|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Ukraynanın həllini gözləyən böyük problemləri… –Zelenskini nələr gözləyir?
Tarix 23.04.19, 19:11 |
|
Ukraynada prezident seçkisi artıq arxada qalıb. Gözlənildiyi kimi, şoumen Vladimir Zelenski qalib gəlib. Bir çoxları bu qələbəni ciddi hesab etmirlər.
Teatr səhnəsi ilə siyasi səhnə arasında ciddi fərqlərin olduğunu deyirlər. Prezidentlik də şou deyil. Lakin reallıqdır ki, siyasi idarəçilik təcrübəsi olmayan Vladimir Zelenski Ukraynada prezident seçkisini uddu. Onu Avropa və Rusiya təbrik edib. Hər iki tərəf əməkdaşlığa ümid etdiyini bildirib. Bunun fonunda Vladimir Zelenskinin qələbəsinin Ukrayna üçün geosiyasi-hərbi aspektdə nələri ifadə etdiyi maraq doğurur.
“Şən və hazırcavab siyasətçi”: Ukraynanın siyasi mühitində yenilik
Ukraynada prezident seçkisinin ikinci turu sürpriz gətirmədi. Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkoya qalib gəldi. Bir çoxları bu qələbəni qeyri-adi sayırlar. Çünki V.Zelenskinin bir siyasətçi kimi nə təcrübəsi var, nə də konkret imici. Ekspertlər üçün maraqlısı da məsələnin bu tərəfidir. Necə olur ki, Ukrayna kimi böyük bir dövlətdə “təsadüf” qalib gəlir.
Lakin bütövlükdə situasiya sadə deyil və V.Zelenskinin qalibiyyətini təsadüfi saymaq olmaz. Burada iki mövqe mövcuddur. Birincisi, ukraynalılar P.Poroşenkonun fəaliyyətindən narazıdırlar. Onlar keçən müddətdə ölkənin heç bir probleminin həll edilmədiyini bilirlər. P.Poroşenko isə birinci seçkidən öncə böyük vədlər vermişdi. Nə iqtisadi islahatlar həyata keçdi, nə də Donbas məsələsi həll olundu. Üstəlik, Krım da əldən getdi. Bütün bunların fonunda əhalinin həyat səviyyəsində irəliləyiş olmadı. Belə çıxır ki, P.Poroşenko prezident kimi verdiyi vədlərə əməl edə bilmədi.
İkincisi, bir sıra ekspertlər hesab edirlər ki, Ukraynada prezidentin dəyişməsi xarici qüvvələrin geosiyasi maraqlarına uyğundur. Belə ki, ABŞ, Avropa ölkələri və Rusiya Ukraynada nüfuz uğrunda gərgin mübarizə aparırlar. V.Zelenskinin seçkidən öncə Fransa prezidenti Emmanuel Makronla görüşməsi bu baxımdan təsadüfi deyil. Ekspertlər hesab edirlər ki, V.Zelenskini Avropada müəyyən siyasi qüvvələr dəstəkləyirlər. Onun E.Makronla görüşməsi göstərir ki, həmin qüvvələr avropamərkəzçilərdir. Yəni gözlənilə bilər ki, V.Zelenski Ukraynanın Avropaya inteqrasiyasına xidmət edəcək siyasi kursu gücləndirsin.
Maraqlıdır ki, seçkidən dərhal sonra Avropa İttifaqı V.Zelenskini təbrik edib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının başçısı Donald Tusk təbriklərini çatdırıblar. Onlar vurğulayıblar ki, V.Zelenski Aİ-nin möhkəm dəstəyinə ümid edə bilər. Təşkilat Ukraynaya islahatlar yolunda yardım edəcək. O cümlədən hüququn aliliyinin təmin olunmasında, korrupsiya ilə mübarizədə və enerji sferasında islahatlara ciddi dəstək verəcək. Onlar konkret olaraq vurğulayıblar: “Siz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək olacağımıza inana bilərsiniz” (bax: ЕС пообещал Зеленскому прочную поддержку / Gazeta.ru, 22 aprel 2019).
Aİ-nin V.Zelenskini dərhal təbrik etməsi və eyni zamanda, ona dəstək verəcəyini bəyan etməsi, əlbəttə, siyasi jestdir. Brüssel bununla Ukraynada hakimiyyət dəyişikliyini razılıqla qarşıladığını bəyan edir. Görünür, P.Poroşenko ilə ortaq layihələri reallaşdırmaq prinsipcə uğurlu olmayıb.
Bu sırada ekspertlər daha çox korrupsiya ilə mübarizəni, iqtisadi islahatları və Donbasla Krım məsələsini nəzərdə tuturlar. P.Poroşenko seçki ərəfəsi vəd etsə də, korrupsiya ilə mübarizəni demək olar ki, aparmadı. Ukraynalılar onun prezidentliyi dönəmində bu istiqamətdə irəliləyişi görmədilər. Ekspertlər hesab edirdilər ki, P.Poroşenkonun özü böyük biznes sahibi olduğundan korrupsiya ilə mübarizədə maraqlı deyil.
Donbasda isə Ukrayna hakimiyyəti elə bir uğur əldə edə bilmədi. Orada separatçılar yenə də vəziyyətə nəzarət edirlər. Donbasla bağlı Minsk müqaviləsinin şərtləri yerinə yetirilmir. Üstəlik, Kerçdə Rusiya Ukrayna gəmilərini həbs etdi. Bütün bunlar P.Poroşenkonun hətta Ukraynanın qərb əyalətlərində nüfuzuna zərər vurdu. Seçkinin ikinci turu onu göstərdi ki, orada da V.Zelenski P.Poroşenkodan az nüfuz sahibi deyil.
Bunların fonunda Moskvanın V.Zelenskinin qələbəsinə reaksiyası maraqlı görünür. Baş nazir Dmitri Medvedev özünün “Tvitter” səhifəsində yazıb ki, Ukrayna ilə Rusiya arasında münasibətlərin yaxşılaşması üçün hələ şans var. Bunun üçün məsələyə dürüst, bütün məqamları nəzərə alaraq, praqmatik və məsuliyyətli yanaşmaq lazımdır. Yəni V.Zelenski vəziyyəti ətraflı dəyərləndirib, bütün incəlikləri nəzərə alaraq sağlam düşüncə ilə Rusiyaya münasibət göstərməlidir. D.Medvedev onu da vurğulayıb ki, xalqlar arasındakı dərin əlaqələr siyasi konyunkturadan üstün tutulmalıdır. Rusiyanın baş naziri iki ölkə arasında iqtisadi əlaqələrin canlandırılmasının milyonlarla ukraynalının sosial problemlərinin həllinə yardımçı olacağını da ifadə edib.
Əsas məsələ: problemlər həll ediləcəkmi?
Dmitri Medvedevin Vladimir Zelenskiyə məhz bu tonda müraciət etməsi və onu sağlam düşüncəyə dəvət etməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, seçki kampaniyasında V.Zelenski Rusiya hakimiyyətini özünə düşmən adlandırmış, rus xalqını yaxın hesab etdiyini demiş, rus dili ilə bağlı isə Ukraynada yaşayan bütün insanların ilk növbədə dövlət dilini bilməsi gərəkliyini ifadə etmiş, bu baxımdan Donbas və Krımda da Ukrayna dilinin hakim olmasının lazımlığını vurğulamışdı.
Ayrıca V.Zelenski Donbas və Krım azad olunandan sonra V.Putinə belə bir sual da verəcəyini deyib: “Siz vurduğunuz zərərin təzminatını nə zaman ödəyəcəksiniz?”. Başqa bir müsahibəsində isə o, Donbas və Krımın ancaq Rusiyada hakimiyyət dəyişikliyindən sonra həll oluna biləcəyindən bəhs edib. Bunlardan belə qənaət yaranır ki, V.Zelenski Ukraynanın Rusiya siyasətini yumşaltmaq fikrində deyil. Onu sadəcə Ukrayna üçün daha sərfəli bir müstəviyə çıxarmağa çalışacaq.
Bir çox ekspertlərin fikirləri də bu tezisi təsdiq edir. Onlar V.Zelenskinin heç bir ideoloji yenilik etməyəcəyini deyirlər. O, Ukraynanın Rusiya ilə yaxınlaşması istiqamətində ciddi addım atmayacaq. Lakin bir sıra aspektlərdə əlaqələr qura, məsələn, Donbasla bağlı Moskva ilə humanitar sferada ortaq layihələr həyata keçirə bilər.
Təbii ki, həm Avropa, həm də Rusiya tərəfdən təbriklərin olması gözləniləndir. Çünki Ukrayna hər iki geosiyasi güc üçün önəm daşıyır. Hər ikisi Ukraynada seçkidə hansı şəxsin qalib gəlməsinə elə də qarışmır. Onları qalibin konkret olaraq xarici siyasəti maraqlıdır. Bu baxımdan həm Brüssel, həm də Moskva V.Zelenskidən özünə qarşı isti münasibət gözləyir. Gürcüstan və Ermənistandakı seçkilər göstərir ki, xristian ölkələrinin daxili işlərinə Avropa və Rusiya elə də qarışmaq fikrində olmayıb cəmiyyətin sağlam olmasında maraqlıdırlar. Lakin bu halda təsir üsulları başqa olmalıdır. V.Zelenskinin prezident seçilməsi kontekstində məsələnin bu tərəfi daha maraqlıdır.
Yuxarıdakı fikirlərdən məntiqi olaraq belə qənaətə gəlmək mümkündür ki, V.Zelenskinin qalibiyyəti nə Qərbdə, nə də Rusiyada elə bir narazılıq doğurmayıb. Hər iki tərəf onunla işləmək arzusundadır. Deməli, əsas məsələ V.Zelenskinin nə dərəcədə çevik və reallığa uyğun siyasət yeridə biləcəyinə bağlı olacaq. Bunun konkret cizgilərini indidən demək çətindir. Çünki V.Zelenski hələ bir siyasətçi olaraq platformasını dəqiq ifadə etməyib. O, bu kimi suallara cavab olaraq, ofisində bütün sahələr üzrə mütəxəssislərin çalışdığını deyib. Bu da ortaya onun kompetentliyi ilə bağlı bir sıra suallar çıxarır.
Digər tərəfdən, V.Zelenskinin dövlət idarəçiliyi təcrübəsi yoxdur. O, uzun illərdir ki, jurnalist və aktyor kimi fəaliyyət göstərib. Lakin bu təcrübə Ukrayna kimi ciddi iqtisadi, sosial, siyasi, geosiyasi və enerji problemləri olan bir ölkədə faydalı olacaqmı? Üstəlik, Ukrayna Rusiya kimi böyük və güclü bir dövlətlə savaş halındadır, torpaqlarının bir qismi zəbt edilib. Onların həll edilməsi üçün lazım olan siyasi-diplomatik ustalıq kifayət edəcəkmi?
Bu suallara ən yaxşı cavabı zaman verəcək. Hələlik Ukraynada yeni hakimiyyət ab-havası mövcuddur. Bununla yanaşı, indidən bir sıra suallar meydana çıxır. Məsələn, bəzi ekspertlər hesab edirlər ki, V.Zelenski Ali Radanı buraxmalıdır. Bunun üçün isə vaxt çatmaya bilər. Belə ki, andiçmə və ondan sonra real vəzifəyə başlama sürəci mayın 30-na qədər yekunlaşmaya bilər. Bu vaxt Radanı buraxa bilmənin son tarixidir. Çünki parlamentə seçki bu ilin oktyabrında olmalıdır və 6 aydan az vaxt qalanda Ali Radanı buraxmaq olmaz. Bu məsələni V.Zelenski necə həll edəcək?
Ekspertlər onun andiçməsindən çox, bu problemi həll edib-etməyəcəyini maraqla gözləyirlər. Siyasətin qaydası belədir: əvvəlcə təbrik edir, sonra isə tələb edirlər. V.Zelenskinin özü də deyir ki, “məni öncə təbrik edəcək, sonra söyəcək, prezidentliyim başa çatanda isə ağlayacaqlar!” Gözləyək, görək, bu, onun növbəti məzhəkəsidir, yoxsa siyasətçi vədidir?
Newtimes.az
Xəbərin oxunma sayı : 715
Analiz
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV