Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şiə liderlərin rəqabəti: Müqtəda Sədrin “suyu bulandırması“na məzhəbdaşlarından təpki - Təhlil

Tarix 08.08.17, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Əhməd Məcidyar

Middle East İnstitute

İraqlı şiə lideri əl-Həkim Səudiyyə Ərəbistanına səfər edəcəyi xəbəri təkzibləyərək, iranlı jurnalistlərə bildirib ki, bu, yalnız Səudiyyə əsgərlərinin Bəhreyn və Yəməndən çıxdığı halda mümkündür.

"Səudiyyə Ərəbistanı bu yaxınlarda mənə dəvət göndərib, amma günahsız insanların öldürülməsini sona yetməyincə, əlbəttə, təklifi qəbul etməyəcəyəm”, – İraq İslam Ali Şurasının sabiq rəhbəri, yeni siyasi partiya olan Milli Hikmət Hərəkatının başçısı Əmmar əl-Həkim deyib.

Bu fikirləri o, Əlirza Məazinin rəhbərlik etdiyi İran media nümayəndə heyəti ilə görüşdə səsləndirib. Bundan əvvəl digər iraqlı din xadimi Müqtəda əl-Sədr Səudiyyə Ərəbistanına səfəri edib. Rəsmi Riyad, əl-Həkim də daxil olmaqla, başqa iraqlı şiə liderlərinə də səfər dəvəti göndərib.

İraqın Sədr hərəkatı liderinin Səudiyyə Ərəbistanına son səfəri İranda böyük narahatlıq doğurub. İran mediası və analitikləri, Sədr və potensial olaraq digər iraqlı şiə liderlərini gələcəkdə dəvət etməklə, Riyadın rəsmi Bağdadla İranın nüfuzunu azaltmaq üçün daha sıx əlaqələr qurmağa çalışdığına dair xəbərdarlıqlar edib. "İraqlı din xadiminin Səudiyyə Ərəbistanına doğru irəliləməsi" başlığı ilə bir çoxları, o cümlədən İranın mühafizəkar siyasətçisi və bələdiyyə başçısı Məhəmməd Baqir Qalibaf sərt təpki göstərib.

Əl-Həkim rəsmi Tehranla sıx əlaqəli din xadimidir. Bu yaxınlarda İran və ərəb kütləvi informasiya vasitələrində onun Britaniyaya səfər edəcəyi barədə söz-söhbətlər də İran liderlərini narahat edib. İranın paytaxtına etdiyi son səfərində Əl-Həkim Tehranla razılaşdı ki, İŞİD-lə mübarizədən sonra ABŞ əsgərləri İraqı tərk etməlidir. “Fars” xəbər agentliyi İraq liderinə istinadla qeyd edib ki, hökumət ölkədə xaric hərbi bazaların qalmasına da imkan verməyəcək.

Tehrana səfər və bundan sonra yeni bir siyasi partiyanın qurulması mühüm bir vaxta təsadüf edib. Mosulda İŞİD-in iflası ilə İraqda, xüsusilə Bağdad hökuməti ilə gələn ay müstəqillik referendumu keçirilməsini planlaşdıran Kürdüstan Regional Rəhbərliyi arasında daxili siyasi çatlar və mübahisələr yenidən artır.

Amma ən əsası artıq İŞİD rəsmi Bağdad və İranın İraqdakı maraqlarına əhəmiyyətli təhlükə törətmir. Tehran da rəqiblər, xüsusən də ABŞ və Səudiyyə Ərəbistanı ilə yarışda üstünlüyünü təmin etmək üçün İraqın şiə siyasi və hərbi liderlərinə təsirindən istifadə etməyə çalışır.

Son aylarda İraqın Xalq Səfərbərlik Qüvvələrinin (“Haşdi-Şəabi”) komandirləri ABŞ hərbçilərini daha çox tənqid edir. Bir neçə “Haşdi-Şəabi” komandiri Bağdad hökumətini ABŞ ordusunun əməliyyatlardakı rolunu məhdudlaşdırmağa və İŞİD-in ölkənin şimal-qərbindən çıxarılmasından sonra ABŞ qoşunlarının İraqda qalmasına icazə verməməyə çağırıb.

İki həftə əvvəl İraq baş naziri Heydər İbadi Tehrana səfər edərkən, ali dini lider Əli Xamnei ona İraqdakı amerikalı qüvvələrin varlığına qarşı çıxdığını və İraq liderini Vaşinqtona etibar etməməyi tövsiyə edib. Xamnei bildirib ki, “amerikalılara heç bir halda güvənməyin, çünki onlar zərər vurmaq üçün həmişə fürsəti gözləyirlər”.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 151




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap