Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Həmsədrlər İrəvan və Xankəndindən sonra Bakıya gəldi - nə dəyişəcək?

Tarix 02.11.18, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Tofiq Zülfüqarov: “Prosesdə qismən aktivlik müşahidə edilir ki, bu da Rusiyanın vasitəçiliyinə qarşı olan addımdır”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvan və Xankəndinə səfərin ardınca Bakıya növbəti dəfə səfər etdilər. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Musavat.com xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Əvvəlcədən bildirilirdi ki, görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə ediləcək. Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, oktyabrın 29-da Ermənistanda görüşlər keçirən diplomatlar oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər. Onların işğal zonasına Azərbaycan tərəfdən deyil, məhz Ermənistan ərazisindən səfər etmələri də birmənalı qarşılanmır. Hesab olunur ki, bu, həmsədrlərin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyidir. Digər tərəfdən, məntiqlə, diplomatlar monitorinqi Azərbaycan tərəfdən də həyata keçirə bilərdi, ardınca isə Bakıya gəlib görüşlər keçirərdilər. Hələlik rəsmi Bakı bu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ-ın yüksək çinli rəsmisi Con Boltonun İrəvanda Qarabağ məsələsi ilə bağlı dedikləri Ermənistanda geniş əks-səda doğurub və bununla bağlı müzakirələr kəsilmir. N.Paşinyanın Con Boltonla bağlı “O, mənim adımdan danışa bilməz” sözləri belə, erməniləri sakitləşdirməyib. Qeyd edək ki, Qarabağ məsələsi həll olunsa, bu, Türkiyə-Ermənistan, hətta Azərbaycan-Ermənistan sərhədlərinin açılmasına şərait yarada bilər.

“Faktiki olaraq ABŞ bölgəni Qarabağ münaqişəsinin nizamlanması ilə bağlayaraq Ermənistanın İranda asılılıq dərəcəsini azaltmaq istəyir. Təsadüfi deyil ki, Dağlıq Qarabağ probleminin həllinin zəruriliyi barədə bəyanatlar İrana yönəlik təhdidlərlə birgə səslənir”.  Bunu İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan söyləyib.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Ermənistanda böyük hay-küy doğuran müsahibəsində də Qarabağla bağlı ciddi məqamlar var idi. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik isə müsahibəsində deyib ki, indiyədək Qarabağda sülh yolunda çoxlu maneələr olub. “İnanıram ki, yalnız irəliləmə deyil, davamlı sülh mümkündür. Bir həllin şərtlərinin necə olacağını  ümumilikdə bilirik, liderlər bir neçə dəfə qarşılaşıblar. Sadəcə olaraq, həlli müzakirə etmək  çətin olacaq. İndi zamanıdır” - Uorlik deyib. Bundan əvvəl də keçmiş həmsədr Qarabağla bağlı “mərhələli həll”dən danışmışdı. Amerikalı diplomatların davamlı şəkildə Qarabağ məsələsinə müraciət etməsi fonunda həmsədrlərin budəfəki gəlişi müəyyən ümidlər də yaradır.

Tofiq Zülfüqarov musavat ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həmsədrlərin səfərinin hansısa müsbət nəticə verəcəyinə ümid etmək hələ tezdir: “Prosesdə qismən aktivliyin yaranması müşayiət olunur, bu da Rusiyanın vasitəçiliyinə qarşı olan addımdır. Çünki uzun müddət Rusiya monopoliyası mövcud idi və nəticəsi göz qabağındadır. Xüsusilə də Lavrov tərəfində yürüdülmüş siyasət nəticəsində vasitəçilik faktiki olaraq yox dərəcəsində idi”.

T.Zülfüqarov hesab edir ki, Qarabağla bağlı ABŞ-ın aktivləşməsi baş versə, deməli, əsas səbəb İran faktorudur: “Eyni zamanda Azərbaycan faktorunun olmasını da istisna etmirəm. Həmsədrlərin rollarının dəyişməsi və amerikalı həmsədrin qabağa çıxması məntiqlidir. Amma inanmıram ki, bir səfərdən sonra dəyişiklikləri görə bilək. Bir həftə sonra ATƏT-in Nazirlər Şurasının sammitində bu məsələnin müzakirəsi istisna deyil. Həmsədrlərin bölgəyə səfərinin səbəblərindən biri ondan ibarətdir ki, ATƏT-in tədbirinə hansısa mövqe təqdim etsinlər. Həmçinin Ermənistanın yeni rəhbərliyinin mövqeyini almağa nail olsunlar”.

Bu arada Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Publika.az xəbər verir ki, nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir. “Kommersant” iddia edir ki, Ermənistan rəhbərliyinin sərt bəyanatı və Vaşinqtonla İrəvan arasında anlaşılmazlığı nəzərə alan Minsk Qrupunun həmsədrləri Boltondan sonra erməni paytaxtına gəlməklə heç olmasa münaqişənin nizama salınmasında irəliləyiş görüntüsü yaratmaq üçün “yanğınsöndürən” rolunu oynamağa məcbur oldu. Avropa İttifaqının İrəvandakı səfiri Pyotr Svitalskiy amerikalı həmkarlarının son fikirlərini şərh edərək, erməni tərəfini inandırmağa çalışdı ki, “Qarabağ məsələsinin həllinin sürətləndirilməsi üçün İrəvana heç bir xarici təzyiq olmayacaq”.

“Sivilizasiyaların Dialoqu” İnstitutunda elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko nəşrə açıqlamasında bildirib ki, Minsk Qrupunun yeni səfəri beynəlxalq mexanizmin boş yerə işlədiyini növbəti dəfə göstərdi. “Paşinyan anlayır ki, Bakı ilə İrəvan arasında real dialoq olmayacaq. Ona görə də tələblərini şüurlu şəkildə daha da yüksəldərək, heç olmasa ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışır”, - deyə rusiyalı ekspert vurğulayıb.




Xəbərin oxunma sayı : 496




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap