “müqavimət oxu”ylə müqayisədə daha yaxşı alternativ kimi görünürdü. O zamandan bu yana, Qətərin İranla əlaqəsi, bir çox KƏŞ üzvü kimi, elə də yaxşı səviyyədə deyil.
Ərəb inqilabları Qətər və İranı bölgədə zidd qütblərə yönəltdi. Bunun nəticəsində Doha Türkiyəyə daha da yaxınlaşdı və artıq iki ölkə arasında dərin strateji əlaqələrin inkişafı üçün zəmin yarandı.
Nüvə müqaviləsində Oman faktoru
KƏŞ-dən bəhs edərkən əvvəlcə, məsələn, Omanın İranla əhatəli əlaqələri olduğu və bu münasibətlərin hələ də davam etdiyi gözə dəyir. 2009-cu ildə Məsqət gizli vasitəçi rolu oynayaraq İranla ABŞ arasında qeyri-rəsmi rabitə kanalı açdı.
2013-cü ildə Oman, Tehran ilə Vaşinqton arasındakı gizli danışıqları asanlaşdıraraq və onlara ev sahibliyi edərək çox mühüm iş gördü. Bu danışıqlar, nəhayət, iki ölkə arasında JCPOA olaraq bilinən nüvə razılaşmanın imzalanması, sonrakı addımda isə İrana tətbiq olunan sanksiyaların qismən ləğviylə nəticələndi.
Bütün bu böyük dönüş nöqtələrində, KƏŞ üzvü Oman, Səudiyyə Ərəbistanını məlumatlandırmadı. Razılaşma Tehranın nüvə proqramını həqiqətən rəsmiləşdirdi, Tehrana ballistik raket qabiliyyətlərini inkişaf və test etməyə davam etmə icazəsi verdi və rejimə bölgədə üstünlük təmin etdi.
Tehrandakı Səudiyyə səfirliyi 2016-cı ildə basqına məruz qaldı. Rəsmi Riyad Tehrandakı səfirini geri çağırma qərarı verdikdə, Doha da öz səfirini geri qaytarmaqla, Riyadın qərarına dəstək verdi, rəsmi Məsqət isə şifahi qınama istisna olmaqla, heç bir konkret tədbir görmədi.
İranla diplomatik əlaqələrə gəlincə, Küveyt Tehranla Dohadan daha çox sabit əlaqələrə sahibdir. Məsələn, 2014-cü ildə Tehrana edilən tarixi bir Küveyt ziyarətinə şahid olduq. Küveyt əmiri İranı şəxsən ziyarət etdi və dini liderlə görüşdü.
Küveyt, İran və KƏŞ-in bütün üzvləri arasında strateji dialoqa başladı. Yanvar ayında Tehranla təmasa keçdi. İranda yenidən prezident seçilən Həsən Ruhani də fevral ayında Oman və Küveytə səfər etdi.
Tehranla ticarət əlaqələrində BƏƏ hamıdan irəlidədir
Tehranla davam etdirilən iqtisadi əlaqələrdən danışarkən, BƏƏ digərlərini fərsəx-fərsəx geridə qoyub. Əmirliklərin İranla çox əhatəli iqtisadi əlaqələri var. Ölkənin limanları son illərdə, qeyri-qanuni ticarət daxil olmaqla, İranla ticarəti artırma məsələsində əhəmiyyəti getdikcə artan bir rol oynayır.
BƏƏ ticarətinin 23,6%-i ilə İranın ana ticarət ortağıdır. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, təkcə Dubay ilə ticarət bu ərəb ölkəsinin İranla ticarətinin 90%-ni təşkil edir. İran ilə BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi, İrana tətbiq olunan sanksiyalar ucbatından 2013-cü ildə 15 milyard dollara düşməzdən əvvəl, 2011-ci ildə 23 milyard dollar səviyyəsində idi və KƏŞ-in İrana ixracatının 96,7%-i BƏƏ-nin payına düşürdü.
Əksəriyyəti Dubayda olmaqla, BƏƏ-də yaşayan az qala yarım milyon iranlı var. Onların çoxunun İranda qohumları var, bəziləri İran rejimi, xüsusilə İnqilab Keşikçiləri ilə fəal əlaqələrini davam etdirir. Son iyirmi ildə İnqilab Keşikçiləri Dubaydan öz maliyyə, kommersiya və kəşfiyyat fəaliyyəti, hərbi satınalmalar və investisiya fəaliyyətləri üçün arxa qapı kimi istifadə edir.
İnqilab Keşikçilərinin kommersiya fəaliyyəti
2011-ci ildə Dubay mərkəzli bir neçə şirkət, aralarında hücum helikopterləri və döyüş təyyarələri da olan ABŞ istehsallı hərbi təchizatların qeyri-qanuni satın almaq və nəql etməklə, ABŞ silah ixracatını “Control” qanunvericiliyini (AECA), Beynəlxalq Təcili İqtisadiyyat Gücləri qanunvericiliyini (IEEPA) və İranla icra ediləcək kommersiya əlaqələri ilə əlaqədar qaydalarını pozdu.
Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondu (FDD), Sanksiyalar və Qeyri-qanuni Maliyyə İşlərini Araşdırma Mərkəzinin icraçı direktoru, Obama və Buş administrasiyalarında İrana qarşı sanksiya siyasəti mövzusunda məsləhətçilik etmiş Mark Dubovitz 2012-ci ildə belə demişdi: "Dubay sanksiyaların tətbiq edilməməsi ilə bağlı illərlə ABŞ rəhbərliyi üçün çox böyük başağrısı olub, lakin bu vəziyyət artıq dəyişib".
Həqiqətən də belədirmi?
Dubay mərkəzli şirkətlər İran hökuməti və İnqilab Keşikçiləri maliyyə çətinliklərinin öhdəsindən gəlmək və nüvə proqramının mühüm ehtiyaclarını aradan qaldırmaq üçün istifadə edildilər və buna görə ABŞ Xəzinədarlığının “qara siyahıları”na tez-tez daxil olurlar. Hələ də də o siyahılardadırlar.
2014-cü ildə baş verən hadisələrdən birində, məsələn, ABŞ Maliyyə Nazirliyi belə bir şərh vermişdi: "Hizbullah” tədarükçülərdən gizlicə qabaqcıl elektron alətlər və s. texnoloji vasitələr ala bilmək üçün “Stars Group Holding” şəbəkəsindən istifadə edir. Satın alınan məhsullar Suriyada və İsrailə qarşı əməliyyatlarda istifadə edilən dronları inkişaf etdirmək də daxil olmaqla, onun hərbi qabiliyyətlərinə birbaşa dəstək verib".
“Stars Group Holding” şəbəkəsi Dubayda dilerlər saxlayır. “Hizbullah” tərəfindən çox müxtəlif mühərriklər, rabitə cihazları, elektron cihazlar və naviqasiya avadanlıqları əldə etmək üçün istifadə edilən bir çox BƏƏ şirkəti ilə birlikdə, bu holdinq də sanksiyaya məruz qaldı.
Eyni ildə Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran və Suriya ilə əlaqədar olaraq xarici sanksiyaları pozanların siyahısı nəşr etdi. Siyahıda həm Əbu Dabi, həm də Dubaydan olmaqla, BƏƏ-dəki bir çox şirkət vardı.
BƏƏ-nin İran və Suriyaya uçuşları davam edir
Əmirlik rəsmilərinin arada-bərədə işlətdiyi sərt ifadələrə baxmayaraq, BƏƏ-nin İran rejiminə gerçəkdə nə qədər yardım etdiyi nəzərə alındıqda, Qətərin Tehrana həddindən çox yaxın olduğu yönündə iddiaların tamamilə mənasız və quru təbliğat olduğunu anlamaq çətin olmayacaq.
Körfəz böhranı ilə əlaqədar ABŞ Dövlət departamentindəki bir anonim rəsmi qeyd edir: "Ərəbistanın bu mövzudakı ittihamlarını dinlədik, onlar çox köhnə ittihamlardır və uzaq keçmişə aiddir. Qətər və İran arasındakı əlaqələrin mahiyyətində son illərdə heç bir təəccüblü dəyişiklik görmədik. Bu mövzudakı ən aktual ittiham belə bizə yeni heç nə demir. Bizim tərəfimizdən da bu iddialara təsdiq yoxdur".
Üstəlik, BƏƏ-nin İrandan və İrana reallaşdırdığı birbaşa uçuşlar hələ davam edərkən, "Qatar Airways"in BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn üzərindən uçmasının qarşısının alınması da müəmmalıdır. Həm İnqilab Keşikçiləri ilə bağları olan “Mahan Air”, həm də Əsədin rəsmi şirkəti “Syrian Air” hələ də İran və Suriyadan BƏƏ-yə birbaşa uçuşlar həyata keçirir.
“Syrian Air”, “Hizbullah”ın köməyi ilə Əsəd rejiminin Suriya xalqına qarşı hərbi əməliyyatına dəstək vermək üçün aralarında silahların da olduğu qeyri-qanuni yüklər daşıyır. Buna görə 2013-cü ildə sanksiyaya məruz qalmışdı. “Mahan Air” 2011-ci ildən bəri "terrora dəstək olmaq və İnqilab Keşikçilərinə maliyyə, maddi və texniki dəstək" təmin etdiyi üçün ABŞ tərəfindən dəfələrlə sanksiyaya məruz qaldı.
Suriya böhranında fərqli rəftarlar
Buna görə də, Səudiyyə Ərəbistanı, Suriya, Yəmən, Livan və İraqdakı İrana bağlı qruplarla Tehranın bölgədə yayılmasına mane ola bilmək üçün mübarizə apararkən, BƏƏ İranın bu qruplara dəstək ola bilməsini asanlaşdırır. Nəticə isə Qətərin suçlanmasını tələb edən bir fiasko oldu; Səudiyyə Ərəbistanının Dohanın bütün bu bölgələrdə Riyada dəstək verdiyini çox yaxşı bilməsinə baxmayaraq.
Məsələn, BƏƏ “Suriyanın Dostları Qrupu”nun və “Like-minded Countries” (“Fikirdaş Ölkələr”) qrupunun üzvü olsa da, bağlı qapılar arxasındakı yığıncaqlarda ortaya qoyduğu siyasi mövqe həmişə Səudiyyə Ərəbistanı, Türkiyə və ya Qətərdən çox İrana yaxın olub. Qətər bu yığıncaqlarda terrorçu qruplara və Suriyadakı İnqilab Keşikçiləri ilə əlaqəli qruplara yüksək səslə etiraz etsə də, BƏƏ, Suriyadakı İran varlığına və onun oradakı təxminən 60 min nəfərlik məzhəbçi milislərinə nadir hallarda fokuslanmış, bunun əvəzinə Əsəd və İran əleyhdarı cinahda olan qrupları hədəfə alıb.
BƏƏ tərəfindən dəstəklənən Misirin prezidenti əs-Sisisi də bənzər bir rəftar göstərib və buna görə İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərlə müqayisədə, Misirin (Lozannadakı nazirlər konfransı kimi) Suriya mövzusundakı bəzi yığıncaqlara qatılmasının vacibliyini vurğulayıb.
Suriyanın müxalif Milli Koalisiyasının sabiq başçısı Əhməd əl-Carbanın BƏƏ-nin Suriyadakı kilid adamlarından biri olduğu düşünülür. Altı aydan qısa bir müddət əvvəl BƏƏ-li bir xəbər agentliyi – “Erem News” Carba ilə bir müsahibəni yaydı və Əsədin (İranın müttəfiqi olaraq) Suriyada iqtidarda qalmasını qəbul edib-etməyəcəyi sualına Carba açıq şəkildə belə dedi: "Bu, ölkəyə fayda gətirəcəksə, heç bir problem yoxdur".
Carba burada, ehtimal görə, havadarlarının gizli gündəmini dilə gətirir. BƏƏ-nin yalnız bir çox ərəb ölkəsindəki əks-inqilablara dəstəkdən başqa, diktatorlara, köhnə rejimlərin fərdləri və ailələrinə ev sahibliyi etməsi ona pis şöhrət qazandırıb.
Körfəzdəki ixtilafdan İran qazanclı çıxacaq
Mövcud KƏŞ böhranındakı əsl məsələnin İran problemi olmadığı aydındır. Ancaq Qətəri İrana həddindən çox yaxın olmaqla günahlandırmaq ərəb ictimaiyyətini çaşdırmaq və çox qüvvətli İran antipatiyası olan Səudiyyə ictimaiyyətinə xoş görünmək üçündür. Ancaq əllərində iddialarını dəstəkləyəcək heç bir şey olmadığı üçün Qətərin əleyhinə bu cür saxta iddiaları irəli sürmənin yeganə vasitəsi keçmişə boylanmaqdır.
Qətər, eynilə Yaxın Şərqdəki və ya dünyadakı hər ölkə kimi, əvvəllər səhvlər etdi və bu anda da bəzi səhvlər edir, lakin bu, heç bir şəkildə Səudiyyə Ərəbistanı və BƏƏ-nin doğru yolda olduğunu göstərmir. Bu problemin öhdəsindən gəlmənin ən düzgün yolu – əməkdaşlığı artırmaq, ortaq hərəkət etmə duyğusunu inkişaf etdirmək və əlaqələndirilməni gücləndirməkdir.
Bu böhran davam edərsə, ən yaxşı ehtimalla, İranın nüfuzu artacaq, terrorla mübarizə səyləri iflasa uğrayacaq, bütün bölgədə qarşıdurmaların güclənəcək və Yaxın Şərqdə getdikcə daha çox ölkə və qrup birbaşa və zorla İranın qucağına düşəcək.(Tərcümə: Strateq.az)
Xəbərin oxunma sayı : 130
Analiz
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV