Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Suriyada Türkiyəyə qarşı qurulan çirkin tələlər –Təhlil

Tarix 10.02.18, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Batuxan Yaşar

Türkiye (Türkiyə), 09.02.2018


Qoy heç kim bədxahlıqla əllərini ovuşdurmasın… Afrində əməliyyat planlaşdırıldığı kimi gedir… Uzaqdan şəhərin mərkəzi görünür… Kürdüstan Fəhlə partiyası (PKK) / “Demokartik Birlik” Partiyası və İŞİD sosial şəbəkələrdə bombardmana başlayıb…

Onlar dəridən-qabıqdan çıxırlar ki, döyüş meydanında durumu manipulyasiya etsinlər… Onlar dedikcə peşəkardırlar… Türkiyə, Rusiya və İranın arasına paz vurmaqdan ötrü hər cür tələlər qururlar… ABŞ və döyüş meydanında tərəfdaşı PYD heç bir fırıldaqdan iyrənmir. Güdülən məqsəd – üç ölkə arasındakı konsensusu dağıtmaqdır… Buna görə də “Rusiya hava məkanını bağlayıb” tezisi sosial şəbəkələrdə fəalcasına şişirdilir…


Yalan – “Bunun arxasında Türkiyə durur”


Bu prosesin başlanğıcını “Xmeymim” aviabazasına hücum qoyub… Sonra Rusiya təyyarəsi vurulub… Bu hadisələrdən hər birinin arxasında “Türkiyə ilə birgə hərəkət edən Suriya müxalifətinin qüvvələri”nin durduğu haqda təsəvvür formalaşdırmaq üçün cəhdlər edilib… Mifik  akkauntlar işə salınıb… Ankaranı barmaqla göstərirdilər… Hücumların Türkiyənin nəzarət etdiyi rayonlardan həyata keçirildiyi haqda yalanlar quraşdırılıb… Rusiya prezidenti Putin ABŞ-a eyham vuraraq deyib: “Xmeymimə hücumun arxasında kimin durduğunu bilirik”…

İdlib və Reyhanlıya hücumlar Rusiyanın ayağına yazılıb!

Türkiyə bir tərəfdən İdlibdə sülhü qorumaq misssiyasını südrürür… Keçən həftə altıncı müşahidə məntəqəsi yaradılıb. Rusiya bu işin ən tez bir zamanda bitməsini istəyir. Müşahidə məntəqəsində yerləşən Türkiyə qoşunları hücumlara məruz qalır…

Bu arada analoji informasiya yanaşmasından istifadə olunub, ancaq bu dəfə əks qaydada… Reyhanlı raket və minaatanlardan atəşə tutularkən də Rusiyaya işarə ediblər. Sosial şəbəkələrdə bu hücumların arxasında məhz rusların durduqları haqda yalan dolaşıb. Kimsə Suriyada döyüş meydanında Türkiyə-Rusiya əməkdaşlığına aşkarca nöqtə qoymaq istəyir…

Rusiya Suriyada yeni radar şəbəkəsi yaradır


Ankara və Moskva arasında kanallar açıqdır. Gündə onlarla danışıqlar aparılır, Suriyada da bu cürdür. Döyüş meydanında sıx əməkdaşlıq sürür…

 Rusiya, hər şeydən əvvəl, çiyindən buraxılan raketlərdən müdafiə üçün HHM sistemini təzələyir. Rusiya təyyarələrinə nisbətdə təhlükələrin aradan qaldırılması üçün yeni radar şəbəkəsi qurulur. Rusiya yeni sistem vasitəsilə çiyindən buraxılan raketlərin elektron izlənməsini həyata keçirə bilər.

Türkiyə SQ və ASO çiyin-çiyinədir

Afrində döyüş meydanında hər şey gərəkən şəkildə gedir… Hərbçilərimiz və Azad Suriya Ordusu (ASO) çiyin-çiyinə irəliləməyi davam etdirir. Aralarında müntəzəm əməkdaşlıq var. Onların əlbəyaxa döyüş aparmalı olduğu anlar olur…

Səngər qazmağa başlayıblar

PKK/Xalq Özünümüdafiə Dəstələri (YPG) Surə və ya Zirədəki kimi (Türkiyənin cənubi-şərq bölgələri-tərc.) Afrinin mərkəzində səngərlər qazmağa başlayıblar. Şəhər şəraitində döyüşə hazırlaşırlar… Kəşfiyyat bütün bunları qeydə alır. Şəhərin mərkəzi haqda Türkiyənin də planları hazırdır. Biz şəhər döyüşlərinin necə olduğunu çox yaxşı bilirik… 2015-ci il Surə, Cizrə, Silopi hadisələrini (PKK üzvlərinə qarşı əməliyyatlar-tərc.) xatırlamaq yetərlidir.

Əsir düşən PKK /PYD üzvlərinin ifadələri

Güvənlik qurumlarının məlumatına görə, terrorçular qadın və uşaqları güllə altına qoyurlar. Onlar mümkün hər şeyi edirlər ki, dinc əhali arasında qurbanlar mümkün qədər çox olsun.

Budur, əsir düşmüş PKK/YPG döyüşçüsünün ifadəsi: “Onlar uşaqlarımızı əlimizdən alırlar. Mane olmağa çalışarkən öldürmək hədəsi gəlirlər. Uşaqları ən böhranlı obyektlərdə yerləşdirirlər. Hamıdan qabaq isə qızları…”

Mülki geyimə bürünüblər

Alınan məlumatlara əsasən, PKK/YPG terrorçuları kamuflyajı soyunub sivil libas geyiniblər. Onlar mülki geyimdə toqquşmalara qatılırlar. Kimsə həlak olarkən foroşəkil çəkilir, bu zaman silah kadrdan çıxarılır.

Və belə çıxır ki, “hücum edilir, dinc sakinlər öldürülür”.

Mənbicdən gələn dəstəyi də qeyd etmək lazım gəlir… Terrorçular Afrinə “mülki konvoy” adıyla girmişdilər…

Terrorizm laboratoriyası

İŞİD və PKK /YPG döyüş meydanında seçilmir. İŞİD Cindərəs bölgəsindən ciddi dəstək verir. Bundan başqa, iki terror qurumu arasında pul dövriyyəsi üzə çıxarılıb. İnsan alveri… Narkotiklər… Bir bölgədən digərin ə yer dəyişmək üçün pul alınması… Terrorun bütün növləri… İŞİD və PKK /YPG bölgəni əsil terrorizm laboratoriyasına çevirib. Marksist-leninçi və ultraradikal təşkilatlar əl-ələ hərəkət edir. Türkiyə döyüş meydanında tədricənn güc toplayır, dutrumu diqqətlə izləyir və hər şeyə göz qoyur.

Tərcümə Strateq.az-ındır.  



Xəbərin oxunma sayı : 1549




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap