“Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir Tarkan həyat yoldaşını klipinə çəkəcək
Axtar
 
  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

  • / Maqazin / — 26 Noyabr 2017

    “Çalıquşu”nun “Kamran”ı özünə İspaniyada biznes qurub

Türk ordusu İdlibə girib: Moskva Ankaranın Suriyada separatçı anklavlar yaradacağından əndişələnir – Təhlil

Tarix 09.10.17, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Muxin

“Nezavisimaya gazeta”, 09.10.2017


Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Suriyanın İdlib əyalətində hərbi əməliyyatın başlandığını elan edib. Onun sözlərinə görə, əməliyyata Rusiya aviasiyası dəstək verəcək. KİV-lər iddia edir ki, bu haqda razılaşma Ərdoğanın RF prezidenti Vladimir Putinlə 28 sentyabr görüşündə əldə olunub.

Lakin iki ölkənin münasibətlərində hər şey elə də səlis deyil. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu dünən Rusiyanı İdlibdə fərq qoymadan dinc əhali və mötədil müxalifəti bombalamaqda ittiham edib. Ankara son zamanlar Moskvanın ünvanına bu qədər sərt ittihamlardan vaz keçirdi. Rəsmilərin bəyanatlarına görə, Rusiya istənilən halda RF, İran və Türkiyənin iştirakı ilə İdlibdə yaradılmış deeskalasiya zonalarında (DEZ) sülhməramlı prosesin fəallaşmasına hədəflənib.

Türkiyə KİV-ləri xəbər verir ki, barışmaz müxalifətin döyüş dəstələrinin yerləşmə məkanı haqda Rusiya qruplaşmasının komandanlığına dəqiq məlumatı məhz Türkiyə kəşfiyyatı verib. İddia olunur ki, Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) bu məlumatlar sayəsində “Cəbhət ən-Nusra” yaraqlılarına və başqa terrorçu qruplaşmalara önəmli ziyan vura bilib. Rusiya SQ Baş Qərargahı Baş Kəşfiyyat İdarasinin rəisi general-polkovnik İqor Korobovun məlumatına görə, İdlibdəki yaraqlıların sayı, təxminən, 9 min “süngü” təşkil edir.

Hazırda onlara qarşı əsasən mötədil müxalifətin Türkiyəyönlü qüvvələri durur. Ərdoğan da keçən şənbə onların Türkiyənin keçirdiyi “Fərat qalxanı” əməliyyatına qoşulmuş Azad Suriya Ordusu (ASO) qüvvələrinin tərkibindən yeni kontingentlərlə gücləndirildiyi haqda məlumat verib. ASO dəstələri guya Hələbin şimal hissəsini artıq tərk edib və Türkiyənin Xatay vilayətindən keçərək İdlibə yollanıblar. Onlardan başqa “İdlib” DEZ-ə Türkiyə, Rusiya və İran ordusunun bölmələri daxil olmalıdır.

Çavuşoğlunun bəyanatına görə, razılaşmaya əsasən əyalətin çevrəsində İran və Rusiyadan, İdlibin içində isə Türkiyədən müşahidəçilər yerləşəcək. Çavuşoğlu əlavə edib: “Türkiyə missiyası riskləri aradan qaldırmaq üçün yalnız təhlükəsiz rayonlarda yerləşdiriləcək”.

Türkiyə qoşunlarının DEZ-ə giriş vaxtını kəşfiyyat məlumatları əsasında ordu komandanlığı müəyyən etməlidir.

ASO dəstələrinin sayına gəlincə, Almanar News agentliyinin məlumatına görə, dünən Türkiyə-Suriya sərhədinə ümumi sayca 800 nəfərlik 15 dəstə gəlib. Bu, azdır: “Cəbhət ən-Nusra”ya yaxın qruplaşmaların tərkibində bir neçə min döyüşçü fəaliyyətdədir. Türkiyənin Anadolu agentliyinin məlumatına əsasən, “İdlib” DEZ-dəki yerli əhalinin sayı isə 2,4 milyon nəfər təşkil edir. Orada həm də 1,3 milyon məcburi köçkün yerləşib. Bunlar əsasən türkdilli əhalidir. Amma İdlibdə həm də sünni ərəblər və şiə əhalinin yaşadığı yaşayış məntəqələri də var. Və görünür, RF və İranın hərbi polis kontingentləri məhz onları qoruyacaq.  

ASO-nun yeni dəstələri və xarici qoşunlar “İdlib” DEZ-ə girəndən sonra orada durumun necə tənzimlənəcəyini  proqnozlaşdırmaq çətindir.

ASO təmsilçiləri də Türkiyə rəhbərliyi kimi Suriya prezidenti Bəşər Əsəd rejimini qəbul etmədiklərini bildiriblər. İstisna deyil ki, Türkiyəyönlü əhali Ankaranın dəstəyi ilə yerlərdə separatçı anklavlar formalaşdıracaq.

Türkiyə XİN başçısı İdlibdə yerli əhalinin Rusiya HKQ-nin ayağına yazılan bombardmanına toxunaraq Reks Tillersona istinad edib: “ABŞ dövlət katibi mənə məlumat verib ki, aviazərbələr nəticəsində hətta humanitar strukturların təmsilçiləri də yaralanıb”.

Nazir konkret faktlar göstərməyib.

Hərbi ekspert, general-leytenant Yuri Netkaçyev hesab edir: “Görünür, bu bəyanat Rusiya HKQ və Suriya hökumət qoşunlarının fəallığına mane olmaq üçün nəzərdə tutulub. Suriyada terrorçuların məhv edilməsi yekun mərhələsinə doğru gedərkən Vaşinqton və Ankaranın yaxınlaşması tamamilə qanunauyğundur. Həm ABŞ-da, həm də Türkiyədə Əsəd rejiminə qarşı çıxış edirlər. Özü də Ankara İdlibdə, ABŞ isə neftli Deyr-əz-Zor və Hasək əyalətlərində bu ərazilərin hərbsonrası nəzarəti vəzifələrini həll edir”.

Ekspert deyir ki ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriya və İordaniya sərhədlərindəki fəallığından narahatdır. “ABŞ-ın orada ət-Tənfada yerləşən, yüz kilometrlik “qara deşiyə” çevrilən hərbi bazasından sabitsizlik qaynaqlanır. Bazada hazırlanan yaraqlılar Deyr-əz-Zorda Əsəd ordusunun hücumuna mane olurlar. Türkiyə də İdlibdə həmin taktikanı işlətsə, pis olacaq”.

Netkaçyev hesab edir ki, Rusiya Astanada Suriya üzrə qarşıdakı 30-31 oktyabr danışıqlarında ölkənin hərbsonrası quruluşu haqda məsələ qoymalıdır: “İdlibdə və Suriyanın başqa əyalətlərindəki DEZ-lər əbədi mövcud olmayacaq. Bu ərazilərin mərhələ-mərhələ rəsmi Dəməşqin nəzarətinə verilməsi haqda məsələ qoymaq lazımdır”.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 196

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda