Azərbaycanlı aktrisa yayda dənizə kürklə girdi - Video “Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu
Axtar
 
  • / Maqazin / — 14 Avqust 2018

    Azərbaycanlı aktrisa yayda dənizə kürklə girdi - Video

  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

Qərb sivilizasiyası ölüm ayağında: beşikdən çox tabut lazım gəlir – Təhlil

Tarix 08.05.18, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Patrik Byukenen

oko-planet.su , 06.05.2018


Qərb niyə ölür?

Birincisi, çünki adamlar ölürlər. Müsəlman Albaniyasından başqa Avropanın heç bir ölkəsində  əhalinin təbii artımı müşahidə olunmur: sadəcə, qadınlar millətin ömrünün davamı üçün lazımi qədər uşaq doğmurlar. Avropanın iyirmi ölkəsində – Rusiya da bunların içindədir – doğmaqdan daha çox dəfn edirlər: beşikdən çox tabut lazım gəlir.

İkincisi, ölən hər bir avropalının yerini bir anda qeyri-avropalı mühacir tutur. Çinlilər, müsəlman ölkələrindən çıxanlar Sibirdə, Mərkəzi Asiyada və Qafqazda məskunlaşırlar. Hər il yüz minlərlə ərəb, afrikalı Avropaya gəlir. Mühacirlər Amerikanı da doldurublar. Hazırda bizdə 35 milyon latinos (Amerikada Latın Amerikasından çıxanlara verilən kinayəli ad-tərc.) var və hər il 1,5 milyon da gəlir. Onların, ən azı, üçdəbiri qeyri-leqallar, 90%-i isə üçüncü dünya ölkələrindən çıxanlardır. İndi ölkəmizdə yaşayanların 45 milyonu ingiliscə danışmır. Durum Sovet İttifaqının dağılmasına səbəb olan duruma bənzəyir.

2050-ci ilə doğru Amerika əhalisinin çoxunu Avropadan deyil, Asiya, Afrika və Latın Amerikasından çıxanlar təşkil edəcəklər. Bu, belə bir üçüncü dünya ölkəsi olacaq. Bu çalışqan adamlar Qərb dəyərlərinin – tarixin, ədəbiyyatın, mədəniyyətin qorunmasıyla məşğul olmayacaqlar. Çindən və Cənubi-şərqi Asiyadan tutmuş Hindistan, Pakistan, Ərəbistan və Afrikada qurtarmaqla bu keçmiş müstəmləkələrin hamısı öz vətəndaşlarını şimala – Qərb metropoliyasını qəsb etməyə göndərir. Və, bax, onlar Qərbi dinc yolla belə işğal edirlər. Hətta Amerikada yaşayan meksikalılar “rekonkist”dən, Meksikanın Amerika ilə müharibə prosesində itirdiyi torpaqların qaytarılmasından danışırlar.

Üçüncüsü, böyük katolik yazıçısı Hiller Bellok deyib: “Din – Avropadır və Avropa – dindir”. Avropada, xüsusən də Rusiyada din ölür. Xristianlıq Amerikada cürbəcür hücumlara uğrayır. Kütləvi informasiya vasitələri, mədəniyyət, təhsil hedonizmi (həyatın beşgünlük olduğu və eyş-işrətlə keçirilməsi gərəkdiyini təbliğ edən qədim yunan əxlaq nəzəriyyəsi-tərc.), 60-cı illərin dəyərlərini dəstəkləyir. Adamlar abort, homoseksualizm, evtanaziya, pornoqrafiya kimi mühüm problemlərə bütpərəst kimi yanaşırlar. Biz çayl və göllərimizi təmizləyir, həm də bununla yanaşı mədəniyyətimizi zəhərləyir və çirkləndiririk. Avropada kilsəyə – katolik, protestant, pravoslav məbədlərinə heç kim getmir, halbuki məscidlər ağzlınacan dolu olur.



Avropanın ən böyük məscidi

 

Dördüncüsü, prezident Reyqanın xəbərdarlıq etdiyi kimi, kim olduğumuzu və haradan gəldiyimizi unutmuşuq. Səlibçilər Amerikanın mədəniyyət elitası üçün Yeni Dünyanı fəth etmiş cinayətkar, qəsbkarlardır, dövlətimizin ata qurucuları qəddar kölə tacirləri, irqçilərdir, Qərbi (Amerikanın qərb sahillərini-tərc.) mənimsəmiş kovboy və əsgərlər isə hindulara qarşı mədəni soyqırımı və vəhşilikdə ittiham olunurlar. Döyüş bayraqlarını və cənubluları – vətəndaş savaşının qəhərəmanlarını isə yada salmamaq daha yaxşıdır. Gənc amerikalılara tarixi öyrətmirlər. Kim və haradan olduğumuzu xatırlamasaq, ya bizə bu gün sahib olduqlarımızı da verən əcdadlarımıza sadəcə nifrət etsək, güman etmirəm ki, bizim sivilizasiya yaşayar.

Və nəhayət, Qərb ölkələri transmilli institutların xeyrinə öz suverenliklərindən imtina edirlər. İngiltərə, Fransa, İspaniya, Kanadaya dinclıik verməyən bu cür etnik qüvvələr var. Yuqoslaviya, Çexoslovakiya, Sovet İttifaqı artıq dağılıb. Hətta Rusiyanın öz daxilində də bu cür “təfriqəçi” hərəkatlar var. Qərbi Avropanın qədimdən var olan milli dövlətləri Avropa Birliyi adında bürokratik superdövlətin içində yox olmaqdan ötrü öz azadlıq və müstəqilliklərini hərfi mənada satıb. Bu böyük savaş “soyuq müharibə”dən sonra başlanıb. Ümid edirəm ki, Rusiya milli özünəməxsusluğunu, mədəniyyət və dinini qoruyacaq.

Tərcümə Strateq.az-ındır.

 

 



Xəbərin oxunma sayı : 424

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda