Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya quyunun dibinə yuvarlanır!

Tarix 18.08.17, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya quyunun dibinə yuvarlanır! – Müdafiə sənayesi Çindən, Hindistandan asılı vəziyyətə düşür!

Çox yaxın zamanlara kimi lətifə və ya uğursuz zarafat olaraq qəbul edilən hadisələr gerçəkləşməyə başlayıb. Belə ki, Rusiya müdafiə sənayesinin tənəzzülü artıq yeni kritik həddə yaxınlaşır və görünür ki, biz tezliklə çox maraqlı məsələlərdən xəbər tutacağıq.

Artıq bir neçə ildir ki, Birləşmiş Ştatlar öz müttəfiqlərini Rusiya Federasiyasına döyüş texnikası və silahlanma üçün lazım gələn ən kritik texniki ləvazimatların göndərilməsinin dayandırılmasına məcbur edir.

Rusiya özünün istehsal edə bilmədiyi məhsulları tanınmış xarici istehsalçılardan alıb. İndi buna qadağa qoyulduğundan, onlar həmin avadanlıqlara əvəzləyici tapmağa məcbur qalıblar. Gözlənildiyi kimi, bu axtarışların istiqaməti şərqə – Çinə tərəf yönəlib.

Əgər əvvələr Çin Rusiyadan texnoloğiya və hərbi texnika nümunələrini tozsoran kimi sorurdusa, zamanla vəziyyət dəyişdi və indi artıq Rusiya çinlilərdən texnoloji avadanlıqlar alır. Çünki Rusiyanın müdafiə sənayesinin ən zəif yeri əzəldən elektronika sahəsi olub və bu indi də belədir. Ona görə də, Çindən elektronika alınır.

Bundan əlavə Rusiya Hindistan ilə silah istehsalının kooperasiyasını inkişaf etdirib. Hindlilər həmçinin Rusiyanın müdafiə sistemindəki boşluqları öz elektronik məmulatları ilə doldurub. Belə ki, Hindistandan alınan avadanlıqlar çoxməqsədli yeni qırıcı təyyarə “Su-57”-nin (zavod indeksi T-50) bort sistemində əhəmiyyətli yer tutacaq. Rusiyalı ekspertlərin özləri dəfələrlə yazıblar ki, hindlilərlə işbirliyi həyata keçirilməsə, təyyarələrin layihəyəyə müvafiq səviyyəyə gətirilməsi mümkün olmaz. Lakin kooperasiya müxtəlif səbəblər üzündən rusların istədiyi kimi alınmayıb. Bundan sonra təntənəli gurultunun yerini səssizlik alıb.

Nəticədə belə çıxır ki, Rusiya müdafiəsi yavaş-yavaş Çin “dəmirindən” istifadəyə keçir. Məlumdur ki, çinlilərin bir neçə min illik ticarət və müharibə tarixləri, həmçinin də zəngin təcrübələri var. Ona görə də, onlar hansısa yüksək xüsusiyyətə malik ən yeni və ən funksional məhsullarını Rusiyaya yollamırlar. Qısaca desək, əgər Rusiya ilə Çin arasında silahlı münaqişə yaranarsa, onda rusların hərbi texnikası və silahları qəflətən sıradan çıxa və ya öz funksiyasının böyük hissəsini itirə bilər.

Elə zənn edilirdi ki, nə vaxtsa qabaqcıl müdafiəyə malik olan və uzun müddət ərzində Qərbə qarşı dayanmış Sovet İttifaqı kimi nəhəngdən Rusiyaya qalmış texnologiya və müəssisələr mirası yüksək templə olmasa da, hər halda gələcəkdə də inkişaf edəcək. Ancaq bu baş tutmadı. Hətta böyük maliyyə vəsaiti də bir vaxtların nəhəngini dirildə bilmədi. İndi Rusiya kritik şəkildə idxaldan asılı vəziyyətə düşüb.

Bəllidir ki, Çin Qərbin aparıcı silah istehsalçılarından texniki inkşaf baxımından, minimum bir nəsil geri qalır. Onun ixrac təklifi isə, hələ bundan da az imkanlara malikdir. Ümumiyyətlə, əgər rusiyalılar Çin məmulatlarını öz hərbi texnikaları və silah kompleksləri üçün alırlarsa, onda tam çarəsizlikdən danışmaq lazımdır.

Hələ bu dərin quyunun tam dibi deyil. Almaniyanın “Die Welt” qəzeti bildirir ki, İran sanksiyalardan yan keçərək Rusiyaya hansısa müdafiə məqsədli avadanlıq yollayır. Həmin xəbərdə deyilir ki, İranın nəqliyyat təyyarələri iki dəfə Rusiyanın Suriyadakı Himeymim bazasına uçublar və oraya hansısa yük boşaldıblar. Sonra isə bu yükü Rusiyanın Tartusdakı bazasına çatdırıblar və oradan isə nəqliyyat gəmiləri ilə Rusiya Federasiyasının limanlarına daşıyıblar.

Deməli, İran artıq Rusiyada olmayan və ya onun istehsal edə bilmədiyi hansısa məhsul istehsal edir. Əgər işlər belə getsə, onda yaxın dövrlərdə Rusiyanın Venesuela, Şimali Koreya, Zimbabve kimi daha geridə qalmış ölkələrdən hərbi ləvazimat almasını da gözləmək mümkündür. Bax bundan sonra quyunun tam dibinə düşüləcək.(azpolitika)



Xəbərin oxunma sayı : 640




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap