Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğan türk qoşununun Suriyada YPG-nin sonuna çıxacağı haqda:“Suriyanın şimalı Türkiyənin güneyi olacaq” – Araşdırma

Tarix 13.12.18, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Şerbakov

Nezavisimaya gazeta, 12.12.2018

 Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dekabrın 12-də bildirib: “Türkiyə İdlibdə böyük humanitar böhranın qabağını alıb. Fərat çayından şərqdə fəlaiyyət göstərən terrorçuları məhv etməyin sırası çatıb. Bizim  hədəfimiz bölgədəki terrorçuları məhv etməkdir”.

O, qeyd edib ki, Ankara  Suriyanın bu bölgəsində əməliyyata hazırlığı artıq başa çatdırıb və Vaşinqtonun verdiyi vədlərə daha inanmır. Əməliyyatın yekunu təkcə terrorçuların darmadağın edilməsinə önəmli töhfə vermiş kürd dəstələrinin tam məhvi deyil, həm də Türkiyə və Amerika qoşunlarının birbaşa toqquşması ola bilər.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir il qabaq bildirmişdi: Pentaqon terrorçularla mübarizə bəhanəsilə kürdlərə verdiyi silahları yubanmadan onlardan almalıdır.

O bu zaman Amerika hərbçilərinin “Türkiyə üçün təhlükə təşkil etməyən hərbi təyinatlı vasitələrin” kürd könüllü yığmasının cəbbəxanasında qalacağı haqda sözlərini tənqid etmişdi. İbrahim Kalın bildirib: “Yalnız Türkiyənin haqqı çatır ki, kimin, ya nəyin onun milli güvənliyini təhdid etdiyini qət etsin”.

O zaman söhbət Suriyanın şimalında fəaliyyət göstərən, Demokratik birlik partiyasının hərbi qanadı sayılan və Suriya demokratik qüvvələrininn (PYD) nüvəsini təşkil edən Xalq özünü müdafiə dəstələrinə (YPG) tədarük edilən 4 min  yük maşını silah və döyüş sursatından gedirdi.

Cənab Kalının hansı yük maşınlarından danışdığı aydın deyil, amma Amerikanın standart beştonluq M39 ailəsindən yük maşını götürülsə, tam yüklənəcəyi halda kürdlər 20 min tonadək silah və döyüş sursatı ala bilərdilər. Əlbəttə, dünya savaşına bəs etməz, amma türk hərbçilərilə çoxaylıq döyüşlərə tamamilə bəsdir. Görünür, Türkiyə prezidentinin mətbuat katibi bunu anlayaraq özəl qeyd edib ki, Amerika silahı Ankaranın terrorçu elan etdiyi Kürdüstan İşçi Partiyasına (PKK) bağlı YPG dəstələrinin cəbbəxanasında qalarsa, bölgədə durum lap qəlizləşər. “Anadolu” agentliyi Kalının sözlərini gətirib: “Türkiyə belə ssenariylə barışmayacaq. ABŞ PYD/YPG kimi terrorçu qurumlarla əlaqələri kəsməlidir”.

Pentaqon sanki NATO üzrə müttəfiqinin xahişinə qulaq asıb və ABŞ müdafiə naziri Ceyms Mettis artıq bir neçə gündən sonra özünün Yaxın Şərq turnesinin gedişində Suriya kürdlərinə silah tədarükünün kəsildiyi faktını təsdiqləyib. O bu qərarı bununla motivləşdirib ki, Amerikanın başçılıq etdiyi koalisiya Suriya ərazisində fəal hərəkətləri dayandırıb, buna görə də guya SDQ-nin çoxsaylı dəstələri artıq gərək deyil. Lakin ekspertlər işarə ediblər ki, Vaşinqton, sadəcə, son zamanlar onsuz da gərgin münasibətləri formalaşan Ankaranı bir daha qəzəbləndirməməyi qət edib.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp 2019-cu il büdcə sorğusu çərçivəsində Konqresdən Suriya mötədil müxalifətinin maliyyələşməsinə 300 milyon dollar xahiş edib. Vəsaiti o cümlədən silah və döyüş sursatına xərcləmək planlaşdırılıb: 25 min АК-47 avtomatı, buna 15 milyon patron, 1,5 min KMP pulemyotu və buna 5 milyon patron, 500 irikalibrli DŞK pulemyotu, 400 TƏP-7 qranatatan və ona 6 min atəş (yeri gəlmişkən, bu, birinci növbədə tankları məhv etmək üçün nəzərdə tutulub), 60 mm-lik, 82 mm-lik və 120 mm-lik minaatanlar üçün  15 mindən çox mina, habelə pilotsuzlar, avtomaşınlar, binokllar, radiostansiyalar, GPS qəbuledicilər və başqa avadanlıq və ləvazimatlar. Amerikasayağı mötədil müxalifət həm SDQ, həm də YPG olduğundan aydındır ki, bu silahın bir hissəsi qaçılmazcasına Suriyanın şimalında kürd dəstələrinin sərəncamına keçməlidir. Ola bilsin, artıq keçib. Ancaq YPG dəstələri hətta yeni silahları almayıbsa da, hər şeyə əsasən, köhnələri də amerikalılara təhvil verməyə hazırlaşmır. Görünür, nəhayət, Ankaranın səbri tükənib və çox xatalı işə girişib.

“Anadolu” agentliyi Ərdoğandan sitat gətirir: “Biz YPG savaşçılarını dəqiq terrorçu adlandırırıq, halbuki Ankaranın strateji tərəfdaşları, o cümlədən ABŞ başqa fikrə tərəfdardır. Biz əminik ki, YPG PKK-nın Suriya qanadırdır, bunu sübutlaya da bilərik. Onda strateji tərəfdaşlarımız niyə Türkiyə ilə deyil, terrorçularla birgə hərəkət edirlər?”

Türkiyə prezidenti eyni zamanda qeyd edib ki, əməliyyatın hədəfi Amerika hərbçiləri deyil. Bu, önəmli qeyddir, çünki YPG savaşçılarını məhz Amerika təlimatçıları hazırlaşdırırlar. Amma burası da var ki, hər şey elə də sadə deyil: Ankaranın sözlərinə görə, sözdə Türkiyəni dəstəkləyən, amma əməldə Suriyada bir terrorçuların əliylə o biri terrorçulara qarşı çarpışan Vaşinqtona qarşı ciddi iddiaları var. Son halda söhbət məhz YPG-dən gedir.

Ərdoğan əlavə edib: “ABŞ RKK-nın Suriyadakı döyüş qanadı YPG-yə silah tədarükü haqda Türkiyəınin ittihamlarına cavabda bildirib ki, ora ağır silah tədarük olunmayıb. Vaşinqton İŞİD təhlükəsi aradan qalxandan sonra bu silahları geri qaytarmağı vəd edir. Türkiyə bu vədlərə uymaz”.

Yada salaq ki, Türkiyə cari ilin əvvəlində Suriyanın şimalında kürdləri artıq darmadağın edib: “Zeytun budağı” əməliyyatının gedişində Afrin – YPG-nin qalalarından biri hücumla götürülüb. Bununla yanaşı, maraqlı budur ki, nə kürdlərə təlim keçən amerikalılar, nə də Rusiya hərbçiləri onlara yardım etməyib (xəbər verildiyi kimi, Rusiya hərbi polis bölmələri Afrindəydi, amma Türkiyənin əməliyyatı başlamazdan qabaq oranı tərk edib).

İndi, hər şeyə əsasən, YPG-nin başqa bir qalasının sırası çatıb – onun süqutundan sonra Suriyanınn şimalında artıq ayrıca dövlət demirik, hətta kürd muxtariyyəti yaratmaqdan söz açmaq tamamilə mənasız olacaq. Və burada başlıca məsələ ABŞ-ın nə edəcəyindən asılıdır: NATO üzrə tərəfdaşıyla münasibətləri yaxşılaşdırmaq ümidiylə bu yaxınlardakı müttəfiqini “təslim edəcək”, yoxsa kürdlərin tərəfində duracaq. Təsəvvür edildiyi kimi, Vaşinqton birinci halda Ərdoğanın ona xeyirxah münasibətini qaytara bilər – onun Rusiya ilə iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıqdan imtina edəcəyinə qədər. Amma ikincidə isə bizi Şimali Atlantika alyansının iki üzvü arasında miqyasına və nəticələrinə görə tamamilə gözlənilməz münaqişə gözləyir ki, bunun da nəticəsi bu blokun dağılması da ola bilər.

Bu, nə qədər paradoksal səslənsə də, ikinci ssenari Moskvaya daha əlverişlidir, amma onun həyata keçirilməsi nəticəsində Suriyanın bütövlüyünün bərpasının həyata keçirilməsi haqda artıq heç bir söhbət ola bilməz: onun şimalı birmənalı şəkildə Türkiyənin güneyi olacaq. Burssı da var ki, prezident Ərdoğan bu gümlərdə bu haqda açıq danışıb.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 355




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap