Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qulağı kəsilmişdi, heç kim tapa bilmirdi...“- içki məclisində qanlı hesablaşma

Tarix 22.11.18, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Birlikdə içki içdiyi şəxsə ağır xəsarət yrtirən şəxs hakim qarşısına çıxarılıb. O, mübahisə etdiyi şəxsin qulağını kəsməkdə günahlandırılır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ibrahim Ibrahimlinin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı İbrahim İbrahimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İbrahim İbrahimli son sözündə özünü qismən təqsirli bilib, deyib ki, hadisə söyüş üstündə baş verib.

O, tanışının qulağını kəsmədiyini bildirib:

"Hər axşam həyətimizdəki yerdə oturub domino oynayırdıq. Hadisə günü də belə oldu. Oyundan sonra Şərafəddin adlı şəxslə oturub, söhbət etmək qərarına gəldik. Şərafəddin evdən araq gətirdi, onu içdik. Sonra Şahin adlı şəxs gəldi. Bir araq da o gətirdi. Söhbət əsnasında Şahin bir-iki dəfə ağzından söyüş çıxartdı. Mən də ona təklif etdim ki, ətrafda adamlar var, söyüş söyməsin. O isə mənə qayıtdı ki, sənə nə var, istədiyim kimi danışa bilərəm. Məni də söydü, yumruq atdı. Arağın butulkasını götürüb, məni vurmaq istədi. Bu vaxt araq butulkası bizi ayırmaq istəyən Şərafəddinə dəydi. Sonra biz Şahinlə əlbəyaxa olduq və mən hadisə yerindən uzaqlaşdım. Evə gələndə gördüm ki, üstüm qandı. Həmin gecəni yatdım, gecə yarısı qardaşım məni oyatdı ki, polis gəlib. Çölə çıxdım, gördüm Şahinin başı sarğı ilə sarılıb, yanında da polislər var. O, qulağını özü dartıb, qoparıb. Mənə şər atır. Onu butulka ilə də vurmamışam. Bizim hadisədən sonra qulağı kəsilmişdi. Onun qulağını heç kim tapa bilmirdi, özü məndən sonra da dalaşıb, bəlkə qulağını kəsiblər”.

Rəsmi ittihamda göstərilir ki, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb.

Məlumata görə, Butulka Şahin Əliyevin başına dəyib. İbrahimli butulkanın sınığı ilə Şahinin qulağını kəsib.




Xəbərin oxunma sayı : 508




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap